"Mərkəzi Asiya örtükləri"
Bakıda
Sərgini Viktoriya və Albert muzeyi təqdim edir
Bakıda Londonun Viktoriya
və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından "Mərkəzi
Asiya örtükləri"
sərgisinin açılışı
keçirilib. Sərgi Mədəniyyət
və Turizm Nazirliyinin və Rövşən Mustafayev
ad. Azərbaycan Dövlət İncəsənət
Muzeyinin təşkilatçılığı
ilə reallaşıb.
Tədbirdə çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgidə Mərkəzi Asiyanın
58 sayda müxtəlif
məqsədli geyimləri
və örtükləri
nümayiş etdirilir:
"Elmi
mənbələr bildirir ki, Mərkəzi Asiyanın sərhədləri
daxilindəki ərazilərinə bu gün müstəqil
dövlətlər olan Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə
də, Əfqanıstan və Qərbi Çinin bir hissəsi
daxildir. Coğrafi vəziyyət etibarilə dəniz
yolları açılmazdan əvvəl Şərqlə Qərb
arasında ticarətin inkişafını təmin edən
Böyük İpək yolu məhz bu ərazilərdən
keçirdi. Bu isə həmin ərazilərdə Mərkəzi
Asiya incəsənətinin zənginləşməsinə
şərait yaradıb". Açılış mərasimində
çıxış edən Viktoriya və Albert muzeyi Mərkəzi
Asiya Departamentinin baş kuratoru Tem Stenli Bakıda belə bir sərginin
açılmasından məmnunluğunu dilə gətirdi. O
bildirdi ki, Azərbaycan muzeyləri ilə əməkdaşlığın
davamlı olmasını arzulayır və bu yolda lazımi
addımlar atılacaq. Sərgi gələn il martın 3-dək
davam edəcək.
Şəms
Ayna.-2009.-7 noyabr.-S.19.