40-a yaxın rəssam İttifaqa üzv oldu

                                                                                               

Azərbaycan Rəssamlar İttifaqına 40-a yaxın üzv qəbul olunub. İttifaqın katibi Ənvər Qarayev bildirib ki, birliyə qəbul olunan yeni üzvlərin hamısı gənclərdir. Gələn ay isə ittifaqa qəbul olunan gənc rəssamların sərgisi keçiriləcək və həmin sərgidə onlara üzvlük vəsiqəsi təqdim ediləcəkdir.

Ənvər Qarayev demişdir: "Rəssamlar İttifaqına gənc rəssamların üzv olması çox gözəl haldır. Artıq ittifaqın Gənclər Birliyinin 200-dən artıq üzvü var. Bu ilin sonuna kimi isə biz həmin üzvlərin bəzilərini professional rəssamlar arasına qatmağı düşünürük".

 

 

Ayna.- 2009.- 5 sentyabr.- S.20.