500-ə yaxın kitabxana birləşdirilib

 

Mədəniyyət və Turizm Nazirliyi indiyədək şəbəkəsindəki 500-ə yaxın kitabxananı birləşdirib.

Bunu nazirliyin kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Onun sözlərinə görə, kitabxanaların birləşdirilməsi işinə 2008-ci ildən başlanılıb.

"Bütün rayonlarda oxucusu az olan, aktiv fəaliyyət göstərməyən kiitabxanalar, onların fondları birləşdirilir. Bu proses daima aparılır. Ona görə də bizim dislokasiya xəritəmiz daim dəyişir", - Məmmədova deyib.

O qeyd edib ki, hazırda ölkədəki kitabxanaların sayı 3000-ə yaxındır.

Məmmədova kitabxanaların birləşdirilməsi prosedurunun bundan sonra hələ 1-2 il də həyata keçiriləcəyini bildirib.

"Kitabxanaların qarşısında ciddi tələblər qoyulur. Kitabxanalar müasir tələblərə cavab verməli, müasir oxucunun tələbatını ödəməlidir", - nazirlik rəsmisi əlavə edib.

 

 

Azad Azərbaycan.- 2013.- 3 aprel.- S.7.