BSU-da Dr. Cavad Heyətlə görüş
12 oktyabr 2012-ci ildə
BSU-nun Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin
təşkilatçılığı ilə görkəmli alim, tanınmış türkoloq, "Varlıq”
dərgisinin baş redaktoru, Paris Cərrahlar Akademiyasının fəxri
üzvü Dr. Cavad Heyətin "Dilimiz, ədəbiyyatımız və
kimliyimiz uğrunda” kitabının təqdimat
mərasimi keçirildi.
Universitetin tədris işləri üzrə prorektoru
professor A.Hacıyev çıxış
edərək tədbir
iştirakçılarını salamladı. Dr. Cavad
Heyətin həyat və fəaliyyəti haqqında danışaraq,
"Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda” kitabını dilimiz, mədəniyyətimiz,
ədəbiyyatımız, ümumiyyətlə, türkçülüyün
qiymətli əsəri
adlandırdı. Çıxışında universitetin rektoru
prof. Kamal Abdullayevin təbriklərini
professora çatdıraraq
onun universitetimizin fəxri qonağı olduğunu bildirdi.
Pedaqoji fakültənin
dekanı prof. E.Piriyev çıxışında
"Varlıq” dərgisinin
əhəmiyyətindən söhbət açdı. "Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda” kitabına dilçilik aspektindən yanaşaraq onu Azərbaycan dilçiliyi üçün son dərəcə
qiymətli əsər
olduğunu söylədi.
Azərbaycanşünaslıq tədris-mədəniyyət
mərkəzinin böyük
elmi işçisi f.e.n. G.Əliyeva da çıxışında
dr.C.Heyətin dilçiliyə
aid əsərləri üzərində
dayanaraq onun "Türk dili və ləhcələrinin
tarixinə bir baxış” əsərini
Mahmud Kaşğarlının, "İki dilin müqayisəsi” əsərini
Əlişir Nəvainin
"Mühakimət-ül lüğəteyn”
əsəri ilə müqayisə etdi.
Tədbirdə həmçinin Azərbaycanşünaslıq
tədris-mədəniyyət mərkəzinin əməkdaşı
R.Əliyev çıxış
edərək "Varlıq”
dərgisinin Cənubi
Azərbaycan jurnalistikasına
böyük töhfə
olduğunu qeyd etdi, Lüğət mərkəzinin ETL müdiri
T.Şükürbəyli də
çıxışında onu Qorqud Ata adlandırdı.
Sonda Prof. Dr. Cavad
Heyət tədbiri təşkil edən universitet rəhbərliyinə
təşəkkürünü bildirdi. Özünün "Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda” kitabı haqqında danışaraq
burada 60 məqaləsinin
toplandığını qeyd
etdi, kitabın fəsilləri haqqında
qısa danışdı.
Tədbirin sonunda tədris
işləri üzrə
prorektor prof. A. Hacıyev 2012-ci ildə Bakı Slavyan Universitetinin elmi şurasının qərarı
ilə "Filoloqun
kitabxanası-100” layihəsi çərçivəsində nəşr olunmuş Cavad Heyətin təqdimatında Bertran Rasselin "Qərb fəlsəfəsi tarixi” adlı kitabı haqqında da məlumat verdi.
Hacı Tofiq
Azad Azərbaycan.- 2012.- 17 oktyabr.- S.7.