LERİK NÖVBƏTİ DƏFƏ PREZİDENTİ QARŞILAMAĞA HAZIRLAŞIR

 

Dövlət başçısı dağ zonasına da baş çəksə, məmurların ona cavab verəcəyi bəlli deyil

 

 

Lerik haqqında gözümlə görüb, qulaqlarımla eşitdiklərimi nəql etməyə başlamazdan əvvəl, internet xidmətindən istifadə edib bu cənub şəhəri barədə bəzi məlumatları gözdən keçirməyə cəhd etdim. Əgər doğulub boya-başa çatdığım rayonla mütəmadi əlaqəm olmasaydı, internetdə (əsasən rəsmi qəzetlər) oxuduqlarımdan elə başa düşmək olardı ki, sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi sair parametrlərinə görə Leriklə dünyada bəhsə girəcək başqa bir yaşayış məntəqəsi yoxdur.

Bu yazıların iqtidarpərəstlikdən, vətənpərvərlikdən ya müəllifə edilmiş "görüm-baxım" qarşılığında ortaya çıxması barədə bir söz deyə bilməsəm , həmin yazılanlara baxanda Sovetlər Birliyi dövründə yaltaqlar xorunun respublikamızın iri addımlarla irəliləməsi, gül açıb çiçəklənməsi haqqında mədhiyyələri yadıma düşdü.

 

LERİKDƏ DƏ HEYDƏR ƏLİYEV MUZEYİ FƏALİYYƏT GÖSTƏRƏCƏK

 

Belə ki, Azərbaycanın hər yerində olduğu kimi, təxminən bir il bundan əvvəl şəhər statusu almış Lerikin düz mərkəzində Heydər Əliyev parkı salınır. Mərhum prezidentin heykəli təxminən 3-4 ay bundan əvvəl meydanda ucaldılıb. Amma hələ ki meydanın parkın tikintisi bitmədiyi üçün heykəlin rəsmi açılışı olmayıb. Sözügedən meydanda təxminən bir il əvvələ qədər Şəhidlər Xiyabanı da var idi. Amma indi həmin xiyabanın yerində iki möhtəşəm bina ucalıb. Sakinlərdən öyrəndik ki, binalardan biri İcra Hakimiyyəti, digəri isə Heydər Əliyev muzeyi olacaq. Yuxarıda söz açdığım məqalələrdə doğru göstərilib ki, meydan ən son dəbə uyğun olaraq bəzədilir, hətta şəhərin daxili yollarına da asfalt döşənməsinə başlanıb. Amma asfalt şəhərin bütün küçələrinə tökülmür. Məsələn, şəhərin yuxarı hissəsinə bu asfaltın gedib çıxmayacağı deyilmir.

 

"ÇÖRƏK ÇÖRƏKÇİYƏ VERİLMƏYİB"

 

İnsafən, şəhər təbii qazla təmin edilib. Amma əhali yenə qışda qızınmaq üçün oduna üstünlük verir. Çünki yoxsul insanlar yaxınlıqdakı meşələri pulsuz qıraraq yandıra bilirsə, sərf etdiyi təbii qaza görə mütləq pul ödəməlidir. Meşədən aralı kəndlər isə qaz həsrətindədir. Məsələn, qaz kəməri Əliabad, Ərdəbil, Camaşayır, Nüvədi, Noda, Soru digər kəndlərin, demək olar ki, içindən keçsə , əhali təbii qazla təmin edilmir. Bütün sadaladığım bu detallara baxmayaraq, rayon mərkəzi ya Lerik şəhərinin kosmetik gözəlləşməsi həqiqətən hiss olunur.

 

"DİQQƏT MƏRKƏZƏ"

 

Rayonun kəndləri, xüsusilə Lənkəran-Lerik yolunun üstündə olmayan kəndlərdə hələ ötən əsrin sonunda mövcud olan problemlər qabarıq şəkildə qalmaqdadır. Rayonun 40-cı kilometr adlanan ərazisindən Əliabad-Şingədulan istiqamətində gedən yola sonuncu dəfə neçənci ildə asfalt döşəndiyini heç yol idarəsinin işçiləri xatırlaya bilmədi.

Rayonun 50-ci kilometrində yuxarıda qeyd etdiyim istiqamət üzrə yollar bərbad vəziyyətdədir. Görünür, yerli hakimiyyət rəsmiləri prezidentin rayona növbəti səfərini gözlədikləri üçün Lənkəran-Lerik şosesini super vəziyyətdə saxlayırlar, asfaltın xarab olan yerlərinə dünyada analoqu olmayan yamaqlar vurulur. Yəni bu yol çox yaxşı vəziyyətdə saxlanır.

Nədənsə əsasən şose yoluna Lerik şəhərinin mərkəzinə super diqqət yetirən yerli hökumət kəndləri yaddan çıxarıb. Amma Xınalıq kimi ucqar bir məntəqəyə sükanı özü tutmaqla gedib çıxmış İlham Əliyevin 40-cı kilometrdən dağ zonasına da istiqamət tutacağı heç kimdə şübhə yarada bilməz. Görəsən, bu halda gözə kül üfürməklə məşğul olan yerli məmurlar prezidentə cavab verəcəklər.

 

QUYUQAZANLAR TOYUQ-BEÇƏNİN AXIRINA ÇIXIB

 

Kəndlərdə ən ciddi problem içməli su ilə bağlıdır. Dağ kəndlərinin hamısının su problemi var. Məhz susuzluğa görə kəddə əkin-biçinlə məşğul olmaq, mal-qara saxlamaq problemə çevrilib. Əhali kənddə bir maşın (3-3,5 ton) suyu 40-45 manata alır. Bu pulu olmayan insanlar ulaqla 5-10 kilometr yol qət edərək su daşıyırlar. Kəndlilərin uzun-uzadı hökumətə yalvarışları müraciətlərindən sonra bəzi kəndlərdə artezian quyularının qazılmasına başlanıb. Belə kəndlərdən biri Noda kəndidir.

Noda kənd sakinləri ilə söhbət zamanı məlum oldu ki, quyular qazılsa da, hələ ki su vermirlər. Amma quyuqazanlar quyunu qazdıqları günlər ərzində kəndlilərin olan-qalan toyuq-beçələrini yeyiblər. Yeri gəlmişkən, kəndlərdə toyuqların azarlayıb qırıldığını da deyirdilir.

Aparılmış uzun-uzadı danışıqlardan sonra Soru kəndində artezian quyularının qazılacağı bildirilib. Amma rəsmilər "kəndxuda"lar (kənd icra nümayəndələri) qarşısında məsələ qoyublar ki, quyuqazanları siz yedirtməli içirtməli, onlara qalmağa yer ayırmalısınız. Amma gözü çıxmış qardaşlarından dərs alan sorulular bu məsələdə ehtiyat edirlər.

Qonaqpərvərliyi ilə öyünən bu bölgənin quyuqazanların yeyib-içmələrinə simic yanaşmalarının obyektiv səbəbləri var. Çünki demək olar ki, heç bir istehsalatı olmayan kəndlərdə dadına baxmağa bir meyvə yoxdur. Ağacların çiçəklənmə dövründə havalar şaxtalı keçdiyinə görə meyvəyə həsəd qalan kəndlilər Bakıda çoxmərtəbəli evlərdə yaşayanlar kimi istehlak etdikləri bütün ərzağı meyvə-tərəvəzi satın alır, Fransa İran toyuqlarının budunu yeyirlər. Əhali həqiqətən çox kasıblaşdığından quyuqazanlar üçün ziyafət vermək qabiliyyətində deyil.

 

YURDU VİRAN QALMIŞ "VİNZAVOD"

 

İş yerləri məhdud olan Lerikdə xüsusilə ucqar kəndlərdə yaşayan insanların dolanışığı pensiyadan, Bakı, Rusiya digər şəhər ölkələrdə işləyən qohumlarının hesabına ödənilir. Kəndlərdə əsasən əlsiz-ayaqsızlar, yaşlılar, xırda alverçilər dövlət müəssisələrində işləyənlər yaşayır.

Bəyənmədiyimiz Sovetlər dönəmində kolxoz sovxozda işləyən insanların vəziyyəti indikindən qat-qat yaxşı idi. O vaxtlar bir parça torpaq belə istifadəsiz qalmırdı. Torpaqların böyük hissəsini üzüm bağları taxıl zəmiləri bəzəyirdi. Yararsız torpaqlarda isə fermalar yerləşir, şəxsi mal-qara otarılırdı. İndi isə üzüm bağları, fermalar, ki, taxıl zəmiləri var. Çox az sahələrdə taxıl əkilsə , əksər əkinə yararlı torpaqlarda, sadəcə, ot biçilir.

Lerikin Əliabad kəndində vaxtı ilə ərazidəki üzüm bağlarından yığılan üzümün şirəsinin çəkilməsi hətta şərab istehsalı üçün möhtəşəm bir zavod da var idi. İndi isə həmin ərazi elə süpürülüb-təmizlənilib ki, zavodun iri-iri çənlərinin hara yoxa çıxdığı bəlli deyil. Zavodun viran qalmış qalıqlarına diqqət yetirdikdə insana elə gəlir ki, bu yer ermənilərin işğalına məruz qalıb. Erməni işğalından çıxmış xarabalığa oxşayan məkanlar sırasına kənd kitabxanalarını məktəb binalarını da aid etmək düzgün olardı.

Yuxarıda qeyd etdiyim məqalələrin birində rayon ərazisində yüksək gərginlikli elektrik xətlərinin daşıyıcısı olan 400-dən artıq çürümüş dirəyin dəyişdirildiyindən söz açılmışdı. Amma rayonun əksər kəndlərində işıq dirəkləri çürüyüb 70-ci illərdə çəkilmiş naqillər istismar müddətlərini çoxdan başa vurublar.

"Tərifnamə"lərdə rayon ərazisində tikilən tikilməkdə olan turbazalardan da söz açılır. Amma nədənsə iri turbazaların xırdaları sıradan çıxardığı xatırlanmır. Məsələn, ərazidə "İstanbul" adında kiçik bir turist bazası var. Amma sahibkarın lisenziyası artıq 6 aydır uzadılmamış qalıb ona heç cavab da verilmir.

Lerik ya Azərbaycanın digər ucqar bölgələri haqqında çox danışmaq olar. Demək olar ki, əksər bölgələrdə eyni problemlər var. Düzdür, görülən işlər az deyil. Amma əgər məmurlar bir qədər vicdanlı olsalar, daha artıq görmək olar. Görülməsi mümkün olan işin bir qismini görüb öyünməkdənsə, vəzifə borcunu vicdanla icra edib xalq tərəfindən alqışlanmaq daha şərəflidir. Hər halda, nəzərə almaq lazımdır ki, Lerik Azərbaycana əməldə dost olmayan İranla sərhəddə qərar tutub belə bir vacib məntəqədə insanlarımızın sıx məskunlaşması firavan yaşayışı həm milli təhlükəsizlik məsələsidir.

 

 

İdrak ABBASOV

 

Ayna.-2009.-26 iyun.-S.6.