Lui de Fines: Sədaqətli,
qısqanc
Məşhur, çox sevilən fransız komiki Lui de Funes Fransada
Sena çayının
yuxarı ətrafındakı
bir əyalətdə
dünyaya gəlib,
1914-cü ildə. O əyalətlərdə
həmin illərdəki
bütün uşaqlar
kimi onun da uşaqlığı ağacdan asılmış
yelləncəklərdə keçib.
Fransız komediyasının gələcək
metrinin məktəb illəri çox sönük keçib.
Dəqiq elmlər ümumiyyətlə
Luiyə görə deyildi. Həmin dərslərdə tam fəaliyyətsiz olurdu demək də düzgün olmazdı, çünki müəlliminin
arxasınca mimikalarla nə hoqqa desən
çıxardırdı. Bir dəfə sinifdə Zorronu yamsılayarkən zəif qız sinif yoldaşının üstünə necə yıxılıbsa, yazıq
qız ciddi zədə alıb. Bu hadisədən sonra anası Luini məktəbdən çıxardıb pul qazanmaq üçün işləməyə göndərib.
Yeniyetməliyindən oğlanın görmədiyi iş qalmayıb –satıcı, mühasib, yükdaşıyan.
Özünün dediyinə görə
bunlar ona alçaqlıq deyil, yalnız şərəf gətirib. Hərbi-tibbi komissiyanın onun
ordu sıralarına yararsız olduğunu bəyan etməsi isə gələcək aktyor üçün ən sarsıdıcı,
alçaldıcı zərbə
olub. 1 m 64 sm-lik boyu olan Luinin
cəmi 55 kq çəkisi varmış,
komissiya da məhz bu səbəbdən
belə bir qərar verib.
Bədbinlikdən güldürən aktyor
Yaradıcılıq karyerası çox gənc yaşlarında başlayıb. Gündüz işləyib gecə
oxuduğu kollecin tələbələri arasından
rejissor məhz onu seçdi, “Şah hinduşkası” filmində çəkmək
üçün. Bu filmdəki
oynamasından sonra tənqidçilər belə
bir fikir səsləndirdilər ki, kinoya
onunla yeni estetika gəldi.
Lui de Funes
1941-ci ildə Ren Simonun teatr kurslarına
gedirdi. Eyni vaxtda filmlərə də çəkilirdi.
İlk uğurundan sonra xeyli müddət onu uğursuzluq müşayiət
edirdi. Rejissorlar Funesi gah simasının mənasızlığında,
hərəkətsizlikdə, gah da həddən
artıq, yersiz hərəkətli olmaqda qınayırdılar.
Uğur onun qapısına yaxın belə gəlmirdi. Bununla belə aktyor
çalışırdı. Lui “Günahsızlar Parisdə”
filmi ilə parlamağa başladı,
eyni janrın ustaları Qaben və Burvinlə birgə.
Elastik mimikalar
və xalorik temperament
əsl komediya aktyoruna xas xüsusiyyətlərdir. Bunların hər
iksinin Luidə birləşməsi onu bütün dünyaya tanıtdı.
Oynamadığı rol yoxdur, adi
bazar alverçisindən
Sezar obrazına qədər.
Ən “uğurlu
bilet” isə “Atam, anam, xidmətçi
və mən” filmindəki müsyo Kalomelya rolu oldu.
Ardınca “Tutulmayıbsa, oğru
deyil” filmindəki
məşhur obrazı
uğurunu bir daha təsdiqlədi. Bu filmə görə Fransada Fyu-fyu ləqəbini, bütün
dünyada isə ördək balası
Donald adını
aldı.
Özü aktyor kimi obrazlarına xüsusi çalar verirdi, deyirdi ki, aktyor
danışmamalıdır, hərəkətləri, mimikaları
onun deyəcəklərini
əvəz edər və bu, daha
maraqlı ola
bilər. Ssenaristlər məxsusi olaraq
Lui üçün sözsüz obrazlar yazırdılar.
“Atam, anam, arvadım və mən” ekranlara çıxanda Lui de Funes artıq dünyada tanınan komediya aktyoru idi.
Buna baxmayaraq bütün komediya aktyorları kimi o da komplekslərdən
azad ola bilmirdi: “Mən əslində çox bədbin adamam, kinoda çıxartdığım
oyunlar özümün
bu bədbinlikdən azad olmağıma xidmət edir ”.
Çox məşhur fransız komediya aktyorlarını özünün məşhur
rəqibləri hesab edirdi-Fernandel, Toto, Burvil bu sıradan idi. Amma onlarla bir filmdə oynayandan sonra özü də hiss etdi ki, bu
aktyorların yanında
da parlaq görünür. Çəkildiyi bütün filmlər dünya miqyasında kinoprokatları “alırdı”.
Fantomas
1964-cü
ildə ekranlara çıxan “Fantomas” filmləri seriyası isə onu hər
bir evdə çox böyük şöhrət qazandırdı.
Böyük gəzinti”, “Razinya” sonrakı
uğurlu filmlərdir. Bu filmlər
nəinki Fransada bütün dünyada bir neçə onilliklər çox populyar oldu.
Lui de Funes
1967-ci ildə çəkilən
“Oskar” filminin ssenari müəllifi idi, həm də burda rol almışdı.
1968-ci ildə Fransanın
ən çox sevilən və ən məşhur aktyoru idi. Onun qonorarı
bütün həmkarlarından
çox olurdu, 2.5 mln. frank.
1960-cı illərin sonlarında
onun karyerasında eniş başladı. Bu eniş 1970-ci ildə həmkarı və yaxın dostu Burvili itirəndən sonra daha da
qabarıq sezildi.
Bununla belə
70-ci illərdə çox
sayda filmlərə çəkildi, amma artıq bu həmin
böyük Lui de Funesə oxşamırdı.
1975-ci ildə aktyor
iki infarkt keçirdi. Kinonu atan Lui de Funes gül-çiçək
və meyvə-tərəvəz
əkməklə məşğul
olurdu. Dəvətləri qəbul etmirdi.
Elə bil bütün dünyadan incimişdi.
Onun komik xarakteri tamamilə dəyişmişdi,
psixoloji gərginlik yaşayırdı, bunu yaxınlarına da yaşadırdı.
Bir gün
Jan Jironun bağa, onun yanına gəlməsi Luini yenidən dünya kinosuna qaytardı. Bu dostluq sayəsində jandarm obrazlarından ibarət silsilə filmlər çıxdı
meydana. Tamaşaçılar Lui de Funesi yenidən fərqli obrazlarda sevdi.
Lui de Funes kifayət qədər sirli adam idi.
Təmiz aristokrat, arvadına
sadiq, balıq tutmağı sevən və gül-çiçək
becərən insan. Səs-küylü, dəb-dəbəli həyatı sevməzdi, heç kimə maneə olmadan, sakit, öz aləmində yaşayırdı.
Arvadı
ilə Ren Simonun aktyorluq kurslarında tanış
olmuşdu. Janna, Gi de Mopassanın nəslindən idi və bununla fəxr edirdi. Məşhur aktyor ideal ər
idi, hədsiz qısqanclığını nəzərə
almasaq.
Lui de Funes
1983-cü ildə 69 yaşında
dünyasını dəyişdi.
Ölümündən əvvəl zarafatla
deyirdi ki, ən gözəl komediyası öz dəfnində oynanılan
olacaq.
Özündən sonra iki oğlu
qaldı. Biri əvvəl filmlərə
çəkilsə də
sonradan təyyarəçi
olmağa üstünlük
verdi, ikincisi isə həkimdir.
General de Qollun bir
vaxtlar tərtib etdiyi Fransanın böyük şəxsiyyətləri
siyahısında Lui
de Funes 17-ci yerdədir. Alen Delon
belə siyahıda ondan sonradır.
Azad Azərbaycan.- 2013.- 20 fevral.- S.7.