Gəncə Dram Teatrı repertuarını
təzələyir
Gəncə Dövlət Dram Teatrı 114-cü mövsümünə
xalq yazıçısı
Elçinin "Qatil"
pyesi əsasında hazırlanan tamaşa ilə başlayıb. Bu barədə teatrın rəhbərliyi
məlumat verir. Xəbərdə qeyd olunur ki, dövlət
sifarişi ilə hazırlanan tamaşada teatrın əsas yaradıcı qüvvəsindən
istifadə edilib.
Bu
mövsümdə teatr yazıçı Elçinin daha bir
pyesini - "Ölüm hökmü"nü tamaşaya
qoyacaq. Öyrəndik ki, teatr tezliklə Əli Əmirlinin
"Varlı qadın", "Kişi və qadın"
komediyalarını, Hüseynbala Mirələmovun "Həyat
eşqi" əsərlərini də tamaşaçılara
təqdim edəcək.
Gəncə
Teatrının 114-cü mövsüm repertuarına Üzeyir
Hacıbəyovun "Arşın mal alan"
operettasının da daxil edilməsi nəzərdə tutulub.
Ayna.-2009.-3 oktyabr.-S.20.