Şəkidə Səbuhi Məmmədovun
sərgisi açılıb
Rəssam Səbuhi Məmmədovun Şəki Sənətkarlar
Mərkəzində açılan
yubiley sərgisi bu həftə sonuna kimi davam
edəcək. Rəssamın
dediyinə görə,
tədbir onun 50 illik yubileyinə həsr olunub. Bir sıra sərgilərin
və beynəlxalq müsabiqələrin iştirakçısı
və qalibi olan Səbuhi Məmmədov xatırlatdı
ki, onun əsərləri ölkəmizlə
yanaşı, Rusiya, Almaniya, Norveç, Amerika və İngiltərə kimi ölkələrin qalereyalarını
bəzəyir.
Şəki
şəhərinin bir sıra mədəniyyət
ocaqlarının bədii tərtibatını verən
fırça ustasının yaradıcılığında əsas
yeri boyakarlıq janrı tutur. Milli koloriti öz dəsti-xəttində
həmişə saxlayan rəssamın sərgisinin
açılışında tanınmış sənət
adamları və Rəssamlar İttifaqının üzvləri
iştirak ediblər.
Ayna.-2009.-17 oktyabr.-S.20.