"İstintaq" bərpa olunub

 

Rasim Ocaqovun bu filmi yaxın günlərdə göstəriləcək

 

Noyabrın 22-də xalq artisti, dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun 76 yaşı tamam olur. Görkəmli kinorejissorun ad günü ilə əlaqədar olaraq Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Rusiya Dövlət Film Fondunun köməyi ilə Rasim Ocaqovun 1979-cu ildə çəkdiyi "İstintaq" bədii filmini bərpa edib.

Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin bildirdiyinə görə, sözügedən filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Rafiq Qəmbərovdur. Baş rollarda Şəfiqə Məmmədova, Aleksandr Kalyagin, Həsən Məmmədov çəkiliblər.

Cəmil Quliyevin sözlərinə görə, filmin bərpa olunmuş variantının yaxın vaxtlarda nümayişinə başlanılması nəzərdə tutulur. 

 

 

Zəminə

Ayna.-2009.-21 noyabr.-S.19.