Milli Kitabxanada "Zərifə Əliyeva" kitabının təqdimatı olub

 

AzərTAc xəbər verir ki, aprelin 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” biblioqrafik silsiləsindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Zərifə Əliyeva” kitabının təqdimat mərasimi keçirilmişdir.Mərasimdə çıxış edənlər Zərifə xanım Əliyevanın zəngin həyat və elmi fəaliyyətini əks etdirən maraqlı bədii-publisistik materialların və fotoşəkillərin toplandığı kitabın bu böyük insana həsr olunan çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutduğunu söyləmişlər.Bildirilmişdir ki, son illər “Görkəmli adamların həyatı” seriyasından yazıçı-publisist Hüseynbala Mirələmovun “Heydər Əliyev” və “İlham Əliyev” kitabları da çap olunmuşdur. Bu kitablar bir nəslin üç böyük şəxsiyyətinə müəllifin dərin ehtiramının ifadəsidir.Diqqətə çatdırılmışdır ki, bu əsər nəcib bir Azərbaycan qadını, görkəmli oftalmoloq alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə Əliyeva haqqında əbədiyyət dastanıdır.

 

 

Seyidzadə Hacı Tofiq

 

Azad Azərbaycan.- 2013.- 24 aprel.- S.7.