Qutsal ocaqlar, əski inanc yerlərimiz: Düldül
ocağı və əski türk yazısı
Mirəli
Seyidov “Azərbaycan mifik təfəkkürünün
qaynaqları” adlı monoqrafiyasında bildirir ki, son vaxtlara qədər Azərbaycanın
bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin
pirlər əsasən uşaq - doğum pirləri kimi də məşhurdur.
Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib
tapınar, səcdəyə düşərmişlər.
Alimin yazdığına görə, ağacın doğum
piri olması , onun həm dünya ağacının atributu
olmasına işarədir, həm də bu inamın Umayla mifoloji
əlaqəsinin təzahürüdür. Ardıca və
başqa ağaclara belə münasibət ağac onqonu ilə əlaqədardır,
ağaca sitayişin əlamətidir.
Kökü
minilliklərin dərinliklərinə qədər uzanan bu
inancın izlərinə bu gün də rast gəlinməkdədir.
Bu baxımdan Şəmkir və Tovuz rayonlarının ərazisində
mövcud olan bir neçə ağac pirini misal çəkmək
olar. Məsələn, Şəmkir rayonunun Tatar kəndində
yerli əhali tərəfindən
müqəddəs sayılan iki ocaq məvcuddur ki, bunlardan biri “Dağdağan
ocağı”, digəri isə “Düldül ocağı”
adı ilə məşhurdur. Bu iki ocaq oxşar quruluşa
malikdirlər. Hər iki ocaqda bir məzar, və məzarın
ayaq və baş tərəflərində dağdağan
ağacları əkilmişdir.
Maraqlıdır
ki, məzarların üst hissələri ənənəvi
müsəlman qəbirlərindən fərqlənir və
daş kurqan qəbirlərini xatırladır. Yəni
onların üzərinə topa şəkildə daş
parçaları yığılmışdır və bu
daşlar kiçik kurqanı xatırladan təpəciklər
oluşdurmaqdadır.
Məzarların ətraflarındakı ağaclar müqəddəs sayıldığından əhali onlara arzu və niyyətlərinin yerinə yetməsi üçün müxtəlif rəngli parçalar asaraq arzularının həyata keçməini diləyirlər. Ağac kültünə inam, əski dövrlərdən türk xalqları arasında mövcud olmuşdur və ağaclardan ən çox qayın, şam və dağdağan ağaclarıı müqəddəs ağac kimi qəbul edilirmiş. Eyni zamanda ölən adamların ruhunun əyəyə çevrilərək, çay, göl, dağ və s. kimi təbiət obyektləri ilə yanaşı ağaclarda yaşadığınana inanılmışdır. Vaxtı ilə Azərbaycanda “hər bir şeyin, ağacın, suyun əyəsi var”, “nə ki görürük, hamısı əyəlidi” ifadələri, “gecə ağac altına getməzlər əyəsi səni vırar” kimi inamlar mövcud olub və onlar ümumilikdə ağacla bağlı inanclar sisteminin bir hissəsi idilər. Azərbaycandan toplanılmış folklor nümunələrinin birində deyilir:
“...Dağın üstündə böyük
bir ağac var, o ağac pirdi. Gərək
ona yaxın getməyəsən. On beş metr
aralıda dayanasan. Qollarını açasan,
çağırasan. Özü də
çağıranda səs verir. ”Ay pir “
deyəndə səs verir, ona nə sözün var
ürəyində deyirsən, apardığın ayın-oyunu
da qoyursan yerə, dala baxmadan qayıdıb gəlirsən”.
Eyni inanc sistemi digər türk xalqlarına da xas olub. Məsələn,
telenqitlər inanırdılar ki, hər ağacın ezzå-sahibi, ruhu var. Înların inamına görə
ağacın ezzi-sahibi ruhu (aqaştın ezzi) insan taleyini himayə
edir, bu üzdən də onlara qurbanlar verilərdi.
Yakutlarda sînsuz
qadınlar yuvalı qara şam ağacına gələr, ağ at dərisini ağacın altına sərib
ağacın qarşısında dua ådərlər. Altay mifîlîgiyasına görə göy üzünə dîğru çîx böyük şam ağacı
yüksəlir. Göyləri dəlib
çıxan bu ağacın təpəsində Tanrı
Ülgən îturur.
Qadir Qədirzadə Sibir və Altay xalqlarında
ağaclara båz,
parça bağlamanı ağac yiyəsini (iççi)
razı salmaq, yaxud ağac ruhuna qurban xaraktåri daşıması ilə izah ådir. A.M.Saqalayev
yazır ki, dağ və göllə yanaşı, ağac da türk
mifologiyasının ən qədim obrazlarından
hesab olunur. Hunlar ağaca at qurbanı kəsir, kəlləsini
və dərisini də budaqlarına asırdılar
.
Yakutlarda
sînsuz
qadınların yuvalı qara şam ağacına gələrək,
ağ at dərisini ağacın altına sərməsinə,
ağacın qarşısında dua åtməsinə, qədim hunların isə ağaca
at qurbanı kəsməsinə,
kəlləsini və dərisini də budaqlarına
asmalarına bənzər adətin izlərinə “Düldül ocağı”nda rast gəlinməkdədir.
Belə ki, ziyarətçilər bu ocağa at
nalları gətirir və daş topalarının üzərinə
qoyurlar.
Azərbaycanda müqəddəs ağac
funksiyasını daha çox dağdağan ağacı
daşımışdır. Onun
qol-budağını qırırmaq böyük suç
sayılıbmış və bu işi görən şəxsin
lənətlənərək ağac əyəsi tərəfindən
muxtəlif ziyanlara düçar olduğuna inanılıb.
Dağdağan ağacı sehirli gücə
malik olduğundan yalnız qamlar (şamanlar) onun
budaqlarından kiçik hissəciklər ayıraraq üzərinə
isti dəmirlə bir neçə xət dağlayıb
körpə uşaqların paltarlarına sancaqlayaraq onu bədnəzərdən
qoruyurmuşlar. Bu inanc da bu günə qədər
yurdumuzun ucqar yerlərində hələ də öz önəmini
itirməmişdir və yaşamaqda davam edir. Belə yerlərdən biri yuxarıda adını
çəkdiyimiz Tatar kəndidir. Burada əhali, islam dininə inanmasına baxmayaraq, hələ
də öz kəndlərində məscid tikməyib və
onların yeganə tapınaq yeri həmin ocaqlardır.
Bölgə əhalisi dini matəm günlərində belə
sözügedən
ocaqların ətrafına toplaşırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, Düldül ocağı
ağaca və ağac əyəsinə inancla bərabər,
at kultuna inancın izlərini də özündə
daşıyır. Ocağın adından da
göründüyü kimi (Düldül Həzrət Əlinin
atının adıdır) bu ocaq əsasən ata müqəddəs
heyvan kimi baxışı aşılamaqdadır. Bu ocaqda bir qayanın üzərində at
nalının izi qazılmış və tapınaq bununla daha
da qutsal xarakter almışdır. Bənzər halla Tovuz rayonu ərazisindəki
Haçaqaya ocağında üzləşmək
mümkündür.
Məsələ
burasındadır ki, əski türk inanclarını islamiyyət
dönəmində də yaşada bilmək üçün
türklər bu inanclarını islami motivlərlə bəzəmək
məcburiyyətində qalmış, həm Düldül, həm
də Haçaqaya barədə islamiyyətlə əlaqələndirilən
yeni bir nağıl uydurmuş, bu yolla da əski tapınaq yerlərini
dağıdılmaqdan qorumuşlar. Uydurulmuş
yeni rəvayətə görə, islamiyyətin
başlanğıc dönəmində bu ərazilərdə
guya Salsal adlı zülmkar bir pəhləvan hakim
yaşayırmış. Bu hakim yerli
xalqı incidib zülm etdiyindən onlar zamanın xəlifəsi
olan həzrət Əliyə məktub yazıb ondan şikayət
edirlər. Həzrət Əli özü atı
Düldülün belində, çaparaq Salsal pəhləvanın
davasına gəlir. Yol sərt qaya ilə
örtüldüyündən qılıncını
qayıya çarparaq atının keçişinə yol
açır və burada atı Düldülün ayaq izi
qayada qalır. Nəhayət
Salsalı yenərək geri dönür...
Azərbaycan
ərazisində Düldül adı daşıyan bir çox
ocaqlar mövcuddur. onlardan biri də
Cəbrayıl rayonundakı Düldül ziyarətgahıdır.
Təbii ki, həmin ocaqların nə həzrət
Əli, nə də onun atı ilə heç bir əlaqəsi
yoxdur. Lakin zamanla xalq özünün
uydurduğu yeni əfsanəyə inanmağa
başlamışdır.
Artıq söylədiyimiz kimi, Düldül
ocağında bir məzar bulunmaqdadır. Bu məzarda
uyuyan şəxsin kimliyi haqda (yerli xalq onun hansısa seyid
olduğunu iddia edir) elə həmin məzarın
yaxınlığnda kiçik bir qaya üzərində əski
türk runik işarələri ilə bir yazı möcud
olmuşdur. Lakin bu yazıya önəm
verilməmiş və o, ocağın ərazısi
genışləndirilərkən traktorla məhv
edilmişdir. Amma xoşbəxtlikdən həmin
yazının üzünü vaxtı ilə dilçi alim
Frudin Cəlilov köçürmüş və öz “Azər
xalqı” adlı kitabında nəşr etdirmişdir.
Gerçəkləşdirdiyimiz oxunuş da məhz həmin
şəklə əsaslanır..
Şəkildən
göründüyü kimi yazı iki yanaşı qaya üzərində
yazılmışdır . Birinci
qayada qədim kufi xəttinin həndəsi forması ilə
iki ərəb sözü və bir rəqəm
yazılmışdır. İkincı
qayada isə türk runları ilə yazılmış
kiçik bir mətn yer almaqdadır.
Gəldiyimiz nəticəyə görə bu məzar
müsəlman bir türkün qəbiridir və islamın
yayilmasının ilk çağlarına aiddir. Yazıda isə
aşağıdakılar qeyd olunub:
YINAL (şahzadə) İKŞİSİNq
(İkşisin) KÖB (köp, uyuma) YERİ (yeri) – Şahzadə
İkşisin qəbridir.
Sondakı dörd hərfi (KBYR),
yazının islam dövrünə aid olduğunu nəzərə
alaraq, “qəbri”(şahzadə İkşisin qəbri) kimi də
oxumaq olar. Hərçənd ki, birinci versiya
daha ağlabatandır.
Ərəb
yazısı: Fİ 135(8) ƏN
Qeyd edək
ki, ərəb yazısındakı 135 (və ya 138) ədədi
güzgü əksi formasında tərsinə yazılmışdır ki, bu da
onu yazanın ya ərəb yazı sistemini yaxşı bilməməsindən,
ya da bu yazının kriptoqram (gizli yazı) olmasından xəbər
verir. Ehtimalən həmin ədəd şahzadənin
ölüm tarixini, yəni hicri 135(138)-ci, miladi 752 (755) -ci ili göstərir. Yox, əgər burada
kriptoqramla üz-üzəyiksə, o zaman əbcəd sistemindən
istifadəyə ehtiyac yaranır. Bu sistemi 138 ədədinə
tətbiqi heç bir məna ifadə etmir. 135 isə “qolle” (qüllə, bürc, zirvə,
dağ başı və s.) anlamına gəlir. Əgər bu versiya doğrudursa, o zaman 135, yəni
“qüllə” kəlməsi eyni mahiyyətli ocaq olan
Haçaqayaya işarə edə bilər.
Tovuzun ən maraqlı abidələrindən biri də
üzərində alban yazılarının olduğu söylənilən,
Yanıqlı yaxınlarında, dağ başında yerləşən
qəbir daşlarının bulunduğu qədim alban məzarlığıdır. Belə
yazıları gördüklərini yerli sakinlər təsdiqləməkdədirlər.
Fəqət qəbristanlıq artıq
keçilməz, tikanlarla dolu kol və ağaclarla
örtülüb və qəbirlərə ulaşmaq
xüsusi alətlər olmadan mümkün deyildir. Sadəcə iki qəbir daşını görmək
olur ki, onların da hər ikisinin üzərində sadəcə
xaç işarələri var. Üzərləri mamırla
örtülü olduğundan onlarda yazıların
olub-olmadığını müəyyənləşdirmək
şətindir. Mamırları təmizləməklə
ehtimali yazıları təxrib etmək olar. Bu işi mütəxəssislər görməlidirlər.
Mənsur RƏHBƏRİ
Azad Azərbaycan.-
2012.- 11 sentyabr.- S.7.