Kino gününə-“Azərbaycan xalçaları”

 

Kinorejissor Şamil Əliyevin "Azərbaycan xalçaları" qısametrajlı filmi Moskvada sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək. Rejissorun bildirdiyinə görə, festival Rusiya Mədəniyyətşünaslıq İnstitutu, Lixaçov adına Rusiya Mədəni və Təbii İrs Elmi-Tədqiqat İnstitutu, Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti və Rusiya Audiovizual Arxiv Milli Assosiasiyasının dəstəyi ilə təşkil edilib. Xatırladaq ki, bu 17 dəqiqəlik film Bakı islam mədəniyyətinin paytaxtı - 2009-un rəsmi təqdimat mərasimi üçün çəkilib. Filmin ssenari müəllifi Aydın Talıbzadə, operatoru Nizami Abbas, bəstəkarı Teymur Abdullayev, prodüseri isə Cavid İmamverdiyevdir. Film "Yaddaş" studiyasında lentə alınıb.

 

 

Ayna.-2009.-12 sentyabr.-S.20.