Maykl Ceksondan bəhs edən film nümayiş olunub

 

Ekran işi 18 şəhərdə göstərilib

 

Bu həftə dünyanın 18 şəhərinin kinoteatrlarında Maykl Ceksonun həyatının son günlərinə həsr olunmuş sənədli film nümayiş etdirilir. Xarici mətbuatın yazdığına görə, "Bu da son" adlı filmdə pop kralının Londonda keçirilməli olan konsert öncəsi məşq zamanı lentə alınan kadrları nümayiş olunur.

Xatırladaq ki, pop kralı iyun ayında 50 yaşında vəfat edib. Sonradan onun həkimlərinin verdiyi dərmanlardan öldüyü müəyyən edilib. Ceksonun bəzi fanatları filmi kəskin tənqid edərək, "Bu hələ son deyil" adlı kampaniyaya başlayıblar. Film eyni zamanda 5 qitənin 18 şəhərində nümayiş etdirilib. Filmin bir neçə gün ərzində 110 ölkədə prokata çıxarılacağı gözlənir. Los-Ancelesdə filmin premyerasında isə Ceksonun qohumları yaxınları da iştirak edib.

 

Xatun   

 

Ayna.- 2009.- 31 oktyabr.- S.24.