ADPU-da Təlim Resurs Mərkəzinin
təqdimatı olub
ADPU-da Müasir Təlim Texnologiyaları
Təlim və Resurs Mərkəzinin təqdimatı
keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin
təqdimatı və həmin mərkəzdə
aparılmış təlimlərin yekunlarına həsr
olunmuş tədbir keçirilib. "ICTnews" elektron xəbər
xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat
verilib. Nazirlikdən bildirilib ki, tədbirdə ADPU-nun rektoru
Yusif Məmmədov Müasir Təlim
Texnologiyaları Təlim və Resurs Mərkəzinin fəaliyyəti
barədə qısa məlumat verib.
Müasir Təlim Texnologiyaları Təlim
və Resurs Mərkəzinin rəhbəri Fəxrəddin
Yusifov mərkəzin kurikulum islahatlarının səmərəliliyinin
artırılmasına dəstək məqsədilə
yaradıldığını bildirib. Mərkəzdə
müəllimlərin müasir təlim texnologiyaları ilə
bağlı hərtərəfli biliklərə yiyələndiklərini
söyləyən F.Yusifov artıq 137 nəfər müəllimin
fəal təlim kurslarından keçdiyini vurğulayıb. Tədbirdə
iştirak edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin
rəhbəri Mark Herevard yeni yaradılmış mərkəzin
fəaliyyətini yüksək qiymətləndirib.
O, YUNİSEF-in Resurs Mərkəzinin
texniki təchizatına köməklik göstərdiyini tədbir
iştirakçılarının nəzərinə
çatdırıb. Təhsil naziri Misir Mərdanov öncə
ADPU-da fəaliyyət göstərən Müasir Təlim
Texnologiyaları Təlim və Resurs Mərkəzi ilə
tanışlığından məmnunluğunu ifadə edib.
Mərkəzdə yaradılmış şərait və
imkanlar haqqında fikirlərini bildirən nazir Azərbaycanın
müstəqillik illərində digər istiqamətlərdə
olduğu kimi, təhsil sahəsində də ciddi uğurlar
qazandığını söyləyib.
Müəllim hazırlığı ilə
məşğul olan ali məktəblərin işinin
günün tələbləri səviyyəsində təşkili
üçün həyata keçiriləcək zəruri tədbirlərə
diqqət çəkən nazir bu təhsil ocaqlarında
çalışan müəllimlərin orta məktəblərdə
gedən proseslərlə daha yaxından tanış
olmasının əhəmiyyətinə toxunub. Təhsil
naziri ADPU-nun müəllim hazırlığı sahəsində
zəngin təcrübəsi olduğunu bildirərək burada
təhsil alan tələbələrin müəllim kimi hərtərəfli
hazırlıq keçməsinin zəruriliyini qeyd edib. Misir Mərdanov,
həmçinin digər ali məktəblərdə də
müvafiq mərkəzlərin yaradılmasının əhəmiyyətindən
bəhs edib.
Daha sonra Müasir Təlim
Texnologiyaları Təlim və Resurs Mərkəzində fəal
təlim kurslarını bitirmiş müəllimlərə
sertifikatlar təqdim olunub.
Seyidzadə
Hacı Tofiq
Azad Azərbaycan.-
2012.- 28 noyabr.- S.7.