O, BAĞIŞLAMAĞI BACARIRDI

 

Heydər Əliyevi doğum günündə xatırlarkən

 

10 may - mərhum milli lider Heydər Əliyevin doğum günüdür. Həyatda olsaydı, indi 86 yaşı tamam olacaqdı. Vəfatından isə bizi altı il ayırır. Azərbaycanın ictimai-siyasi tarixinin son qırx ilinə öz möhrünü vurmuş bu insanı sevənlər hər il onun 10 may doğum gününü rəngarəng tədbirlərlə qeyd edirlər biz mətbuat mənsubları da bu gün onu xatırlarkən ilk növbədə yaşadığı siyasi həyatını, çətin vəziyyətlərdən məharətlə çıxmaq bacarığını, Azərbaycan üçün gördüyü unudulmaz işləri, elm, ədəbiyyat mədəniyyət adamlarına qayğısını, quruculuq ovqatını, milli kadrlar yetişdirmə siyasətini, əlbəttə, bizim sahəyə - mətbuata, jurnalistlərə xoş münasibətini yada salırıq.

Onu xatırlayırıq ki, cəmiyyətin həyatında mətbuatın roluna böyük önəm verirdi. Biz vaxtaşırı olaraq onun dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələri oxuyur, teleekranlarda aparıcı jurnalistlərlə söhbətlərini dinləyirdik. Onu da xatırlayırıq ki, vaxtaşırı Bakı mediası mənsublarını qruplarla qəbul edir onların ən müxtəlif suallarını cavabsız qoymurdu. Özü bu qruplarda ona müxalif olan qəzetlərin mənsubları da olurdu. Xarici səfərlərində onu müşayiət edən jurnalistlərlə xoş rəftarını həmkarlarımızdan çoxları təsdiq edə bilər. Uçuş zamanı vaxt tapıb üzündə təbəssüm jurnalistlər oturan bölməyə keçər: ", uşaqlar, necəsiniz? İşləriniz yaxşıdırmı?" deyə onların halını soruşar, sərbəst söhbətə başlarmış.

Ölkənin iqtisadi çətinliklər içərisində olduğu dönəmlərdə mətbuatın fəaliyyət təminatının yaxşılaşması yönündə onun şəxsi təşəbbüsü ilə atılmış addımları da unutmaq olmaz. Biz bildiyimizcə, gündəlik mətbuatı izlərmiş, o cümlədən bizim "Ayna" "Zerkalo"nu oxuyarmış. Eşitmişik ki, onun səhər poçtunda mütləq müxalifətyönlü qəzetlər olarmış. Təbii ki, ən müxtəlif görüşlərlə tanış olmaq, komandasının təmsilçilərinə ünvanlanmış tənqidi yazıları oxumaq yükləndiyi məsuliyyətin ağırlığını dərk edən bir lider üçün normaldır.

Bu günlərdə parlament telexidmətinin rəhbəri Rauf Nəsirovun kabinetində onun 1990-1994-cü illər arasında çəkdiyi kasetlərə baxarkən sabiq teleoperatorun Heydər Əliyevin keçirdiyi görüşləri, qəbullarını lentə aldığı günlərdən söz düşdü. Rauf Nəsirovun söylədiyi epizodlar da onun jurnalistlərə xoş münasibətindən söz açırdı:

- Mən onu ilk dəfə Naxçıvanda 1990- ildə böyük bacısının evində çəkməyə getdim. İyunda Moskvadan Bakıya qayıdandan bir müddət sonra Naxçıvana getmişdi biz onun oradakı yaşayışı ilə maraqlanırdıq. Sadə bir məhəllə, sadə bir həyət evi, sadə bir ev şəraiti idi. Onda heç kəsə müsahibə vermirdi, amma görüntülər çəkməyə icazə verdi. Maraqlı orasıydı ki, Moskvadan Bakıya qayıdanda onun burada evi yox idi. Naxçıvana getməli olmuşdu, lakin onun orada da şəxsi evi olmadığından böyük bacısının evində qalırdı. Siyasi Büronun keçmiş üzvü, amma evi yox... Nəsə mənə qəribə gəlirdi. Biz kamera ilə ora gedəndə bir az nasaz idi. O günlər, deyəsən, heç siyasətə qarışmaq istəmirdi. Yaxşı yadımdadır, düşüncəli şəkildə dedi: "Bala, çək, çək... Bunlar tarixə lazım olacaq". Biz o vaxt telekanal üçün süjet çəkirdik, bir dəqiqəlik görüntü materialları tələb olunurdu. isə, elə bir adamın belə bir cansıxıcı yerdə olmağı özü mənə qəribə idi.

Qonşular bizim kamera ilə gəldiyimizi görüb yığışmağa başladılar. Sonra Naxçıvan şəhərinə çıxdıq, görüntülər götürdük, amma hiss olunurdu ki, şəhər qaynayır. Şəhər mənə çox tutqun təsir bağışladı. Gözümə bu şəhərdə maraqlı heç dəymirdi. Adamların üzündən açıq bir təlaş narahatlıq oxunurdu. Axı Azərbaycanın çətin günləri idi. Bu mənim bir operator olaraq Heydər Əliyevlə ilk təmasım oldu. Yaxşı xatırlayıram ki, məni anlaşılmaz bir duyğu sarmışdı, çox sirayətedici danışığı, baxışları vardı.

Onu Naxçıvan MR Ali Məclisinə sədr seçiləndən sonra isə çox çəkdim. Heydər Əliyevi Afiyəddin Cəlilovla birlikdə İrana səfərində çəkdim. Naxçıvanda soyuq idi, əllərim donurdu. Afiyəddin Cəlilovla söhbətindən kadrları lentə aldıqdan sonra yadımdadır mənə dedi: "Oğlum otur, əllərini qızdır". Mənə bir söz dedi: "Oğlum, bu kasetləri çək, özündə saxla, bunlar gələcək nəsillər üçün lazım olacaq". Ondan sonra mən Heydər Əliyevi çox çəkməli oldum. Deyim ki, kaset baha idi - o vaxtın pulu ilə 180 manat, amma buna baxmayaraq əlimə beş-üç manat düşən kimi kaset alırdım. Heydər Əliyevlə bağlı kasetlər külliyyatım beləcə üst-üstə yığılmağa başladı.

Heydər Əliyev 1993-cü ilin iyununda Milli Məclisin sədri seçiləndən sonra onu, demək olar, hər gün tam şəkildə çəkməli olurdum. Qrafiki sıx olduğundan çox vaxt xarici qonaqların qəbulu gecədən keçənə qədər uzanırdı. Bir dəfə gecə saat 02 radələrində növbəti qəbulu lentə alanda kameranın yanında məni mürgü basdığını sezibmiş. Sonra mənə desə yaxşıdır: "Oğlum, indi çətin vaxtlarımızdır. Hər şey yoluna düşər, sənin dincəlməyə vaxtın çox olar". Kamera qarşısında son dərəcə sərbəst rahat olardı, ifadələri, jestləri səlis idi.

Rauf Nəsirov deyir:

- Milli Məclisin sədri seçiləndə birinci gün məni yanına çağırdı. MM-in onsuz keçmiş iclaslarının kasetlərinə baxmaq istədi. Görünür, debatların məzmunu ilə tanış olmaq istəyirdi, onlarda isə opponentlərinin onun ünvanına kəskin ifadələri az deyildi. Onda mənə bir söz dedi: "Oğlum, mən onların hamısını bağışlamışam. Söylədiklərini heç birinin üzünə vurmadım. Bəlkə qorxublar, bəlkə yanılıblar. İnsandırlar. Bu kadrları ekranlara vermə, yaxşı deyil. deyiblər, deyiblər". O, doğrudan da, bağışlamağı bacarırdı. Onu o günlərdə kəskin tənqid edənlərin çoxu bu gün dövlətdə yuxarı vəzifələrdə çalışırlar.

 

 

İsmayıl UMUDLU

 

Ayna.-2009.-9 may.-S.3.