Azərbaycan "Deboşir" film festivalında təmsil olunacaq

                                                                         

18-22 noyabrda Sankt-Peterburqda XII "Deboşir" Beynəlxalq Film Festivalı keçiriləcək. Festivalın rəsmi internet saytının yazdığı xəbərə görə, beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunacaq. Belə ki, beynəlxalq layihənin əsas müsabiqə proqramına Azərbaycandan bir neçə film salınıb. Müsabiqənin bədii filmlər üzrə nominasiyasında ölkəmizi Şamil Nəcəfzadənin rejissorluğu ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qala" filmi, qısametrajlı sənədli filmlər üzrə isə rejissor Tahir Əliyevin çəkdiyi Az.TV-nin istehsalı olan "Səhra gülü" filmi iştirak edəcək.

Xəbərdə qeyd olunur ki, festivalda Azərbaycan filmləri ilə yanaşı, ABŞ, Avstriya, Çin, Rusiya, Ukrayna, Macarıstan, Rumıniya, İtaliya digər ölkələrin filmləri təmsil olunacaq. Ümumilikdə festivalın müsabiqəsində 200-dən artıq film mübarizə aparacaq.

 

 

Ayna.-2009.-7 noyabr.-S.20.