Çingiz Abdullayev
Çin dilinə tərcümə ediləcək
Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri Çin
dilinə tərcümə
olunacaq. Çingiz Abdullayevin sözlərinə görə,
artıq Çindən
zəng edərək onun əsərlərinin Çin dilində tərcüməsi üçün
icazə istəyiblər:
"Mənim əsərlərim
artıq 28 dilə tərcümə olunub. Bu sırada növbəti dil isə Çin dili olacaq. Mən
buna çox sevinirəm. Hər zaman gənclərin kitaba həvəs göstərmələrini istəmişəm.
Hansı yazıçının
əsərlərini oxumalarının
fərqi yoxdur, ancaq oxusunlar. Deyəndə ki, azərbaycanlılar kitab oxumur, bu mənə
çox pis təsir edir. Axı biz oxuyan
xalqıq və həmişə oxumuşuq.
Bunu da dünyaya
sübut etməliyik".
Ayna.-2009.-21 noyabr.-S.20.