“Gədəbəy” - adın mənşəyi - iddialar, mübahisələr, təkliflər...   

 

 

Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı rayonun ilk adı “Mədən” olub

Sazın, sözün beşiyi, Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı, vaxtilə dünyanın sayılıb-seçilən sənaye mərkəzlərindən olan, hər daşında bir tarix bəsləyən, Azərbaycanın əfsanələr paytaxtı Gədəbəyin adının hardan qaynaqlanması, etimoloji araşdırmaların kasadlığı bəzi mübahisələrə səbəb olur. Bəlkə də buna görədir ki, cəmiyyətdə bu  rayonun adına birmənalı yanaşılmır. Hətta rayonun adının dəyişdirilməsini də istəyənlər az deyil. Bütün bunları nəzərə alaraq Modern.az Gədəbəy rayonunu adının mənasını və bu adın dəyişdirilməsinə ehtiyac olub-olmadığını araşdırıb.

Uzun müddət AMEA-nın Tarix, Dilçilk, Coğrafiya institutlarını ələk-fələk edəndə gördük ki, hərdən öz peşələrinin mütəxəssisi kimi tanınan şəxslər bu məsələdə heç də mütəxəssis deyillər. Belə ki, onlardan heç kim dəqiq mənbə göstərə bilmədiyindən fikirlərini eşitdikləri versiyalarla ifadə etdilər. Amma alimlərdən  fərqli olaraq, rayonun adının mənasını bilənlər də tapıldı və onlar heçrayonun adının dəyişdirilməsinin tərəfdarı olmadıqlarını bildirdilər.  

Fəlsəfə elmlər doktoru İzzət Rüstəmov vaxtilə Gədəbəy rayonunun adının Mədən olduğunu, sonradan Gədəbəy adlandırıldığını söylədi. Onun sözlərinə görə, mis, qızıl yataqları kəşf olunduğundan bu ərazi Mədən adlanıb:

Gədəbəyin mənası bəylər, hampa olan yer deməkdir. Çox vaxtgədəsözü aşağılayıcı, sayılmayan kimi qələmə verilir. Amma əslində belə deyil. Bu adın kökündə bəylik durur. VaxtiləMədənadlandırılan rayon mərkəzi sonradanGədəbəyolub. Rayonun elə kəndləri var ki, oranı pisləyirlər, çox geri qaldığını deyirlər. Halbuki, 19-cu əsrdə həmin kəndləri işıq sivilizasiya mərkəzi adlandırırdılar. Hətta adları kitablara da düşüb. Dilçilərin əksəriyyətiGədəbəysözünün ərəb dilindəkiQodabeksözündən götürüldüyünü deyirlər. Bu sözün isə tərcüməsimis bəyideməkdir. Söz uzun illər müəyyən dəyişikliyə məruz qalaraqGədəbəyformasını alıb. Odur ki, Gədəbəyin adının dəyişdirilməsinə ehtiyac yoxdur. 

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair İlyas Tapdıq isə hesab edir ki, tıva dilindəGədəbəysözünün mənası dağlıq yer deməkdir. Onun sözlərinə görə, bu sözün mənasıgədiksözünə yaxındır.

İkinci bir tərəfdən Quba rayonunda da Gədəzeyxur kəndi var ki, bu da dağlıq yer mənasını verir. Belə bir versiyalar da var ki, vaxtilə Gədəbəydə kattalar olub, amma bəylik olmayıb. Həmin kattalar çox yaxşı olduğundan ona kətta-bəy (böyük bəy) deyirlərmiş. Sovet hakimiyyəti qurulandan sonra isə Gədəbəyə rayon statusu verilib. Belə deyirlər ki, Şəmkirdə Allahyar Dilqəm bəy olub, car hökuməti qurulanda onların bütün torpaqları əllərindən alınıb. Elə o vaxtdan da həmin rayon “bəy yerikimi işlənib. Başqa versiya isə oğlan, bəy mənasını verir”. 

Gədəbəyli deputat Rafiq Məmmədhəsənov dəyişikliklə bağlı təklif irəli sürənlərin ciddi səhvə yol verdiyini dedi. Onun sözlərinə görə, “gədə” sözü ayrı mənanı verir, “gəda” ayrı. Bunları qarışdırmaq olmaz.

““Gədə” cavanlara deyirlər. Ona görə də bunun fərqində olmaq lazımdır. Gədəbəy adının özü bir tarixdir. Buna toxunmaq olmaz. Bir çoxları Gədəbəyin Dədəbəy olmasını təklif edir. Bu da yanlış fikirdir. Ümumiyyətlə, Gədəbəy adı tarixdə, arxivdə, mənbələrdə belə gedib. Bunun adının dəyişdirilməsinin nə mənası var?! Bineyi-qədimdən bura kimsə rayona gəlib və soruşub ki, “rayonun adı nədir?” O da deyib ki, “get a bəy”. Ad da burdan qalıb. Həm rayonda balaca uşaqlaragədədeyirlər. Yəni gədəsi bəydir. Belə yozanlar da var. Necə olur ki, bu qədər alim, professor Gədəbəy adı ilə razılaşır, amma bəzi yeni yazan, pozanlar bu adı bəyənmirlər. Halbuki, Zaqafqaziyada ilk dəfə dəmiryolu, işıq Gədəbəydə olub”. 

Deputat deyir ki, hətta ad dəyişikliyilə bağlı təklif Milli Məclisdə qaldırılsa belə, o, bunun qəti əleyhdarı olacaq. Millət vəkilinin sözlərinə görə, adın dəyişdirilməsinə cəhd olarsa o, öz etirazını bildirəcək.    

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun professoru, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli isə deyir ki, Gədəbəyin müxtəlif etimologiyası ola bilər. Məsələn, “yola düş get”, “get a bəy s.

Toponimlərin bəzilərinin dediyinə görə, “Gədəbəysözü qədim türk dillərindəki get, gedik (təpə) bək (keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranıb müşahidə məntəqəsi”, yaxudkeşikçi təpəsimənasını ifadə edir. Gədəbəyin adı hələ 1206-ci ildə alban tarixçisi Mxitar Qoşun əsrərindəGetabakkimi verilib. İndiyədəkGədəbəysözünün digər sözlərlə yanaşıgəda” - fars mənşəli bəy” – türk mənşəli söz birləşməsi kimi qəbul edilməsi, əslində heç bir məntiqə sığmır. Bu da onunla əsaslandırılır ki, buranın birmənalı olaraq türk məkanı olması arxeoloji memarlıq abidələrində, yazılı şifahi yozumlarda təsdiqini tapıb. Dağlıq yurdun yerləşdiyi ərazinin məkana uyğun olaraqkədə”, yəni qədim türk sözü olaraq, “keşikçi, gözətçimənasına gəlməsi daha ağlabatandır. Beksözü qədim türk sözü olaraq təpə, dağ mənasındadır.

Sabiq millət vəkili Nazim Məmmədov isə ümumilikdə adların, tarixi, etnoqrafik, dil üslubu baxımdan dəyişdirilməsinə normal baxır. Siyasi maraqlarla ad dəyişdirilməsinə, yaxud ad dəyişmək xətrinə dəyişikliklərin əleyhinə olduğunu deyir: “Dediyim kimi, tarixçilər, etnoqraflar Gədəbəyin adının dəyişdirilməsini elmi əsaslarla sübut etsələr, buna hörmətlə yanaşaram. Xocalı-Gədəbəy mədəni abidələri vasitəsilə sübut olunub ki, müasir Azərbaycanın ən qədim yaşayış məskənləri Gədəbəy rayonunun ərazilərində olub. Tarixçilərin bir versiyası olub ki, bir atlı ya səyyah Gədəbəyin indiki yerində olan yaşayış məskəninin adını soruşub, cavab isə “get, a bəyolduğundan müasir dilimizə belə dəyişik formada gəlib, digər bir versiyada isə almanlar orta əsrlərdə bu dağlarda qızıl tapdıqlarına görəGoldbergbauyəni alman dilindəQızıl dağolaraq adlandırıblar. Goldbergbautəlləffüzdə Gədəbəyyaxın olub”.

Nazim Məmmədov isə Gədəbəyin adının dəyişdirilibQızıldağ” la əvəzlənməsinə etiraz etmədiyini dedi.

 

Gültəkin  

Azad Azərbaycan.- 2012.- 28 dekabr.- S.3.