Azərbaycançılıq və milli
musiqi mədəniyyətimizin tarixi
Azərbaycançılıq ideyaları qədim dövrlərdən başlayaraq orta əsrlər, yeni dövr, XIX-XXI əsrlərdə milli musiqi mədəniyyətimizdə müxtəlif formalarda təbliğ olunmuş, öz təzahürünü tapmışdır. Orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin bir çox cəhətləri Nizami, Məhsəti, Nəsimi, Füzuli və başqa Azərbaycan klassiklərinin əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Bu musiqi mədəniyyəti haqqında orta əsrlərin görkəmli alimlərindən İraqəddin Urməvinin, Əbdülqadir Marağayinin, Nurəddin Marağayinin, Mirzə bəyin və başqalarının musiqi traktatlarında verilmiş zəngin məlumatlar musiqi elminə böyük töhfədir.
Milli musiqi mədəniyyəti dövrləşdirilməsi ilə əlaqədar tədqiqatçı İnna Semyonovanın fikirləri maraq doğurur: “Azərbaycan musiqisinin inkişaf tarixində uzun illər mövcud olmuş dövrləşdirmə müəyyən dərəcədə rus-sovet mövqelərindən təkan alırdı. Bizə elə gəlir ki, bu dövrləşmədə bəzi dəyişikliklər edərək, onu bir qədər fərqli mövqedən şərh etmək olar. Azərbaycan musiqişünaslığında sabitləşmiş münasibət adətən bütün musiqinin inqilaba qədərki və inqilabdan sonrakı dövrlərə bölünməsi, həmçinin, ictimai-siyasi hadisələrlə bağlı olan ümumsovet bölümləri bizim fikrimizcə, sünidir.
Azərbaycan xalqının incəsənətə, tarixi kökləri ilə çox qədim zamanlara gedib çıxır. Odlar Yurdunun çoxəsrlik tarixi-müstəqillik, azadlıq və mədəniyyət uğrunda mübarizə çoxəsrlik ənənələrə əsaslanır. O, eyni zamanda, professional incəsənətin təşəkkülündə əhəmiyyətli yeniliklərlə səciyyələnən yeni dövrə- XIX əsrin axırı XX əsrin əvvəllərinə gətirib çıxarır. Bu dövr Azərbaycanda musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamaqla yanaşı, cəmiyyətin iqtisadi, ictimai-siyasi, mənəvi həyatında ciddi və dərin dəyişikliklərlə səciyyələnir.
Bakının tədricən dünya miqyaslı sənaye mərkəzlərindən birinə çevrilməsi milli mədəniyyət və incəsənətin inkişafını şərtləndirirdi. Dünya ictimaiyyətinin mütərəqqi ideyaları o dövrün Azərbaycan ziyalılarına çox böyük təsir göstərmişdir. M.F.Axundovun ardınca Azərbaycanın bədii və mədəni həyatında maarifçi alim, pedaqoq Həsən bəy Zərdabi, dramaturqlardan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə kimi görkəmli xadimlər və başqaları böyük rol oynamışdır.”
Ümumən Azərbaycan tarixində olduğu kimi, milli ideyaların yaranmasında, eləcə də, milli musiqi mədəniyyətimizin inkişafında XIX əsr xüsusi yer tutur. Sənətşünas Ə.İsazadənin qeyd etdiyi kimi, Azərbaycan xalq melodiyalarının ilk not fiksiyası XIX əsrdən başlanır. Bu musiqi haqqında yeni elmi əsərlər də həmin dövrdən yazılır. Bu proses həm də Zaqafqaziya xalqlarının Rusiya ilə qarşılıqlı mədəni əlaqəsinin genişlənməsi istiqamətində gedir. Belə ki, Azərbaycan xalq musiqisinin not yazısı nümunələri xüsusilə “Asiya musiqi jurnalında”, “Fars xalq poeziyası nümunələri” kitabında, “Kafkaz” qəzetində, “İllüstrasiya” adlı jurnalda və “Qafqaz xalqlarını və ərazisini təsvir edən materiallar” məcmuələrində rast gəlinir.
Görkəmli Azərbaycan maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilmiş “Türk nəğmələri” məcmuəsi də olduqca maraqlıdır. Azərbaycan xalqının qabaqcıl mədəniyyətə qovuşmasında mahnının tərbiyəvi roluna həsr edilmiş bir sıra qəzet məqalələri də məhz ona məxsusdur. “Bizim nəğmələrimiz” məqaləsində o yazır: “Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus nəğmələr ki, xoş sövt ilə oxunur.”
Bu məcmuəyə səkkiz mahnı daxildir. Mahnıların mətni kütləvi xalq mahnılarından götürülmüşdür. Məzmundan göründüyü kimi, mahnılar üçün mətnlər seçilməsində H.Zərdabini bədiilikdən daha çox, sözlərin mənası maraqlandırırdı. Bu, onunla izah edilir ki, həmin mahnılar uşağın qavraya bilməsi üçün nəzərdə tutulmuşdur.
Bütün məcmuəni iki hissəyə bölmək olar. Mətnin birinci hissəsi məktəblərin bilik mənbəyi haqqında, ikinci hissəsi isə elmin və biliyin tərifinə həsr edilmişdir. Elə bir elmin ki, xalqı oyatmaq, onu qaranlıqdan işığa çıxarmaq, azadlıq və xoşbəxtliyin yoluna görə xalq mahnı yaradıcılığı ilə ümumilik təşkil edirlər.
Şagirdlərin diqqətini cəlb etmək və onların hafizəsində dərin iz buraxmaq üçün bəzi mətnlərdə bu və ya başqa fikir, məna vurğu halında xüsusi nəzərə çatdırılır. Empirik yolla ifa olunan bu mahnıların not yazısı olmadığından onların musiqisindən danışmağın qeyri-mümkünlüyünə baxmayaraq, həmin məcmuənin əhəmiyyəti çox böyükdür. O, elə bir tarixi sənəddir ki, orada böyük maarifçinin Azərbaycanın musiqi mədəniyyətinə olan münasibəti parlaq surətdə əks olunmuşdur. İnna Semyenova Azərbaycan musiqi mədəniyyətinin inkişafında XIX əsri “yeni mərhələ kimi səciyyələndirmişdir. Öz inkişaf tarixində Azərbaycan musiqi mədəniyyəti artıq 1873-cü ildə yeni mərhələyə qədəm qoyur. Məhz bu ildə ilk dram teatrı açılır. Bu milli musiqi teatrının, xüsusilə, operanın yaranmasında müəyyən əhəmiyyətə malik hadisə idi.
Dramatik
tamaşalarda musiqinin oynadığı rol da bunu sübut edir.
Bu dövrdə ifaçılıq mədəniyyəti daha
böyük əhəmiyyətə malik idi. Məhz bu illərdə
Bakıya görkəmli ifaçılar-F.Şalyapin, L.Sobinov,
həmçinin, bəstəkar S.Raxmaninov qastrol səfərinə
gəlir. XIX əsrin axırı - XX əsrin əvvəllərində
Azərbaycanda simfonik musiqi mədəniyyəti yaranma
başlayır. Simfonik ifaçılıq Bakıda məhz
maarifçilik fəaliyyətinin deyil, həm də Azərbaycan
musiqi mədəniyyətinin mühüm inkişaf
formalarından biri idi. Azərbaycanda
peşəkar musiqi yaradıcılığının təşəkkülündə
Şərq konsertləri də böyük əhəmiyyətə
malik idi. Bakının musiqi həyatının
inkişafında kamera konsertləri də böyük rol
oynamışdır.
Azərbaycan
mədəniyyətinin inkişafında 1936-cı il yeni tarixi
mərhələnin başlanğıcıdır. 1980-ci il
yanvarın 25-də Tağıyev teatrının səhnəsində
ilk milli opera “Leyli və Məcnun” tamaşaya qoyulmuşdur. Bu
gün milli operanın, eləcə də, bəstəkar
yaradıcılığının yarandığı gün
hesab olunur. Operanın dərin təhlili, ona yeni tarixi
mövqelərdən baxış Azərbaycan musiqi mədəniyyətinin
mövcud dövrləşdirilməsinə də yenidən
baxmaq imkanı verir. Əsrin əvvəllərində
Ü.Hacıbəyov tərəfindən yaranmış opera ənənəsi
1920-ci ilə qədərki (yəni Azərbaycanda Sovet hökumətinin
qurulması ilinə qədər) dövrə hazırlıq mərhələsi
kimi baxılması mövqeyinin əsaslı surətdə dəyişdirir.
Musiqi inkişafının tarixi prosesinin ümumi mənzərəsinə
üzvi surətdə daxil olan bu mərhələ Azərbaycanın
mənəvi həyatında, bizim üçün isə əsas
olan musiqi mədəniyyətində mühüm mərhələdir.
Bu faktlar musiqi fəaliyyətinin yeni kütləvi dəyişiklikləri,
musiqi təhsilinin ilk ocaqları, folkloristikanın
yaranmasını şərtləndirmiş ictimai-siyasi fəallıq
ilə təsdiq olunur. Azərbaycan musiqisinin tarixində
mühüm mərhələ olan əsrin əvvəlləri,
o cümlədən, bir sıra yeni janr və formaların mənimsənilməsi,
ifaçılıq sənətinin intensiv inkişafı ilə
səciyyələnən 23-33-cü illərdən bu vaxta qədər
ən az tədqiq edilmiş sahələrdən biridir.
Əlimizdə
olan mənbələrdən məlum olur ki, 20-30-cu illərdə
Bakı keçmiş ittifaqın konsert həyatında
xüsusi zənginliyi, rəngarəngliyi
ilə seçilən milli musiqi sahəsində
ifaçılığın fəallaşması, digər tərəfdən
isə dinləyicilər arasında klassik musiqinin çətin
sahəsində işlərin intensivləşməsi- o
dövrün mühüm tendensiyası idi. Azərbaycan
musiqisinin 20-ci illərdə əsaslı dəyişikliklərə
məruz qalması da, yeni cizgilərlə hələ XIX əsrin sonundan başlayan, mövcud olan ənənələrinə
əsaslanan simfonik və kamera ifaçılığı
inkişafını davam etdirir. Bu illərdə dinləyicilər
arasında maarifçilik musiqisi özünəməxsus
formaları ilə səciyyələnir: konsert-mitinqlər, təbliğat
konsertləri, fəhlə, əsgər auditoriyasında
konsertlə təşkil edilir. Beləliklə də, yeni əsrin
20-ci illəri Azərbaycan mədəniyyəti tarixində obyektiv
səbəblərlə özünəməxsus yeni mərhələdir.
Deyildiyi
kimi, 1908-ci il milli operanın yaranması ilə əlamətdar
oldu. 1936-cı ildə “Molla Nəsrəddin” jurnalı
çapdan çıxdı, dram teatrı isə 1883-cü ildə
yaranmışdı. 1901-ci ildə Bakı da RMC-nin şöbəsinin
açılışı ilə konsert həyatı xeyli
canlanır.
XX əsrin
əvəllərində azərbaycançılıq
ideyalarının, xalqın milli birliyinin təşəkkülündə
mühüm rol oynayan milli maraqlar yarandı. A.Bayramoğlu
1999-cu il sentyabrın 24-də “Ədəbiyyat qəzeti”ndə
“Yusif Vəzir Çəmənzəminlinin çağırışına
Üzeyir bəyin cavabı, yaxud “Milli Marş” haqqında məqaləsində
göstərilir ki, 1971-ci il dekabrın 17-də “Açıq
söz” qəzetində görkəmli yazıçı və
ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin çap
etdirdiyi “Zəruri məsələlər” adlı
yazısı və həmin məqaləyə cavab olaraq dahi
Üzeyir Hacıbəyovun “Açıq söz” qəzetinin 22
dekabr 1971-ci il tarixli sayında dərc olunmuş “Milli marş”
adlı çox qiymətli məqaləsi xüsusilə diqqəti
cəlb edir. O illərdə
Yusif Vəzir Çəmənzəminli milli istiqlal mübarizəsində
xalqın vətənpərvərlik və qəhrəmanlıq
duyğularını yüksəldən, onu istiqlala, müstəqilliyə,
azadlığa səsləyə bilən milli marşlara olan
böyük ehtiyacdan danışarkən “Zəruri məsələlər”
məqaləsinin “Milli şərqi” bölümündə
yazırdı: “Hər bir millətin özünəməxsus
bir milli nəğməsi var. O nəğmə oxunduqda, millət
fərqlərinin ruhu ucalır. Mübarizə edib öz
xalqını mühafizə etmək xahişi artır. Bizimsə
bu nəğməmiz yoxdur.
Göründüyü
kimi, Yusif Vəzir burada Azərbaycan xalqını milli birliyə,
Vətənin və millətin taleyi üçün
mübarizəyə, qəhrəmanlığa səsləyən
milli marşların yaradılması vəzifəsinin
şairlərin, ilk növbədə, bəstəkar Üzeyir
Hacıbəyovun üzərinə düşdüyünü
xüsusi vurğulayaraq, fikrinə belə yekun vururdu: “Bizə
milli şərqi lazımdır. Bu da saatın məsələsidir.
Milli şərqi bizim yatmış milli hisslərimizi oyadar. Bu
şərtlə məzmunu və havası ayıq olsun,
oxunduqda “Segah” kimi ruhumuzu boşaltmasın. Milli şərqi əmələ
gətirmək üçün şairlərimiz və
musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları
çalışmalıdırlar.”
Çox
maraqlıdır ki, Yusif Vəzirin qaldırdığı bir
taleyüklü məsələ-milli marş yaratmaq zəruriyyəti
dahi Üzeyir Hacıbəyovun diqqətini cəlb edir və
ona dərhal cavab verir. Azərbaycan xalqının milli
iftixarı Üzeyir bəy “Milli marş” məqaləsində
milli marşın-milli himnin yaradılmasının
xalqımız üçün əhəmiyyətindən
danışaraq yazırdı: “Möhtərəm
“Açıq söz”ün keçən nömrəsində
Yusif Vəzirov əfəndi “Milli şərqi” lüzumunda bəhslə
əzcümlə mana dəxi müraciət etmişdi. Əlbəttə,
hər bir millətin milli marşları və himnləri
vardır və bu növ nəğmələrin həyatı-milliliyə
üzərindəki gözəl təsirləri sübut
edilmiş bir həqiqətdir. Baxuz bu zamanda bizim dəxi buna
böyük ehtiyacımız vardır. Milli bir qəsidə
(himnə qəsidə desək, şərqi sözündən
daha düz olar) yazmaq haqqında bən bir müddətdir ki,
çalışaram. Hələlik, bir milli marş
yazmışam ki, sözlərini burada dərc etməgi
lüzumsuz bilmədim.”
Üzeyir
Hacıbəyovun hələ 1917-ci ilin sonlarında sözlərini
və musiqisini yazdığı, həmin il dekabrın 23-də
H.Z.Tağıyev teatrında özünün məşhur “O
olmasın, bu olsun” əsərinin tamaşasından əvvəl
orkestr tərəfindən ifa edilmiş “Mili marş”ın,
sonralar elmi ədəbiyyatda “Azərbaycan milli marşı”
adı ilə tanındı.
Bu iki əsərin
Türkiyədə məşhur olması haqqında Misir Mərdanov
və Əsgər Quliyev yazırlar: “Fikrimizcə, Üzeyir
Hacıbəyovun yaratdığı hər iki marş
görünür, ilk olaraq, tanınmış türk bəstəkarı
Osman Zəki Üngörün əlinə
düşmüş, uzun illər onun şəxsi arxivində
qorunub saxlanmış, nəhayət, onun yaxın qohumu (hələlik,
bu münasibəti tam aydınlaşdırmaq mümkün
olmadı). Etem Üngör tərəfindən
dahi Üzeyir bəyin ölümündən (1948) xeyli sonra
(1966) Ankarada çap edilmiş, bununla da Azərbaycan musiqi mədəniyyətinin
iki nadir incisi, böyük bəstəkarımızın iki
tarixi əsəri uzun ayrılıqdan sonra yenidən
xalqımıza qaytarılmışdır. Bu da
maraqlıdır ki, Cümhuriyyət illərində Üzeyir
bəy Türkiyədə də görkəmli
musiqişünas kimi tanınırdı. Onun Əhməd
Cavadın Birinci Dünya müharibəsi illərində
yazdığı “Çırpınırdı Qara dəniz,
baxıb türkün bayrağına!.. misraları ilə
başlanan məşhur şeirinə 1918-ci ildə bəstələdiyi
mahnı Türkiyədə o zaman da, indi də dillər əzbəridir.
VAHİD ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 16 aprel.- S.5.