Güney Azərbaycan ədəbiyyatına dair yeni nəşr
Belə
bir nəşr Güney Azərbaycan türklərinin arzusu idi
Güney
Azərbaycan ədəbiyyatı haqqında yeni kitab
işıq üzü görüb. Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat
İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsi tərəfindən hazırlanan "Cənubi
Azərbaycan ədəbiyyatı tarixi. XIX-XX əsrlər"
kitabında Güney Azərbaycan ədəbiyyatının XIX
və XX əsrləri əhatə edən tarixindən bəhs
olunur. İki cilddə çap olunan kitabın redaksiya heyətinin
üzvləri akademik Mirzə İbrahimov, filologiya elmləri
doktoru, professor Teymur Əhmədov və filologiya elmləri
doktoru Rəhim Əliyevdir.
Bu 480 səhifəlik nəşr redaksiya
heyətinin ön sözü ilə başlayır. Burada əslən
Güney Azərbaycandan olan akademik Mirzə İbrahimovun elmə
verdiyi töhfə, yazıçının Güney Azərbaycan
ədəbiyyatının araşdırılmasında əvəzsiz
rolu və mövzu ilə bağlı digər məlumatlar yer
alır. Hər bir ədəbiyyat tarixinin ortaya
çıxmasını ədəbi-mədəni hadisə
kimi dəyərləndirən redaksiya heyəti kitabın ərsəyə
gəlməsinin Güney Azərbaycan türklərinin arzusu
olduğunu bildirib. Doqquz fəsildən ibarət kitabın
birinci hissəsi "XIX əsrdə Cənubi Azərbaycanda
folklor" başlığı ilə verilib. Bu fəsildə
folklor incilərimizdən olan dastanlar və bayatılar yer
alır.
II fəsildə XIX əsrin birinci
yarısını əhatə edən ədəbiyyatdan bəhs
olunur. Burada həmin dövrdə baş verən mühüm
ictimai-siyasi hadisələr və zəmanənin görkəmli
ədiblərinin yaradıcılığı əksini
tapıb. Kitabın III fəsli "Ədəbi portretlər"
başlığı ilə verilib. Bu hissədə Heyran
xanım, Seyid Əbülqasim Nəbati və b.
yaradıcılığından söz açılır.
Zəminə
Rüstəm
Ayna.-
2009.- 24 oktyabr.- S.18.