İsmayıl
Şıxlı yad edildi
Bakı Slavyan Universitetində filologiya fakültəsi tələbələrinin geniş
iştirakı ilə
xalq yazıçısı
İsmayıl Şıxlının
90 illik yubiley tədbiri olaraq toplantı keçirilmişdir.
Mərasimi fakültənin
dekanı İbrahimpaşa
Babayev açmışdır.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov mərhum yazıçının
ömür yolu və yaradıcılığı,
ictimai-siyasi fəaliyyəti
barədə məruzə
ilə çıxış
etmişdir.
Yaradacılıq fakültəsinin dekanı, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal yazıçının əsərlərinin, özəlliklə məşhur "Dəli Kür" romanının sənətkarlıq özəlliklərindən danışdı. Təbii ki, ölməz yazıçının şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verildi və onu xoş xatirələrlə andılar.
Toplantıya yazıçının oğlu Elçin Şıxlı da qatılmışdı. Elçin Şıxlı atasının
yaradıcılıq yolunun
ayrı-ayrı epizodlarından söz açdı. Diskussiya xarakterli bu toplantıda
tələbələr çoxlu
suallar verir, çıxışçılar onları cavablandırırdı.
Nigar Mirzəyeva
Ayna.-2009.-21 noyabr.-S.19.