Brüsseldə Azərbaycan Mədəniyyət
Günləri
Milli mətbəximiz də təqdim olunmuşdur
Bu həftə
Brüsseldə Avropa Parlamenti binasında Azərbaycan Mədəniyyət
Günləri keçirilib.
Heydər Əliyev Fondunun məlumatına görə, tədbir fondla Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin birgə
layihəsidir. Ötən
günə kimi davam edən tədbirlərə Azərbaycanın
mədəniyyət və
incəsənət nümayəndələri
qatılıb, həmçinin Azərbaycan
mətbəxi geniş
şəkildə təqdim
edilib.
Avropalı
tamaşaçılarda Azərbaycan haqqında daha dolğun təsəvvür
yaratmaq məqsədi ilə Azərbaycanın təbliğinə
yönəlmiş geniş proqram hazırlanıb. Parlament
binasının "Yehudi Menihin" zalında Azərbaycan rəssamlarının
əsərlərindən və etnoqrafik miniatürlərdən
ibarət sərgilər açılıb. Mədəniyyət
Günlərində gənc muğam ifaçıları
tamaşaçılara təsniflərdən ibarət proqram,
"Bakı ulduzları" rəqs qrupu folklor seçmələrindən
ibarət rəqslər təqdim ediblər. Konsert proqramına
caz triosunun çıxışı da daxil edilib.
Müsafirlər
mədəniyyət günləri çərçivəsində
hər gün Azərbaycan mətbəxi ilə yaxından
tanış olublar. Kulinariya ustalarımız hər gün
qonaqlara milli mətbəximizdən ləziz örnəklər
təqdim etmişlər.
Z.Rüstəm
Ayna.-2009.-14 noyabr.-S.20.