Tarixi yaddaşımızı vərəqləyən
əsər
Özünəqayıdış prosesi ictimai həyatın əsasını qoymaqla yanaşı, həyatımızın ən önəmli problemlərindən sayılır. Bu çox mühüm və mürəkkəb məsələdir. Bu məsələ hər bir xalqın oyanışı, davranışı, dərketmə prosesi ilə həyata keçir. Öncə hadisələri qavramaq çətinlik yaradır. Onun mahiyyətinə vardıqca həm mahiyyət, həm də hadisələr aydınlaşır. Araşdırmalar və dəqiqləşdirmələr vasitəsilə onu müəyyənləşdirmək mümkündür. Xalqın mübarizələrlə dolu həyat mərhələləri çox mürəkkəbdir. Tarixçilərimiz həmin prosesi araşdırmış, bunun mahiyyət və məğzini meydana çıxarmışdır. Mahiyyəti araşdırdıqca belə məlum olur ki, bu proses bir nəslin, tayfanın mənafeyini güdmür, bütünlüklə xalqın mənafeyinə xidmət edir. Bu yaxınlarda tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinskinin samballı bir araşdırmasının nəticəsi olan tarixi “Şadlinskilər” kitabı böyük əhəmiyyətə malikdir. Çünki bu maraqlı tədqiqat əsərində xalqımızın mənəvi dəyərlərini özündə birləşdirən bir nəslin şəcərəsinin tarixi keçmişimizdə oynadığı rol öz dəyərli qiymətini alır. Əsərdə bu nəslin ölkə reallığında tutduğu mövqe müəyyənləşir, millətin arzu və diləkləri, ümidləri, yaşam tərzi, həyata baxışı, Vətənə məhəbbəti, xalq mənafeyini özündən uca tutmaq istəyi ön plana çəkilir. Doğma vətənimizin ümidləri, gələcəyi, xalqın mənafeyi, milli dəyərlər və azadlıq uğrunda mübarizə kitabın əsas leytmotivini təşkil edir. Bu cəhətdən Şadlinskilər şəcərəsi ölkəmizin şərəfli mübarizə tarixinin bir qoludur desək, yanılmarıq. Bu, nəsillərə nümünə olan şanlı bir mübarizə tarixidir. Kitabı vərəqlədikcə müşahidə edirik ki, Şadlinski soyadının tarixi çox qədimlərə gedir. Məlum olur ki, 1808-ci ilə kimi bu nəsil Şadlı adlanıb, yəni bu nəslin şəcərəsi Şəddadilər dövlətinin yaradıcısı Məhəmməd İbn Şəddad olub. Əsərdə qeyd edilir ki, respublikamızın bir çox bölgələrində Şəddadilər dövlətinə məxsus yer adları var. V.Şadlinski belə izah edir ki, tarixdə Şəddadilər Salarilərin varisi kimi meydana gəlib, 941-ci ildən isə Şəddadilər dövləti kimi fəaliyyət göstərir. Müəllifin fikrincə, Şadlı nəsli qədim türk boylarından sayılır, məkan və zaman baxımından geniş bir ərazini əhatə edir. Bu nəslin adına Assuriya və Urartu mənbələrində də təsadüf edilir. Bu tayfalar Cənubi Azərbaycan və Urmiya gölü ətrafında məskunlaşan türk tayfalarından ibarətdir. Alimin fikrincə Şadlı tayfası Qərbi Azərbaycanın Vedibasar mahalında 1500 il yaşamış, orada əbədi məskunlaşmışdır. Şadlı tayfasını araşdıran bir çox tədqiqatçılar Faruk Sumər, Firudun Abası oğlu öz məqalələrində Şadlı tayfasını bütünlüklə qələmə almışlar. Monoqrafiyada deyildiyi kimi, Satıllı tayfalarının adı Şadlı soyu ilə bağlıdır, onun mənası türkcə bölgə, qoşun başçısı, hökmdar oğlu deməkdir. Orxon-Yenisey abidələrində də Şadlı soyuna təsadüf edilir. Şadlı tayfasının çoxsahəli olması, məkan və zaman daxilində yerdəyişməsi böyük əhəmiyyət daşıyır. V.Şadlinskinin fikrincə, Şadlı tayfası XVIII-XIX əsrlərdə respublikamızın Qərb bölgəsinə doğru irəliləmiş, İrəvan xanlığının Vedi çayı ərazisində yaşamışdır. Sözügedən tayfa mübarizliyi, ziyalılar yetişdirməsi ilə digər tayfalardan fərqlənmişdir. Alim qeyd edir ki, istər Lenin, istər Stalin, istərsə də Qorbaçov hakimiyyəti zamanı ruslar ikiüzlü, saxta və cığalçılıq siyasətini həyata keçirmişdir. Paskeviçin çara ünvanladığı məktubdan sonra Şadlı soyadı tarixə “Şadlinski” soyadı kimi daxil olmuş, tanınmışdır.
XVIII əsrdən etibarən Rus
dövləti Azərbaycan ərazilərini hissə-hissə
alıb, qondarma Ermənistan yaratdı. Zamana uyğun olaraq Azərbaycanda rus
siyasəti yeridilirdi, məqsəd və
qayə eyni idi. Sonda isə yurd-yuvasından köçkün
düşmüş insanlar
pərən-pərən düşərək yaxın-uzaq ellərə-İran
və Türkiyəyə yollanaraq, Azərbaycanın
ərazilərində məskunlaşmışdır. Onlar uzun müddət həm
erməni, həm də rus şovinistlərinə
qarşı mübarizə aparmış, həmin
döyüşlərdə digər tayfalarla
yanaşı Şadlılar-Şadlinskilər böyük
fəallıq göstərmişlər. Onlar
bu yurdun sahibi kimi həmişə
mübarizlik simvolu olmuş, elin-obanın müdafiəsi uğrunda döyüşmüşlər. Aslan Sultanın mübariz ruhu bunun baris
nümunəsidir. O, 1808-ci ildə Zəngibasarın böyük hissəsini, Göyçənin
aşağı hissəsini, Naxçıvanın Culfa və Sədərək rayonlarını
özündə birləşdirən Vedi
çuxurunun rəisi vəzifəsində
çalışmışdır. Bu tarixi dövrdə rus
işğalçıları Qarabağı işğal
edərək, İbrahim xanı ailəsi
ilə birgə öldürür, oğlu Mehdiqulu xana general leytenat
rütbəsi verir, sonra
isə o xəyanətcəsinə Şuşadan qovulur.
Kömək üçün o Aslan Sultana
müraciət edir. Qarabağın
işğalından sonra rus
şovinistlərinə İrəvan xanlığını zəbt
etmək asanlaşır. Bu elə bir dövr idi
ki, Aslan Sultan artıq qocalmışdı. Aslan Sultan 1813-cü ildə Gülüstan müqaviləsinin şahidi
olaraq, dərk edirdi ki, Rusiyanın
işğalçılıq siyasəti genişdir, bunun qarşısında duruş gətirmək çətindir. Həmin vaxtlarda
rus generalı Paskeviç rus imperiyasının işğalçılıq
siyasətinə heç
bir qüvvənin mane
olmayacağını bəyan
edirdi. 1827-ci il oktyabrın 1-də
rus ordusunun bölükləri İrəvan
qalasını alırlar.
Həmin
gündən İrəvan
xanlığı, Vedibasar
Rusiyanın himayəsinə
keçir. Bu gündən sonra respublika əhalisinin yeni mübarizəsi, daha doğrusu torpaqda yaşamaq uğrunda mübarizəsi
meydana çıxır.
Əhali
1905-1907, 1915-1918-ci illərdə böyük insan təlafatı verir. Həmin zamanda Şadlinskilər nəslinin davamçıları
şəxsiyyətlər yetirir.
Belə şəxsiyyətlərdən biri də xalq
qəhrəmanı Abbasqulu
bəy Şadlinskidir.
O, həyatı boyu xalqını, vətənini
düşünən bir
insan kimi tarixə daxil olmuşdur. Döyüşkən əsgərləri olan, beynəlxalq məsələləri həll
edən insanlara rəhbərlik edən A.Şadlinski hər şeyi qanun yolu ilə həll
edirdi. Səhv edən insanlar
onun tərəfindən
cəzalanırdı. Hətta ölümə də məhkum olunurdu. İnsanlar böyük Vedidə Abbasqulu bəy Şadlinskinin qərargahlarında
baş verən hadisələri ona söyləyir, Abbasqulu bəy həmin anda qanunsuzluğu aradan qaldırır, kənd əhlinin öküz və taxıllarının geri alınması üçün
tələblər irəli
sürürdü. Həyata keçirilən
tədbirlər göstərdi
ki, A.Şadlinski əmin-amanlığı qoruyurdu,
haqsızlığa, nadanlığa,
quldurluğa qarşı
barışmaz mövqedə
idi. Dörd dəfə Vediyə
hücüm edən ermənilər A.Şadlinskinin
müqaviməti ilə
üzləşmiş, qaşnaqlar
geri çəkilmişlər.
1920-ci ilin sentyabrında
A.Şadlinski “Qırmızı
Tabor” dəstəsi ilə
Naxçıvana gəlir,
daşnaklarla mübarizəyə
başlayır. Sonralar A.Şadlinski
ata-baba yurdu olan Vediyə gəlir. Kitabda maraq doğuran bir epizoda diqqət
edək: “Soy kökü
böyük Vedi torpağından su içən, Şad, Şəddadilər, Şadlı
və Şadlinski qollarından qopan nəslin davamı bu gün də
yaşayır. Təbii ki,
şanlı nəslin
mübariz ənənələri,
vətəndaşlığı, Vətən və doğma torpaq sevgisi gənc nəslin qanındadır.
Elm sübut edir ki, qan yaddaşı
unudulmur! Əsərdə Azərbaycan, Gürcüstan,
Türkiyə, Sankt-Peterburq
kitabxanalarından, dövlət
arxivlərindən götürülmüş
sənədlər, müxtəlif
fotolar geniş yer tutur. Azərbaycan, Rusiya, Türkiyə ensiklopediyalarından
əldə edilmiş
sənədlər böyük
maraq doğurur. Əsər geniş oxucu kütləsi üçün
böyük əhəmiyyətə
malikdir.
Şövkət Hüseynova,
N.B.Zərdabi mükafatı laureatı,
Filologiya elmləri namizədi
Azad Azərbaycan.- 2013.- 1 mart.- S.5.