Xaricdəki abidələrimiz - həssas yerimiz

                                                                                                                                                       

Bəs ölkədaxili abidələrimiz vəziyyətdədir? 

                                                                                                                                                 

Keçmiş postsovet məkanı ölkələrində, eləcə bu coğrafiyadan kənarda Azərbaycana azərbaycanlılara aid abidələr var. Bunlardan keçmiş dönəmdə ucaldılanlar da var, son dönəmə aid olanlar da. Sevastopolda Sapun-dağda 77-ci Azərbaycan diviziyası döyüşçülərinin şərəfinə qoyulmuş Xatirə Komleksi ilə bağlı hadisə göstərdi ki, onların hamısı bizim həssas yerimizdir. Çünki ölkə xaricində keçmiş tariximizin hansısa anlarını özlərində əks etdirirlər. Bu abidələri qoymaqla bitmir, onlar bizim daimi diqqət mərkəzimizdə olmalıdır.

Bəlli olduğu kimi, oktyabrın 5-də Sapun-dağ Xatirə Kompleksində qiymətli metallardan hazırlanmış hissə hansısa vandallar tərəfindən qoparılmış metal təhvili məntəqəsinə aparılmışdır. Buna bənzər hadisələr keçmiş postsovet ölkələrində, bizim Azərbaycanda da baş verir. Təkcə şəhər küçələrindəki kanalizasiya lüklərinin oğurlanmasını metal təhvili məntəqələrinə aparılmasını misal göstərə bilərik. Ukraynanın Azərbaycan səfiri Boris Klimçuk bizimlə söhbətində söylədi ki, Ukrayna şəhərlərində belə hallar əvvəllər olmuşdu. Təkcə onun bir vaxt çalışdığı doğma Lutsk şəhərində qırxa yaxın belə hadisə baş vermişdi. Ailə, tərbiyə, təfəkkürün korlanması... bu kimi halların mənbəyidir. 

Bu dəfə reaksiya operativ oldu. Hər iki tərəfin rəsmiləri, Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk işə qarışdılar, hadisə mediada önəmli ictimai mövzulardan birinə çevrildi. Sevastopol şəhər rəsmiləri orada iki dəfə müşavirə keçirdilər. Azərbaycanlıların Ukraynada özəlliklə Krımdakı təşkilatlarının başçıları da öz sözlərini dedilər. Hətta səfir bir mənəvi borc bilərək öz hesabından abidənin bərpasına pul köçürdü.  Abidə yaxınlarda ya bərpa ediləcək, ya da metal hissəsi yenidən töküləcəkdir. Lakin...

 Bizim üçün çox ağrılı olan oydu ki, bu abidə 1975-ci ildə qoyulub, 80-ci illərdə ona "əl gəzdirilib" az qala 25 ildir onunla maraqlanan olmayıb. Baxmayaraq ki, Bakıda azərbaycalıların hərbi şöhrət tarixi ilə məşğul qurumlar var. Bizə doğma olan Krımda isə azərbaycanlıların regional diaspor təşkilatı mövcuddur. Onlar hələ neçə il əvvəl abidənin vəziyyətini görüb bərpası barədə təşəbbüs qaldırmalıydılar. Əgər nəzərə alsaq ki, qonşu ermənilər gündə bir şəhərdə "soyqırım" abidəsi dikəldir, ağlaşma qurub "bizi türklər qırıb" deyə şivən qoparmaq üçün əllərində tutalğac edirlər, bizlər Sapun-dağdakı sayaq şərəf-şöhrət abidələrimizə qayğı ilə yanaşmalıyıq.

 Konkret 77-ci Azərbaycan diviziyasının tarixçəsinə döyüş yollarına gəldikdə, bu diviziya 1920-ci ildə Azərbaycan hökumətinin qərarı ilə yaradılıb. İlk komandiri Cəmşid Naxçıvanski olub. İlk vaxtlar onun tərkibində atıcı kavaleriya briqadaları, artdivizion, kavaleriya batareyası, mühəndis rabitə rotaları vardı. 1941-ci ilin dekabrında 77-ci diviziya adı altında 51-ci Ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatında iştirak etməklə müharibəyə qatılıb. Sözügedən əməliyyatda böyük itkilərə məruz qalıb. Sonrakı illərdə diviziyanın şəxsi heyəti beynəlmiləl tərkibə malik olub.

  Cəbhə xətti Qafqaz dağlarına qədər sıxışdırılanda 77-ci diviziya Mozdok, Stavropol ətraflarında, Taman yarımadasında döyüşüb, Rostovun alınmasında iştirak edib. 13 aprel 1944-cü ildə Simferepol şəhərinin almanlardan geri alınması uğrunda aparılan döyüşdə xüsusi qəhrəmanlıq göstərdiyinə görə ona "Simferepol diviziyası" adı verilib. Onun 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Sevastopolun alınması uğrunda aparılan döyüşlərdə bu diviziya yenə çox böyük itkilərə məruz qalmışdı Sapun-dağdakı sözügedən abidə 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdu. Abidənin müəllifi məşhur heykəltəraş Ömər Eldarovdur.

  Təbii ki, abidə baxımsız vəziyyətdə olanda, uçub töküləndə vandallar onun hansısa qiymətli bir elementinə göz dikə bilər. Bu abidələrə ögey münasibət tək Sevastopoldamı belədir? Vaxtilə Bakıda, Azərbaycanın əyalət şəhərlərində hətta kəndlərində müharibədə həlak olanların xatirə kompleksləri ucaldılmışdı. Gəlin etiraf edək ki, onların çox böyük hissəsi bu gün baxımsız vəziyyətdədir. Uçub-dağılır, hüznlü bir görkəmdədir, ətrafını alaq otları basıb, böyür-başlarında əkilmiş gül kolları quruyub...

 Səfir Boris Klimçukun söylədiyi kimi, bəli, bu kimi vandallar "yaramazlar", "mənən eybəcərlərdir", "onların milliyyəti olmur". Bəs bizim şəhər kəndlərimizdə vaxtilə Böyük Vətən müharibəsindən qayıtmayanların xatirələrinə ucaldılmış abidə komplekslərinin bugünkü pərişan görkəmini hər gün görən, heç bir şey olmayıbmış kimi, yanından ötüb-keçən məmurlara necə, onlara Ukrayna səfirinin təyinlərini aid edə bilərikmi?   

 

 

İsmayıl UMUDLU

 

Ayna.-2009.-10 oktyabr.-S.4.