Daşkəsəndə
Ağsaqqallar Şurasının konfransı keçirilib
Daşkəsən
rayon ağsaqqallar şurasının ənənəvi
konfransı keçirilib. Konfransda respublika qurultayına
nümayəndələr seçilib. Milli.Az Kəpəz TV-yə
istinadən xəbər verir ki, Daşkəsən rayonunda
ağsaqqalların toplantısı ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarətlə başlayıb. Təşkil olunan
konfransda məruzə ilə çıxış edən
rayon ağsaqqallar şurasının sədri Hüseyn Məmmədov
ötən hesabatda keçən iki il ərzində
görülən işlərdən danışıb. Rayonda
yaşayan 141 ağsaqqaldan 3-ü əməkdar müəllimdir.
Yaşlı nəslin nümayədələri 50-dən
çox orden və medal qazanıblar. 18 nəfər İkinci
dünya müharibəsinin iştirakçısıdır.
Aqsaqqallardan 21 nəfəri özəl sahələrdə və
fermer təsərrüfatlarında çalışmaqla,
öz təcrübələrini gənclərə həvəslə
öyrədirlər.
Respublikamızın
digər şəhər və rayonlarında olduğu kimi,
Daşkəsəndə də ağsaqqallar rayonun sosial-iqtisadi
həyatında mühüm rol oynayırlar. Rayonda aparılan
tikinti-quruculuq işlərində faəl iştirak edirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd
Abıyev ölkəmizdə, o cümlədən Daşkəsəndə
ağsaqqallara daim diqqət və qayğı göstərildiyini
bildirib. Milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılmasında ağsaqqalların rolundan
danışıb.
Tədbir
qarşılıqlı diskussiya şəklində davam
etdirilib. Ağsaqqallar “Yeni Daşkəsən” layihəsinin
icrası ilə bağlı fikir mübadiləsi aparıb.
Konfransda respublika ağsaqqallar qurultayına nümayəndələr
seçilib.
Arastun
Azad Azərbaycan.- 2013.- 8 fevral.- S.3.