NATO
İLƏ ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ
SİLAHLI
QÜVVƏLƏRDƏ İSLAHATLAR
Müdafiə Nazirliyi ilə
NATO arasında qarşılıqlı
faydalı əməkdaşlığa
əsaslanan fəaliyyət
davam etdiriləcək
Azərbaycan - NATO əlaqələrinin qısa tarixi:
- Azərbaycan "Sülh Naminə Tərəfdaşlıq" Proqramına 1994-cü il mayın 4-də qoşulub.
- 1996-cı il - Azərbaycan Planlaşdırma və Analiz Prosesi Proqramına (PAP) qoşulub.
- 1997-ci il - Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası yaradılıb.
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ"
PROQRAMI
Proqramın əsas məqsədi Avroatlantik məkanda siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi, sabitliyin bərqərar olunması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müasir təhlükələrin azaldılması, eləcə də Alyansın demokratik prinsiplərinə sadiqlik ruhunda münasibətlərin möhkəmləndirilməsidir.
Əsas mexanizmlər:
- FTP (Fərdi Tərəfdaşlıq Proqramı),
- PAP (Planlaşdırma və Analiz Prosesi),
- FTƏP (Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı).
FƏRDİ TƏRƏFDAŞLIQ
PROQRAMI
- SNT çərçivəsində həyata keçirilən əməkdaşlıq prosesinin birinci səviyyəsidir.
- 2008-ci il üçün razılaşdırılmış FTP-nin Müdafiə Nazirliyinə aid hissədə aşağıdakı sahələr üzrə 164 tədbir seçilib:
- müdafiə siyasəti və strategiyası,
- dil təlimi,
- hərbi təlimlər,
- hərbi təhsil, doktrina,
- maddi-texniki təminat,
- sülhməramlı qüvvələrin konsepsiyası, onların planlaşdırılması və əməliyyat sahələri,
- komanda və nəzarət,
- beynəlxalq humanitar hüquq,
- müdafiənin planlaşdırılması, büdcə və ehtiyatların idarə edilməsi.
NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirak və təcrübə mübadiləsi aparılır, sülhməramlı, humanitar və başqa əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr (tibbi, mühəndis və təminat üzrə bölmələr) yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisində təlim bazaları hazırlanır və Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesi davam edir.
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun çoxmillətli qərargah strukturlarında xidmət edən zabitləri:
- NATO-nun Beynəlxalq Hərbi Qərargahında (Brüssel, Belçika Krallığı),
- Birləşmiş Qüvvələr Komandanlıqlarında (İtaliya və Niderland Krallığı) xidmət keçirlər.
NATO ilə inkişaf edən əməkdaşlığın nəticəsi olaraq, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində aşağıdakı strukturlar fəaliyyət göstərir:
- NATO ilə əməkdaşlıq məsələlərinə cavabdeh olan Beynəlxalq Əməkdaşlıq və Avroatlantik İnteqrasiya İdarəsi,
- NATO-nun STANAQ-lar üzrə komissiyası,
- Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində SNT üzrə Təlim Mərkəzi,
- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT kafedrası.
2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları xaricdə keçirilən 62 kurs, 6 təlim, təlimlə bağlı 24 planlaşdırma konfransları, 15 seminar, 20 işçi görüşü və digər tədbirlərdə iştirak etmiş, Azərbaycanda isə 11 mobil təlim qrupu kursları, qərargah danışıqları, ekspert işçi görüşləri və seminarlar keçirilib.
BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK
ƏMƏLİYYATLARI
Kosovo: 1999-2008 (mart) - 1 sülhməramlı tağım.
İraq: 2003-2008 (dekabr) - 1 sülhməramlı bölük.
Əfqanıstan: 2002 - 1 sülhməramlı tağım, 2008 - 1 sülhməramlı bölük.
PLANLAŞDIRMA VƏ ANALİZ PROSESİ (PAP)
Azərbaycan Respublikası ümumilikdə 38 Tərəfdaşlıq Məqsədi (TM) qəbul edib. Bunlardan 32-si (20 - ümumi, Quru Qoşunları - 7, HDQ - 1, HHQ - 4) Silahlı Qüvvələrə aiddir.
Hazırda qəbul edilmiş TM-in bir hissəsi (ümumi - 7, Quru Qoşunları - 4) yerinə yetirilmiş, digərləri isə qismən yerinə yetirilmişdir.
Azərbaycan NATO-nun əməliyyatlarına töhfə vermək üçün aşağıda adları göstərilən bölmələrin iştirakını bəyan edib:
- Sülhməramlı bölük,
- Tibb tağımı,
- Mühəndis-istehkam tağımı,
- Vertolyot qrupu (2 ədəd Mi-8).
2009-cu ilin aprel və may aylarında müvafiq olaraq Bakı və Brüsseldə NATO-nun Beynəlxalq Qərargahı ilə 28+1 formatında Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə görüşlər keçirilib.
FƏRDİ TƏRƏFDAŞLIQ
ÜZRƏ ƏMƏLİYYAT PLANI (FTƏP)
FTƏP NATO ilə əməkdaşlığı daha da dərinləşdirmək üzrə siyasi iradəsi olan dövlətlərə təklif olunur. Belə iradə nümayiş etdirmiş Azərbaycan Respublikası NATO ilə siyasi dialoq proqramını müəyyən edib.
Plan böyük spektr təşkil edən sahələrdə praktiki əməkdaşlığı nəzərdə tutur ki, onun da bir hissəsi bilavasitə müdafiə və təhlükəsizlik sektoruna aiddir.
FTƏP 2002-ci ildə keçirilmiş Praqa sammitində qəbul edilmiş və Azərbaycan ona 2005-ci il mayın 27-də qoşulub. 2005-2007-ci illəri əhatə edən FTƏP-in 1-ci mərhələsi yerinə yetirilib.
Müdafiə Nazirliyi bu planın 2008-2009-cu illəri əhatə edən növbəti layihəsinə dair təkliflərini təqdim etmiş və planın təkmilləşmiş versiyası 2008-ci il martın 7-də təsdiq edilib.
Əsas tədbirlər:
- müdafiə icmalı və müdafiə planlaşdırması,
- hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi,
- Silahlı Qüvvələrin strukturlarında NATO standartlarının tətbiqi,
- Əməliyyat İmkanları Konsepsiyası (ƏİK), Mobil Tabor,
- Sülhməramlı Taborun inkişafının başa çatdırılması və Milli SNT Mərkəzinin inkişaf etdirilməsi,
- Silahlı Qüvvələrdə şəxsi heyətin müasir və şəffaf idarə olunması sisteminin inkişaf etdirilməsi,
- Hərbi Dəniz Qüvvələrinin imkanlarının yaxşılaşdırılması,
- Maddi-Texniki Təminat və sahib ölkənin yardımı.
MÜDAFİƏ İCMALI VƏ
MÜDAFİƏ PLANLAŞDIRMASI
- Milli Təhlükəsizlik Konsepsiyası,
- Hərbi Doktrina (parlamentə təqdim olunub),
- Strateji Müdafiə İcmalı Prosesinin yerinə yetirilməsi,
- "J" strukturlu qərargahda, o cümlədən gələcəkdə yaradılacaq Strateji Planlaşdırma və Siyasi Hərbi İdarədə (J5) çalışmaq üçün milli ekspertlərin hazırlanması, bu məqsədlə seminar və işçi görüşlərində iştirakın davam etdirilməsi.
Məqsəd: Milli Təhlükəsizlik Siyasətinin və əlaqəli strateji konseptual sənədlərin inkişaf etdirilməsi. Bu çərçivədə:
tədbir 1: Milli Təhlükəsizlik Konsepsiyası əsasında Hərbi Doktrinanın inkişaf etdirilməsi,
tədbir 2: Strateji Müdafiə İcmalı Prosesinin aparılması.
ABŞ-ın Mülki-Hərbi Əlaqələr Mərkəzinin ekspertləri tərəfindən Bakıda Strateji Müdafiə İcmalı mövzusunda ekspert işçi görüşləri keçirilir.
HƏRBİ TƏLİM VƏ TƏDRİSDƏ
NATO STANDARTLARININ TƏTBİQİ
- 1997-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində,
- 2000-ci ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında,
- 2001-ci ildən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində,
- NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramında iştirak (məqsəd - Silahlı Qüvvələrdə çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının təhsil proqramına hərbi strateji sənədlərin hazırlanması üzrə fənnin yeni modul kimi daxil edilməsi),
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursları.
SQ-nin STRUKTURLARINDA
NATO STANDARTLARININ TƏTBİQİ
- Müdafiə Nazirliyinin və Baş Qərargahın J/G strukturuna keçidi ilə əlaqədar 2008-ci ilin noyabr ayında keçirilmiş ekspert danışıqları.
- Çavuş hazırlığı məktəbinin və poliqonun NATO standartlarına keçirilməsi prosesi davam edir. Tədrisin planlaşdırılması və təşkili məqsədi ilə 2008-ci ilin mart ayından etibarən ABŞ-ın Avropa Komandanlığının 2 təlimatçısı bu məktəbdə fəaliyyətə başlayıb. Məktəbin müəllim heyəti ABŞ, Türkiyə, Almaniya və Latviyanın müvafiq məktəblərinin təcrübəsinin öyrənilməsi məqsədi ilə həmin ölkələrdə təlim keçiblər.
- ABŞ mütəxəssisləri tərəfindən atəş poliqonu təkmilləşdirilib. Təlim və Tədris Mərkəzində və Çavuş Məktəbində lazer və kompüter sistemli poliqon yaradılıb.
ƏMƏLİYYAT İMKANLARI
KONSEPSİYASI, MOBİL TABOR
NATO Komandanlığı altında aparılan əməliyyatlarda bilavasitə iştirak etmək üçün Azərbaycan 2004-cü ilin mart ayından "Əməliyyat İmkanları Konsepsiyası" proqramına qoşulub və Silahlı Qüvvələrin bir piyada bölüyünü NATO əməliyyatları üçün Ortaq Qüvvələr Birliyinə bəyan edib.
- Briqadalardan birinin bazasında yaradılmış Mobil taborun tərkibinə SQ-nin "Əməliyyat İmkanları Konsepsiyası" bölüyü daxildir.
- 2008-ci ildə bu bölüyün Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində 1-ci səviyyəli özünüqiymətləndirməsi keçirilib (ABŞ, Türkiyə və NATO ekspertlərinin iştirakı ilə 1-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimlər uğurla keçirilib).
- 2-ci səviyyəli özünüqiymətləndirmə təliminə hazırlıq işləri aparılır və hazırda bu bölüyün NATO standartları əsasında təlimi davam etdirilir.
- ƏİK bölüyünün sərəncamındakı rabitə sistemlərinin təkmilləşdirilməsi.
NAİLİYYƏTLƏR
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 15 il ərzində uğurla keçirilmiş əməkdaşlıq fəaliyyəti nəticəsində əldə olunan nailiyyətlər:
- Avroatlantik təhlükəsizlik strukturları ilə sıx əməkdaşlıq,
- NATO-nun üzv-dövlətləri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi,
- Beynəlxalq sülh və təhlükəsizliyə töhfə,
- NATO Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində SQ-nin müvafiq bölmələrinin əməliyyat uyarlığının artırılması,
- əməliyyat imkanlarının təkmilləşdirilməsi,
- NATO standartlarının SQ-də tətbiqi,
- Hərbi təhsil və təlim sistemlərinin təkmilləşdirilməsi,
- Strateji konseptual sənədlərin hazırlanması prosesinin inkişafı,
- NATO ilə əməkdaşlıq sahələrində peşəkar təlim keçmiş hərbi qulluqçuların hazırlanması imkanlarının genişləndirilməsi.
PERSPEKTİVLƏR
- "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində NATO və ona üzv dövlətlərlə, habelə tərəfdaş ölkələrlə siyasi, iqtisadi, mədəni, hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi ilə Avropa strukturlarına inteqrasiyanın davam etdirilməsi,
- Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədilə müdafiə islahatlarının həyata keçirilməsi, Silahlı Qüvvələrin NATO qüvvələri ilə birgə uzlaşma səviyyəsinin artırılması və Avroatlantik məkana inteqrasiyanın dərinləşdirilməsini təmin etmək üçün Müdafiə Nazirliyi ilə NATO arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan fəaliyyətin davam etdirilməsi
Vidadi ƏSGƏROV
Ayna.-2009.-26 iyun.-S.11-13.