Sumqayıt Musiqili Dram Teatrı mövsümünü
açıb
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı
ötən gün mövsümünü açıb.
Teatrın mətbuat əlaqələndiricisi bildirir
ki, 41-ci mövsümdə
teatr truppası Fərhad Məhərrəmovun
rejissor yozumunda səhnə həllini tapmış "Karıxmış
sultan" (Taufiq əl-Hakimi) tamaşasını göstərib.
Teatrın öz repertuarını bir sıra yeni tamaşalarla zənginləşdirdiyini
bildirən mətbuat katibinin sözlərinə
görə, bunlar tezliklə tamaşaçı
mühakiməsinə veriləcək.
Məlumatda daha sonra qeyd olunur
ki, yeni mövsümün ilk tamaşasını şəhər
meri Vaqif Əliyev də izləyib.
Xatırladaq
ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili
Dram Teatrı 1968-ci ildə yaradılıb. Bir il sonra,
martın 14-də teatr öz həyatına M.F.Axundovun
"Müsyö Jordan və dərviş Məstəli
şah" pyesi ilə başlamışdır.
Ayna.-2009.-7 noyabr.-S.20.