"Türkiyə
birdev" Azərinə mükafat
verdi
Sənətçi Türk Dünyasına mədəni xidmətlərinə
görə təltif olunub
Türk dövlətləri ilə
mədəni əlaqələr quran
"Türkiyə birdev" şirkəti
azərbaycanlı sənətçi Azərinə mükafat təqdim edib.
Ötən gün Türkiyədən
qayıdan sənətçi bildirdi ki, bu mükafat
ona Türk
Dünyasına mədəni xidmətlərinə görə verilib:
"Mənim
yaradıcılığımın bir qolu Türkiyə ilə bağlıdır. Orada
"TRT-Avaz" telekanalında
veriliş aparıram.
Eyni zamanda bir çox
türk kanallarında
Azərbaycan musiqilərini
təbliğ edir və ölkəmizin tarixi yaşantıları,
adət-ənənələri haqqında tamaşaçıları
məlumatlandırıram. Bu fəaliyyətimi nəzərə
alan şirkət
növbəti mükafatını
və diplomunu mənə təqdim etdi. Bu, çox
sevindirici haldır.
Çünki mənim təbliğatım
göz önündədir
və Türkiyədə
bunu qiymətləndirirlər".
Müğənni ilə söhbətdən bəlli
oldu ki, onun növbəti Türkiyə səfəri
yaxın günlərdə
gerçəkləşəcək.
"TRT-Avaz" kanalında
teleaparıcı kimi çalışan sənətçi
missiyasının başına
dönəcək:
"Xatırladım ki, əvvəllər
"Azərinlə əsintilər"
adlanan veriliş hər gün mənim təqdimatımda
Antalyadan canlı yayımlandı və İctimai Televiziya da bunu yerli
tamaşaçılara sərgiləyirdi.
Lakin Antalyadakı məkan yay studiyası olduğundan biz yer dəyişmək məcburiyyətində
qaldıq. Hazırda veriliş
həftədə bir dəfə efirə gedir. Yaxın aylarda isə
bunun canlı və gündəlik olacağı gözlənilir.
Telekanal rəhbərliyinin bildirdiyinə
görə, veriliş
üçün ayrıca
qış studiyası
tikilir".
Azərinin bildirdiyinə görə, verilişin ömrü əvvəlki aylarla müqayisədə
qısaldılsa da, bu, Azərbaycan milli musiqilərinin təbliğinə mane olmayıb.
Müğənni bildirdi ki, ayda bir dəfə
Azərbaycandan milli musiqi ifaçılarından
bir nəfər musiqi heyəti ilə Türkiyəyə
dəvət alacaq və verilişdə iştirak edəcəklər".
Z.Rəhimqızı
Ayna.- 2009.- 7 oktyabr.- S.24.