Milli musiqi mədəniyyətimizdə
azərbaycançılığın təbliği
Azərbaycan milli musiqi mədəniyyəti
XX əsrdə-sovet
dövründə özünün
yüksək inkişaf mərhələsinə
çatdı. Bu mənada, tədqiqatçılar ilk mərhələ
kimi, 20-30-cu illəri xüsusi qeyd edirlər. Bu dövr haqqında
Elmira Abbasovanın müştərək əsəri çap
olunmuşdur. İnna Semyonovanın fikrincə, bu mərhələ
daxilində 1924-28-ci illəri xüsusi qeyd etmək olar: bu vaxt
milli-professional musiqinin inkişaf yolları problemi ilk dəfə
qəzet səhifələrində müzakirə mövzusuna çevrildi.
İkinci
mərhələ bəstəkar
yaradıcılığında daha məhsuldar dövrü,
1934-cü ildən müharibəyə qədərki illəri
əhatə elir.
Azərbaycan
musiqi mədəniyyətində keyfiyyətli dəyişikliklərin
olması “Koroğlu”ya qədərki mərhələdir. Məhz bu dövrdə Azərbaycanda
Avropa ənənəli professional musiqi formalaşır.
Müslüm Maqomayevin “Nərgiz”,
Reynqodl Qliyerin “Şah Sənəm”
operası və sairə. Bu başdan qeyd edək ki, ikinci mərhələnin (bizim təklif
etdiyimiz dövrləşdirmədə) sərhədləri bu
vaxta qədər milli musiqişünaslığın qəbul
edilmiş mövqelərindən fərqlənir. Beləliklə, bu vaxta qədər ikinci mərhələnin sərhədləri 1920-ci ildən
başlanır və 1932-ci Mərkəzi Komitənin məlum
qərarlarına (ədəbi-bədii təşkilatların
yenidən qurulması) uyğun olaraq,
bu ildə tamamlanırdı.
Musiqişünaslar, bu qərara əsaslanaraq, 1932-ci ili sərhəd ili hesab
edirdilər. Lakin faktlara əsaslanaraq, qeyd etməliyik ki, bu
mövqe Azərbaycanda musiqi mədənyyətinin inkişaf
prosesinə təsir etmişdir.
Bizim təklif etdiyimiz dövrləşdirmə
musiqi prosesinin ictimai-sosial determinantlığı prinsipinə
əsaslanır. 30-cu illərdə
inkişaf edən və milli musiqi mədəniyyətinin
yüksək professionallıq səviyyəsində olan simfonik
musiqinin rolunu xüsusi qeyd etmək lazımdır. Simfonik ifaçılıq mədəniyyəti
Azərbaycan bəstəkarlarının orijinal simfonik əsərlərinin
yaranmısına güclü təkan verdi. Məhz Z0-cu illər
Azərbaycan simfonik
yaradıcılığının illəri kimi səciyyələnir.
Azərbaycan musiqisinin ilk iri simfonik əsəri A.Zeynallının 1931-ci ildə yazdığı “Fraqmentlər” oldu. Araşdırdığımız dövrdə Ü.Hacıbəyovun “Azərbaycanın sovetləşməsinin 10 illiyinə himn” əsəri (1931-ci ildə Leninqradda Azərbaycan musiqisi konsertlərində ifa olunmuşdur), M.Maqomayevin “Azərbaycan çöllərində” (1931-ci il, Leninqradda ifa olunub), “RV-8 marşı”(1935), “28 Aprel marşı”, Əfrasiyab Bədəlbəylinin “Bütün hakimiyyət Sovetlərə” orkestr lövhəsi, Niyazinin “Zaqatala” süitası (1934), gənc Cövdət Hacıyevin Bakıda, 1935-çı ildə, müəllifin dirijorluğu ilə Leninqrad simfonik orkestrinin ifa etdiyi simfoniyası aiddir. Bu illər Qara Qarayevin “Şənlik poeması” “Könül nəğməsi” kantatası, “Azərbaycan” süitası, Cövdət Hacıyevin “Sosialist Azərbaycanı” və “Sibirə məktub” simfonik poemaları yaranır.
Qeyd etmək istərdik ki, yuxarıda adları çəkilən və simfoniyaya aid olan bu qərar yüksək, əsl simfoniyanın yaranmasına gətirib çıxardı: bu C.Hacıyevin 1935-1936-cı illərdə yazdığı I simfoniyası idi. Bununla əlaqədar deməliyik ki, respulikamızda simfonik janrın xronologiyasına yenidən baxmaq zərurəti yaranır. Ümumi qəbul edilmiş fikrə görə, milli simfoniyaların yaranma dövrü 1944-cü ildə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə səslənmiş Q.Qarayevin, Ü.Hacıbəyovun, S.Hacıbəyovun I simfoniyaları ilə bağlıdır. C.Hacıyevin yeni tapılmış simfoniyası bu müddəaya yenidən baxmaq imkanı verir.
1934-1937-ci illər Azərbaycan musiqi mədəniyyətinin kulminasiya zirvəsi kimi qeyd olunmalıdır. Çünki məhz bu illərdə R.Qliyerin “Şah Sənəm”(1934), M.Maqomayevii “Nərgiz”(1935), Ü.Hacıbəyovun “Koroğlu”(1937) operaları yaranır.
“Koroğlu” ənənələri Azərbaycan musiqisinin bütün janrlarında davam etdirilən ümumavropa tipli klassik opera kimi Azərbaycanda bütün musiqi prosesi inkişafının özünəməxsus zirvəsidir. M.Qlinkanın “Ruslan və Lüdmila” operasının uvertürasında olduğu kimi, “Koroğlu” operasının da uvertürasından Azərbaycan simfonizmi qidalanır. “Koroğlu” operası Azərbaycanda musiqi mədəniyyətinin inkişafına təkan vermiş böyük sənət xəzinəsidir.
Sənətşünas Elmira Abbasova sovet dövrünün 30-40-cı illərini Azərbaycan musiqi tarixinin ən maraqlı səhifələrindən biri hesab edir.
M.Maqomayevin Azərbaycan kəndində Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparanların obrazlarını tərənnüm edən “Nərgiz”i tarixi-inqilabi mövzuda yazılmış ilk sovet operasıdır. Bu əsər bir də ona görə mühümdür ki, Azərbaycan bəstəkarlarının ənənəvi Avropa operası formasında yazdığı ilk operadır. Xalq folklorunun xususiyyətlərini dərindən duyan Maqomayev həmin əsəri ilə əsil milli üslubda peşəkar Azərbaycan musiqisi yaradılması yolunda irəliyə doğru mühüm addım atmışdır.
E.Abbasova 1920-1932-ci illərdə keçid dövrü, bir çox cəhətdən ziddiyyətli dövr kimi səciyyələndirilmişdir: “Musiqi sənətinin hələ əvvəllər möhkəm kök salmış formaları geniş xalq kütlələrinin hər gün artan mənəvi tələblərini artıq ödəmirdi, yeni formalar isə çox yavaş-yavaş və tədricən yaradılırdı. Çünki peşəkar Azərbaycai musiqisinin tarixi təcrübəsi çox böyük deyildi. Buna körə heç də təsadüfi deyildir ki, bnr-birinə zidd meyillər məhz həmin illərdə əmələ gəlmiş, incəsənətin istiqaməti uğrunda aparılan mübarizə kəskii mübarizəyə çevrilmişdir. Bəziləri keçmişdə yaranmış yaradıcılıq və ifaçılıq ənənələrinin toxunulmazlığını qoruyur, digərləri isə, əksinə, milli irsin bədii ziynətlərini ümumiyyətlə inkar edirdilər. Bu “nəzəriyyələrlə” ciddi mübarizədə Azərbaycan musiqisində əsil realist istiqamətin möhkəm əsasını qoyan yeniliyin və qabaqcıllığın cücərtiləri yaranırdı. Mütərəqqi fikirli sənətkarlar-Ü.Hacıbəyov, M.Maqomayev, sonralar A. Zeynallı ənənə ilə novatorluğun qırılmaz əlaqəsi uğrunda, xalq mahnıları əsasları ilə dünya musiqi sənətinin ən yaxşı nailiyyətlərinin üzvi birliyi uğrunda mübarizə aparırdılar. Azərbaycan bəstəkarları milli folklora istinad edərək sovet adamlarının gündəlik qaynar həyatını, istismar zülmündən azad olmuş Vətəni tərənnüm edirdilər. Bununla yanaşı, musiqi üslubunun özündə əsaslı dəyişikliklər əmələ gəlirdi. Folklor nümunələrindən demək olar, başdan-başa istifadə etmək əsasında əsər yazmaq vərdişi aradan götürülürdü. Xalq musiqisinin vərdiş olmuş intonasiyalarından olduğu kimi istifadə etməkdən çəkinmək cəsarəti də tətbiq olunurdu. Başqa xalqların, birinci növbədə rus xalqının, musiqi mədəniyyətlərinin nailiyyətləri əsasında musiqidə təsir vasitələri əhəmiyyətli dərəcədə zənginləşdirilir, çoxsəslilik getdikcə daha üzvi surətdə tətbiq olunurdu.
Öz əsərlərində sözün mümkün qədər daha dürüst ifadə olunmasına səy edən A.Zeynallı bəzən milli lad əsasları haqqındakı ənənəvi təsəvvürləri belə pozaraq intonasiyanın adi dövrəsini yarıb keçir.
Musiqili teatr yaradıcılığı sahəsində hələ əsaslı dəyişikliklər olmamışdı. Bu illərdə Azərbaycan bəstəkarları bir dənə də yeni opera və musiqili komediya yaratmamışlar. Lakin R.M.Qliyerin “Şah Sənəm” operası (birinci redaksiyası 1926-cı ildə qurtarmışdı) musiqi sənətinin bu sahəsinin inkişafında mühüm rol oynamışdır. Bu operada il dəfə olaraq xalq mahnısının mövzusu inkişaf etmiş musiqili səhnə əsəri forması əsasında işlənmişdir. Təsadüfi deyildir ki, “Şah Sənəm” yaranandan az sonra M.Maqomayev “Şah İsmayıl” operasının yeni redaksiyasını yazır, muğamla yanaşı, müxtəlif opera formalarından (ariya, ariozo və s.) istifadə edir və öz əsərini zənginləşdirir.
1920-1932-ci illər Azərbaycanda instrumental musiqinin
yaranması ilə də əlamətdardır. Simfonik musiqi səhnəsində
ilk nümunələr meydana çıxır.
Ü.Hacıbəyovun “Təntənəli marş” (Azərbaycan işçi dram teatrının 10
illiyinə həsr olunmuşdur), M.Maqomayevin “Azərbaycan
çöllərində”, “Azadlığa
çıxmış Azərbaycan qadını rəqsi”,
“RV-8 marşı”, Ə.Bədəlbəylinin “Sovet hakimiyyəti
uğrunda”, “28 Aprel marşı” miniatürləri və
orkestrlə ifa olunmuş digər miniatürlər simfonik
musiqinin yaranmasına misal ola bilər. A.Zeynallının
dram tamaşalarına bəstələdiyi musiqi əsasında
yazdığı “Fraqmentlər” süitası böyük əsər
hesab edilirdi.
Otuzuncu illərin əvvəllərində Ü.Hacıbəyovun
xalq musiqi alətləri orkesri üçün
yaratdığı iki fantaziya Azərbaycanın instrumental
musiqisində mühüm yenilik oldu. Kamera-instrumental musiqi sahəsində
Ü.Hacıbəyov (“Aşıqsayağı”) ilə
yanaşı, A.Zeynallı (skripka, fortepiano üçün pyeslər
fəaliyyət göstərirdi) Azərbaycan musiqisini yeni inkişaf mərhələsinə
yüksəltmişdir. Q.Qarayevin 1957-ci ildə
yazdığı “İldırımlı yollarla” baleti Azərbaycan
musiqisinin ən görkəmli nailiyyətlərindən
biridir. Müasir dövrün aktual
mövzusuna həsr edilmiş bu baletdə öz milli istiqlaliyyəti
uğrunda müstəmləkə xalqlarının
apardıqları mübarizə təsvir olunur. Sonralar Azərbaycanda bir sıra digər baletlər də
yaradılmışdır. Məsələn, Niyazinin
“Çitra”, Ə.Abbasovun “Çernuşka”, A.Məlikovun “Məhəbbət
əfsanəsi” baletlərini göstərmək olar.
1953-cü
ildə M.F.Axundov adına Opera və Balet
Teatrı səhnəsində F.Əmirovun “Sevil” operası
tamaşaya qoyulmuşdu. Bu,
dövrümüzün həqiqi obrazını açıb
göstərən ilk Azərbaycan lirik operasıdır.
Digər bəstəkarlar -C.Cahangirov (“Azad”), R.Mustafayev
(“Vaqif”), S.Ələsgərov (“Bahadır və Sona”), İ.Məmmədov (“Tülkü və alabaş”) da opera yazmışlar.
Bu
dövrdə Azərbaycan bəstəkarları musiqili komediya
(S. Rüstəmovun “Rəisin arvadı”, Z. Bağırovun “Kəndimizin
mahnısı”, H.Xanməmmədovun “Bir dəqiqə”,
T.Quliyevin “Qızıl axtaranlar”, A.Rzayevin “Hacı Kərimin
aya səyahəti” S.Ələsgərovun “Ulduz”, F.Əmirovun
“Gözün aydın”, R.Hacıyevin “Romeo mənim
qonşumdur” əsərləri üzərində daha səmərəli
işləmişlər. Bəstəkarlardan Q.Qarayev, F.Əmirov,
C.Cahangirov, S.Hacıbəyov, R.Quliyev və başqaları
kinofilmlərə və dram əsərlərinə musiqi
yazmışlar.
Azərbaycan simfonik musiqisi də xeyli zənginləşmişdir. C.Hacıyev
özünün Dördüncü Simfoniyasını Leninin
xatirəsinə həsr etmişdir. C.Cahangirovun
“Dostluq mahnısı” vokal-simfonik süitası müasir
mövzuda yazılmışdır. Q.Rzayevin
“Babək” simfoniyası tarixi keçmişə həsr
edilmişdir. Qeyri-proqram əsərləri
də -S.Hacıbəyovun üverturası, R.Hacıyevin
simfoniyası F.Əmirovun və E.Nəzirovanın ərəb
mövzusunda yazdıqları skripka uçün konsert dinləyicilərin
diqqətini cəlb edir. Son iki-üç il
ərzində yaradılmış əsərlər-Q.Qarayevin
“Don-Kixot”, F.Əmirovun “Azərbaycan kapriççiosu”, Ə.Abbasovun
“Dramatik poema” əsərləri Azərbaycan bəstəkarlarının
II qurultayında səslənmişdir.
Gənc bəstəkarlar da simfonik musiqinin
inkişafına xeyli hədiyyə daxil etmişlər. Məsələn,
A.Rzayevin orkestrlə skripka üçün “Birinci konserti”
demokratik gənclərin Varşavada keçirilən V
Ümümdünya festivalının beynəlxalq müsabiqəsində
ikinci dərəcəli mükafata layiq
görülmüşdür. Bəstəkarların
Moskvada keçirilən plenumlarından birində N.Əliverdibəyovun
“Balet süitası” eşidilmişdir. X.Mirzəzadə.
A.Məlikov, V.Adıgözəlov, T.Bakıxanov və
başqaları da simfoniya yaratmışlar. Gənclərin
bir sıra simfonik əsərləri - V.Adıgözəlovun
orkestrlə fortepiano üçün konserti,
O.Zülfüqarovun “Mənim xalqım şadlanır”
üverturası, A.Məlikovun “Məhəbbət əfsanəsi”
baletindən süita, X.Mirzəzadə və M.Mirzəyevin
simli kvartetləri bəstəkarların II qurultayının
proqramına daxil edilmişdir. Xalq çalğı alətləri
orkestri üçün maraqlı əsərlər
yaradılmışdır: S.Rüstəmovun süitaları,
H.Xanməmmədovun orkestrlə və simfonik əsərlə
tar üçün konserti, F.Əmirovun, A.Babayevin və
başqalarının orkestrlə fortepiano üçün
konserti bu əsərlərdəndir.
C.Cahangirov (“Füzuli” kantatası, “Sabirin xatirəsi”
oratoriyası), R.Mustafayev və başqaları xor musiqisi sahəsində
də ciddi fəaliyyət göstərmişlər. S.Rüstəmovun,
T.Quliyevin, Z.Bağırovun, Q.Hüseynlinin,
Ş.Axundovanın, Ə.Abbasovun, S.Ələsgərovun, habelə,
gənc bəstəkarlardan R.Mustafayevin, P.Quliyevin,
F.Quliyevanın, T.Hacıyevin, N.Məmmədovun və
başqalarının mahnıları geniş şöhrət
qazanmışdır.
M.Qasımlının qeyd etdiyi kimi, Ulu Öndər Heydər
Əliyev milli incəsənətin inkişafına xüsusi
qayğı göstərirdi. O, belə hesab edirdi ki, milli incəsənətin
dirçəldilməsi və tərəqqisi xalqın
özünüdərkində, özünə inam hissinin
güclənməsində əsaslı rol oynayır.
Azərbaycan
rəhbərinin incəsənətə qayğısı bir
neçə istiqamətdə həyata keçirilirdi: incəsənət
xadimlərinin yubileylərini keçirir, dövlətin orden və
medalları ilə təltif olunmalarına nail olur, xatirələrini
əbədiləşdirir, musiqi ocaqlarının yubileylərini
qeyd edir, bəstəkarların qurultaylarında iştirak edərək
nitq söyləyir, respublikanın partiya və dövlət
adamlarını klassik Azərbaycan musiqisini dinləməyə
çağırır, gənc istedadların üzə
çıxarılmasından ötrü festivallar
keçirir, Azərbaycan musiqisinin problemləri barədə mətbuatda
geniş müzakirələr açdırır, aşıq
musiqisini təbliğ edir və tanınmış
aşıqların yubileylərini keçirir, milli musiqi mədəniyyətinin
ölkə daxilində və xaricdə tanınması
üçün səylər göstərirdi. Məhz
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan
incəsənəti respublikanın və ölkənin
hüdudlarını aşaraq, dünyada daha geniş
tanınmağa başladı.
Heydər Əliyev ziyalılarla söhbət edər,
onların düşüncələrini, xalqın istəklərini
öyrənər, suallar verər, sonra isə təhlil edərək,
təkliflərini irəli sürər, real olaraq həyata
keçirərdi.
Xarakterinə görə yaradıcı, qurucu və birləşdirici
şəxsiyyət olan Heydər Əliyev milli incəsənətin
inkişaf etdirilməsindən ötrü bəstəkarlar
arasında normal yaradıcılıq mühitinin
formalaşmasına çalışırdı. O, hələ 20-30-cu illərdən
sovet orqanlarının bəstəkarlar arasında yaratdığı
intriqalar mühitinin aradan qaldırılmasına
çalışırdı.
VAHİD ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 8 mart.- S.5.