Muskomediya truppası Gəncə
səfərindən qayıdıb
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası Gəncə şəhərində
səfərdə idi.
Teatrın mətbuat xidmətinin məlumatına
görə, burada keçirilən şəhər
gününə dəvət
olunan balet artistləri "Gəncə
- 2503" bayram şənliklərində
iştirak ediblər. Təkcə ötən bir il ərzində
Moskvada, Yekaterinburqda, Novosibirskdə, iki dəfə Türkiyədə,
Gürcüstanda maraqlı
proqramla çıxış
edən kollektiv bu səfərini eyni zamanda doğma
teatrın 100 illik yubileyinə həsr edir. Sentyabrın 18-də - Milli musiqi bayramında
100-cü teatr mövsümünü
uğurla açan gülüş ustaları
yubiley öncəsi günlərdə ölkənin
ayrı-ayrı bölgələrinə daha
bir neçə səfər planlaşdırır.
Gəncədə keçirilən
konsertlərdə isə
teatrın aparıcı
solistləri - tenor Ramil Qasımov və soprano Ülviyyə Novruzova da iştirak ediblər. Proqramda klassik Azərbaycan və xarici bəstəkarların əsərləri
səsləndirilib.
Ayna.-2009.-3 oktyabr.-S.20.