“Mahmud
və Məryəm”ə
Türkiyədə ekran
həyatı
Yazıçı Elçinin "Mahmud və
Məryəm" romanı
Türkiyədə Sevda
Kayqısızın təşəbbüsü
ilə ekran həllini tapacaq. Türk mətbuatının yazdığına
görə, film Türkiyədə
fantastik türk filmi olma özəlliyinə
sahib olacaq. Xatırladaq
ki, Çaldıran döyüşü dövründən
bəhs edən
"Mahmud və Məryəm"
romanı önümüzdəki
il nümayişə
çıxacaq. 1514-cü
ildə baş vermiş Çaldıran döyüşü dönəmində
məhəbbəti uğrunda
çöllərə düşən
padşah oğlu Mahmudun bu səfər
sırasında rastlaşdığı
hadisələr, gördükləri
filmoqrafiyada bütünləşəcək.
Xəbərdə bildirilir
ki, film Azərbaycanda,
Qars və Ərzurumda çəkiləcək.
Yanvardan isə filmin hazırlıqları başlanır.
Xəbərə görə, ekran
işinin sınaq çəkilişləri mayda gerçəkləşəcək.
2010-cu ilin dekabrında nümayişi gözlənən bu
layihə beynəlxalq platformada yer alacaq.
Elçin Əfəndiyev artıq
müqaviləni imzalayıb. Yazar açıqlamasında belə
deyir: "Mahmud ilə Məryəm" Türkiyə ilə
Azərbaycanın birlikdə reallaşdıracağı
gözəl bir film olacaq. Filmdə azərbaycanlı və
türkiyəli aktyorlar oynayacaq. Belə bir əməkdaşlıq
Azərbaycanda ilk olacaq".
Sevda Kayqısız isə filmin
beynəlxalq platformada səs gətirəcəyini və
çəkilişlərin iki ay sürəcəyini
bildirmişdir.
Şəms
Ayna.- 2009.- 5
sentyabr.- S.20.