Azərbaycançılıq və vətənpərvərlik tərbiyəsi

 

 

Vətən amalında və azərbaycançılıq ideologiyasında azərbaycanlıların milli mədəniyyət, milli mənlik şüuru, milli təfəkkürü və xarakterinin mental xüsusiyyətləri öz əksini tapır. Vətənçilik hissi, vətənçilik əxlaqi vətənpərvərlik mənəvi-əxlaqi fenomen kimi vətəndə - azərbaycanlıların məskunlaşdığı müqəddəs məkanda yaranır və inkişaf edir. Q.Əliyev yazır ki, insanların öz doğma etnik beşiyinə üzvi məhəbbəti, öz doğma diyarına bağlılığı xalqın ənənələrinə və adət-ənənələrinə dərin ehtiram dönməz sosial fenomen kimi hazırda müstəqil Azərbaycan vətəndaşlarının yeni mental keyfiyyətlərinə çevrilməkdədir.

Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik -anlayışı ilə əlaqədardır. Q.Əliyevə görə vətənpərvərlik bir-biri ilə vəhdətdə olan üç komponentdən ibarətdir: “Vətənpərvər münasibət, vətənpərvərlik şüuru və vətənpərvərlik; fəaliyyəti. Vətənpərvər münasibət insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir. Vətənpərvərlik şüuru vətənpərvərlik obyekti ilə vətənpərvərin qarşılıqlı təsirinin bütün növlərinin mənəvi tənzimləyicisi, onun şüurunun daxili determinantıdır. Vətənpərvərlik fəaliyyəti isə vətənpərvərliyin real hiss olunan və görünən tərəfləridir.”

Vətən təəssübkeşliyi, vətənçilik əxlaqı, vətənpərvərlik milli qürurmilli ləyaqət hissilə vəhdətdə azərbaycançılığın özəyini təşkil edir. S.Xəlilov dərk olunmuş vətənpərvərliyi milli ruhun əsası hesab edirmilli idelogiyaya söykənməyən    “vətənpərvərliyi    faydasız   hesab   edir:   “Milli   ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyətləri kimi sevgidən və millətçilik hissindən doğsa da, son nəticədə ancaq ziyan gətirə bilər. Ə.Tağıyevin fikrincə, vətənpərvərlik problemi özlüyündə bir akademizm tələb edir, yəni  öyrənilməsini, elmi-nəzəri təhlilinin və şərhinin verilməsini zəruri edir. Çünki hazırda müstəqillik şəraitində başa düşülən vətənpərvərlik SSRİ vaxtındakı vətənpərvərlikdən köklü surətdə fərqlidir. O zaman vətənpərvərlik deyəndə, SSRİ-nin  vətəndaşı üçün vətənpərvərlik nəzərdə tutulurdu. İndi isə Azərbaycan Respublikası üçün, onun maddi və mənəvi sərvətləri keşiyində dayanmalı olan insanların  vətənpərvərliyindən söhbət gedir.  Bu məsələ hazırda mənəvi borc olmaqla yanaşı, həm də sırf ideoloji-siyasi bir problem kimi qarşıya çıxır. Onu hər bir vətəndaşın mövqeyindən və hər bir vətəndaşın mövqeyi naminə anlamaq tələb olunur. Çünki o, azərbaycançılıq milli ideyasının tərkib hissəsidir. Alman filosofu Hegel özünün “Hüquq fəlsəfəsi” əsərində vətənpərvərlik haqqında yazırdı: “Vətənpərvərlik sözü altında çox zaman yalnız fövqəladə qurban verməyi və davranışları başa düşürlər. Amma, əslində, o, elə bir ovqatdır ki, adi vəziyyətdə və adi həyat şəraitində dövləti substansional əsas və məqsəd kimi başa düşür... Bu ovqat, ümumiyyətlə, etimaddır, mənim substansionalxususi marağımın başqasında, yəni dövlətdə yerləşdiyini   başa düşməkdir.”

Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında müdrik sözlər demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən  başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat “qanunu, nizamnaməsi olsun

Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli  müstəvidən  dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu oldu.

Heydər Əliyev vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, təşkil etdi, eyni zamanda, “əməli surətdə  həyata keçirdi”.

Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, böyük insan hər bir azərbaycanlılığın vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər  güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun

Professor Qoşqar Əliyev yazırdı ki, müasirlik meyarlarından yanaşılsa, vətənpərvərlik Heydər Əliyevin ictimai görüşlərində, hər şeydən əvvəl real gerçəkliyin fərqli cəhətlərini özündə ehtiva edən anlayış kimi açılır, vətənpərvərlik vətən anlayışının mahiyyəti ilə vəhdətdə götürülür. Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir. Bu mənada, bölünməz vətənpərvərlik hissi ilə vətənpərvərlik şüuru bir-birilə dialektik vəhdətdə çıxış edir. Vətənpərvərlik şüuru özündə keyfiyyətcə yeni cəhətləri daşıyan fenomendir, belə ki, onun məzmununda coğrafi, sosial və mədəni mühitlə bərabər yeni keyfiyyətli dövlət quruluşunu, idarəetmə formalarını, demokratiyanın inkişaf səviyyəsini, real siyasəti ehtiva edən siyasi mühit anlayışını daşıyır. Özündə bu komponentləri daşıyan vətənpərvərlik anlayışı, bütövlükdə, yüksək mənəvi-əxlaqi dəyər kimi Heydər Əliyevin fəlsəfi görüşlərində milli ideyanın tərkib elementi kimi təqdim olunur. Şəxsiyyətin şüurunda vətən anlayışı tədricən siyasi çalarlar kəsb etmiş, vətən haqqında bilikləri, onun tarixi, ovqatı, ənənələri, hissləri, emosiyaları, vətənpərvərlik davranış normalarını və mülahizələri əks etdirmişdir. Məhz bu keyfiyyətlər sayəsində vətənpərvərlik şüuru inteqral mənəvi fenomen kimi çıxış edir, vətənin müdafiəsi kimi anlayışın məzmununu müəyyənləşdirir. Vətənpərvərlik şüuru özü müstəqil siyasi-əxlaqi dəyər olmaqla vətənin sosial dəyərlərinə münasibətdə müəyyən meyar rolunu oynayır, şəxsiyyətin ətraf hadisələrə dəyər yönümlərini formalaşdırır.

Heydər   Əliyev   vətənpərvərlik   fəaliyyəti   deyərkən,   onu vətənin,   milli   varlığın,   mütərəqqi   inkişafın,   xarici      daxili təkmilləşmə   prosesi   zamanın   uzun   sosiomədəni   keyfiyyətlərinə məruz qalaraq bu gün azərbaycanlıların bir millət kimi dünya  sivilizasiyasında  özünəlayiq yer tutması  barədə düşüncəsini əsaslandırmağa obyektiv əsas vermişdir.

Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın  müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi. Bu yerdə Qoşqar Əliyevin fikrini xatırlamaq məqsədəuyğundur. Ulu Öndər Heydər     Əliyevin ictimai-siyasi görüşlərində işlənib hazırlanmış, ölkə əhalisinin rəğbətlə qarşıladığı azərbaycançılıq amalının milli dərki kimi təqdim edilir. Heydər Əliyevin təssəvvüründə müasir sosial inkişaf prosesində azərbaycançılıq ideologiyası  milli-mənəvi sərvətimiz sistemində ən önəmli yer tutur   və mübaliğəsiz demək   olar ki, müstəqilliyin möhkəmlənməsi əqidəsində olan bütün azərbaycanlıların milli ideologiyası kimi funksional əhəmiyyət daşıyır.

Ulu Öndər yazırdı: “Əgər müxalifətdə olan qüvvələr Azərbaycanın müstəqilliyini qorumaq tərəfdarıdırlarsa, deməli,     burada     fikir    müxtəlifliyi yoxdur. Bizim ideologiyamızın əsası budur”. Başqa sözlə, Heydər Əliyevin vətənçiliklə sıx bağlı olan azərbaycançılıq ideyası müharibə gedən bir ölkədə iqtidar-müxalifət qarşıdurmasının qəti pislənməsinə yönəlmişdir, çünki Heydər Əliyevin ikinci qayıdışının ilk günlərindən Azərbaycanı müharibə vəziyyətindən çıxarmaq üçün millət qarşısında bütün qüvvələri birləşdirmək vəzifəsini qoymuşdu. Tale onu millətin çox ağır günlərində Azərbaycana məhz bu müqəddəs vəzifəni yerinə yetirmək üçün gətirmişdi, çünki hakimiyyət sükanının ona etibar edildiyi həmin dövrdə çətinlik təkcə Ermənistanın Azərbaycana xain hücumu nəticəsində torpaqlarımızı işğal etməsi ilə deyil, habelə, milli düşüncə baxımından daha ağrılı vəziyyətlə-daxili müxənnət qüvvələrin Azərbaycan dövlətçiliyinə qarşı cəhdləri ilə bağlı idi. Heç bir dövlətçilik səriştəsi və təcrübəsi olmayan, marginal dünyagörüşlü qüvvələr hər vasitə ilə vəzifə davası edir, zorakılıqla hakimiyyətə gəlmək istəyirdilər. Məhz belə dağıdıcı fəaliyyətə respublikada son qoymaq üçün xalq tarixi müdriklik nümayiş etdirərək, öz qeyrətli oğlunu müsibətlərə düçar olmuş Bakıya dəvət etdi. Ölkədəki reallıqları dərin analitik təhlil edən böyük siyasətçi başa düşürdü ki, “azərbaycanlının Azərbaycandan başqa vətəni yoxdur” əqidəsini azərbaycançılıq ideyasının məhək daşı kimi dərk edilməsi üçün, hər şeydən əvvəl, bu ideologiyanın əsas struktur komponentlərindən olan milli dövlətçilik düşüncəsini aşılamaqdır, milli şüurda bu inamı möhkəmlətməkdir.

Heydər Əliyevin azərbaycançılıq nəzəriyyəsinin mühüm metodoloji əhəmiyyəti bundadır ki, o, tarixi varisilik prinsipindən yaradıcıqla istifadə edir, bunun milli məfkurəmizin, düşüncə tərzinin, millətin irsində vətənçilik ideologiyasının  formalaşmasının mənbəyi hesab edir. Demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin ətrafında birləşərək, milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəraitində müstəqilliyini daha da möhkəmləndirir. Bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi suveren Azərbaycan  sülhsevər daxilixarici siyasət strategiyasını həyata keçirir. Hazırda bu müdrik siyasət sayəsində Azərbaycan 137 ölkə ilə diplomatik əlaqə yaratmışdır. Azərbaycanlıları artıq dünya miqyasında öz sivilizasiyanı və mədəniyyətini yaradan xalq kimi tanıyırlar. Sülhsevər xalqımız öz  Prezidenti ətrafında birləşərək, əzmlə müstəqilliyini möhkəmlətmək arzusu ilə yaşayıb-yaradır, çünki ölkəmizdə demokratik inkişaf üçün zəruri olan təsisatlar və hüquqi  baza yaradılmışdır.

Akademik Ramiz Mehdiyev azərbaycançılığın birləşdirici fenomeni kimi vətənpərvərliklə vəhdətinə diqqət yetirərək yazır: “Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlərdən sonra yaratdığı tarixi dəyərdir, real müstəqilliyə nail olmaq, vahid, bölünməz, unitar Azərbaycanı qoruyub saxlamaq vasitəsidir. Bu gün “azərbaycançılıq” milli həyatın ahəngdarlığının çoxəsrlik ənənəsi, diyarımızda yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, birgə fəaliyyəti və qarşılıqlı təsirinin tarixi, ümumi taleyi, Azərbaycanın bütövlüyünü qorumaq uğrunda onların birgə mübarizəsinin tarixi təcrübəsidir.”

Ulu Öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etmək bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz        Azərbaycan    xalqına    xidmət    edərək... Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız.”

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Azad Azərbaycan.- 2013.- 14 avqust.- S.5.