Azərbaycançılıq milli təhlükəsizliyin əsas təminatçısı kimi

 

Ölkəni təkcə düşmən təcavüzündən deyil, məsələn, ekoloji fəlakətdən qorumaqmilli bəlalardan xilas etməyin özümilli təhlükəsizliyin təmin olunmasıdır. Qərb milli təhlükəsizlik nəzəriyyəçiləri dövləti ideoloji prinsiplərin müdafiə funksiyasından azad etmək fikrini irəli sürürlər və bunu Qərbdə açıq cəmiyyətlərin mövcudluğu ilə izah edirlər. Şərqdə isə dövlətin ideoloji müdafiəsi funksiyasına üstünlük verirlər. İdeoloji müdafiə bir çox dövlətlərin dövlət təhlükəsizliyinin tərkib hissəsinə çevrilib. Şərqlə Qərbin sintezi olan Azərbaycanda milli dövlət quruculuğu gedişində milli təhlükəsizlik üçün təhlükələri aradan qaldırmaq üçün ideoloji müdafiə sistemləri yaradılmışdır ki, bunlardan biri də azərbaycançılıqdır. Güclü dövlətlər öz vətəndaşlarının maraqlarını nəzərə alırlar. Vətəndaşlar da, öz növbələrində, öz dövlətlərini təhlükəli ideyalardan müdafiə edirlər.

Dövlət öz təhlükəsizliyinin milli və beynəlxalq səviyyədə prioritetlərini müəyyən edərək bunları təmin edə bilər. Milli təhlükəsizlik ideoloji aspektdə dörd səviyyədə - ictimai, fərdi, dövlət və beynəlxalq səviyyələrdə həyata keçirilir. Professor İ.Məmmədzadə birliklərin hüquqları və ictimai maraqlarının Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. Bu problemin fəlsəfi-etik və siyasi-hüquqi aspektdə az öyrənildiyinə diqqəti cəlb edən müəllif yazır: “Nəzərə çatdırmaq lazımdır ki, ictimai şüur müəyyən bir mərhələdə fərdi biganəliyə haqq qazandıra bilər. Lakin dövlətin gücü ondadır ki, ictimai şüura xas olan səhvləri və uydurmaları aradan qaldıra bilər. Unutmayaq ki, hər şeydən əvvəl, öz vətəndaşlarının həyatını qoruya bilən dövlət güclü dövlət hesab olunur.

Milli təhlükəsizlik modelində mühüm yeri həm də Azərbaycanda siyasi stabillik tutur. Stabillik fenomeni xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda davamlı siyasi sabitlik müstəqilliyin möhkəmləndirilməsi,    beynəlxalq            dəstəyin genişləndirilməsi, demokratik ənənələrin və islahatçılığın gücləndirilməsi fonunda milli təhlükəsizliyə xidmət edir. Stabillik olmayan yerdə vətəndaş da, dövlət də öz xaricidaxili siyasətində çətinliklərlə üzləşir. Xarici siyasətdəki stabillik daxildəki stabilliyə müsbət təsir göstərir. Stabillik ahəngdarlıq üçün əsas şərait yaradan mühüm amildir. Daxili stabillik dövlət-cəmiyyət dəyərlərinin, məqsəd və maraqlarının ideoloji-əxlaqi vəhdəti sayəsində əldə edilir. Vətəndaşı vətənə, təhlükəni özü üçün təhlükə hesab edən stabil cəmiyyətin milli ideologiyasında bu cür vətəndaşlıq mövqeyi dövlətin çiçəklənməyə, təhlükəsizliyə doğru hərəkətində, ərazi bütövlüyünü təmin etməkdə, nəsillərin və milli ruhun varisliyində əsas amillərdən biri olur.

Milli təhlükəsizlik modeli özü də stabilliyə xidmət edir. Azorbaycan xalqının sabitliyi, daxili zənginliyi və dözümlüyünün sirrini yeni ideya və dəyişikliklərdən bəhrələnməyə imkan verən Azərbaycan cəmiyyətinin açıqlığı ilə bağlayanlar da var.

Milli-dövlət ideologiyası-azərbaycançılıq millətin çiçəklənməsinə və milli təhlükəsizliyinə xidmət edən dövlət üçün vasitə rolunda çıxış edir. Milli ideologiya - dövlətçilik, azərbaycançılıq ideologiyası Azərbaycanın bütün vətəndaşları tərəfindən qəbul edilən dəyər və məqsədləri özündə əks etdirən, xalqın düşüncə tərzinə çevrilən ideologiya oldu. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişilə dövlət mənafeləri, ümumxalq dəyərləri  qruplararası maraqları üstələdi, onların fövqündə durdu  Azərbaycanın milli maraqları hər şeydən üstün tutuldu. Ulu Öndər Heydər Əliyevin  yaratdığı   milli   ideologiya-azərbaycançılıq   ideologiyası, müstəqil dövlətçilik, ölkədə və beynəlxalq aləmdə yeritdiyi sülhsevər siyasət Azərbaycanın milli təhlükəsizliyini, həmçinin, ideoloji təhlükəsizliyini təmin etmişdir. Göründüyü kimi, milli təhlükəsizliyin əsas mahiyyəti təkcə ölkə ərazisinin və əhalisinin müdafiə olunması deyil, həm də ideoloji təhlükəsizliyinin təmin edilməsidir. Torpağımızın hər bir qarışının itməsini, düşmən tapdağı altında qalmasını ağır dərd, böyük faciə adlandıran Ulu Öndər Heydər Əliyev milli ideologiya və Azərbaycanın milli-ideoloji təhlükəsizliyi sahəsində ciddi tədbirlər gördü.

Siyasi elmlər doktoru, polkovnik Cəlil Xəlilov azərbaycançılığı “milli mənafeyimiz və dövlətçiliyimiz” kimi səciyyələndirərək yazır: “Bu, bütün dünya azərbaycanlılarını tək Vətənləri, tək güvənc yerləri olan Azərbaycan ətrafında, onun müqəddəsliyi işığında birləşməyə səsləyən ideologiyadır. Azərbaycançılıq qətiyyət və mərhəmət, ədalət və humanizm kimi əxlaqi keyfiyyətlərdən köklənmiş mənəviyyatdır. Müəllif daha sonra qeyd edir ki, azərbaycançılıq bir ideoloji sütun kimi ölkəmizin milli təhlükəsizliyini təmin etmək potensialına malikdir. Yeni dünya nizamının qərarlaşması və beynəlxalq təhlükəsizliyin daha etibarlı şəkildə möhkəmləndirilməsi dövlətlərin və xalqların yeni təhlükəsizlik qaydalarına uyğunlaşmasını tələb edir. İstər regional, istərsə də geosiyasi ölçülərinə görə ölkəmiz məhz azərbaycançılıq vasitəsi ilə həm yüksək xətlə inkişafa nail ola, təhlükəsizliyimizə təminat yarada bilər.      Milli mənafelərimizin başlıca tərkib hissəsi olan qüdrətli və güclü Azərbaycan ideyası milli təhlükəsizlik   strategiyasının əsas hədəflərindən biridir. Azərbaycançılıq ideologiyası istər Azərbaycanın daxili siyasi həyatına, istərsə də, onun beynəlxalq siyasi imicinə kömək edən əsas ideoloji sütun kimi götürülə bilər. Bu ideologiya bir tərəfdən daxili həyatın inkişafının, sabitliyinin, digər tərəfdən də onun geosiyasigeostrateji mənafelərinin prioritetini  təşkil edir. Azərbaycanlı vətəndaş olaraq milli mənafeyimiz həm siyasi-iqtisadihüquqi azadlıqlarımızın qorunmasını, bütün ölkə əhalisinin bərabərliyini və rifahını nəzərdə tutur, həm də sabit cəmiyyətin əxlaqi dəyərlərindən doğan ehtiyac kimi, bütün bu dəyərlərin qoruyucusu olan dövlətimzin mənafeyini formalaşdırır. Biz cəmiyyətə elə bir təhlükəsizlik konsepsiyasını təqdim etməliyik ki, o, azərbaycançılıq ideologiyasının çalarları ilə eyniyyət təşkil etsin. Daha doğrusu, biz azərbaycançılığı elə bir səviyyəyə qaldırmalıyıq ki, bu ideoloji potensialdan yaranan əxlaqi dəyərlərlə yetişmiş ölkə vətəndaşları dövlət üçün ideoloji, siyasi, iqtisadi, hərbi sahələrdə üzə çıxan təhlükələrə qarşı mübarizədə daha aktiv iştirak etsinlər. Azərbaycançılıq milli ideyası siyasi ideyanın mahiyyətini təşkil etdi. Yenidən hər iki sahəni özündə birləşdirir. Politoloqların əksəriyyəti bunu təsdiq edirlər.

Azərbaycançılıq ideyasını biz bu gün istər milli ideya, istərsə də, dövlətin mənafelərindən irəli gələn və onları əks etdirən siyasi ideya kimi qəbul edə bilərik. Milli ideologiyanın təməlini təşkil edən azərbaycançılıq ideyası daxilixarici siyasətimizin, bütün siyasi və dövlət xadimlərinin birmənalı şəkildə qəbul və əməl etdikləri prioritetinə çevrilməlidir.

Azərbaycançılıq milli ideyanın nüvəsi kimi cəmiyyətdə sosial-siyasi dəyişikliklər, qlobal inteqrasiya prosesləri baxımından siyasi sistemin liberallaşması ilə bağlı olduğundan dövlət quruculuğu prosesində və idarəetmədə xüsusi əhəmiyyət kəsb edir.

Milli inkişaf ideologiyası kimi azərbaycançılıq Azərbaycan dövlətinin, onun-vətəndaşlarının, milli varlığımızın və mövcudluğumuzun təhlükəsizliyini və sosial rifahını təmin etməyə qadir olan, dövlət quruculuğu prosesinə təkan verən güclü sosial qüvvədir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə azərbaycançılıq ideyası və ideologiyası milli birlikstabillik ideologiyası kimi reallaşdı. Akademik Ramiz Mehdiyevin təbirincə desək: “Azərbaycanda sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyası formalaşmağa başladı”.

C.Xəlilov göstərir: “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasında dünya azərbaycanlıları ilə əlaqə, ünsiyyət, birgə fəaliyyət proqramı və konsepsiyasının səciyyəvi cəhətləri qabarıq nəzərə çarpır. Azərbaycan dövləti və xalqı qarşısında onların vəzifələri, borcları, öhdəlikləri Azərbaycan dövləti və xalqının öz vətəndaşları, soydaşları qarşısında məsuliyyəti, öhdəliyi, borcu vəzifəsidir”.

Azərbaycançılıq mücərrəd ideya kimi qəbul edilməməlidir. O, bir tərəfdən ölkənin etnik-milli birliyinin təminatıdırsa, digər tərəfdən ümumi müqəddəs məsləkə nail olmaq üçün dövlətin təhlükəsizliyini ehtiva edir. Milli həmrəyliyi vahid məqsəd naminə səfərbəredici ideoloji gücə çevrilir. Bu güc milli təhlükəsizliyin təmin olunması baxımından əsas istiqamətləndirici amil rolunu oynaya bilər. Təbii ki, bu ideya istər hərbi gücün, istərsə də, siyasi, iqtisadi gücün təşkiledici mayası sayılır. Azərbaycançılıq ideyası geosiyasi parametrlərimiz nöqteyi-nəzərindən araşdırıldıqda, labüd olaraq müəyyən zaman anlamında siyasi vasitəyə çevrilir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə Azərbaycanın mənafeyini milli, demokratik ideoloji prinsipləri özündə əks etdirən ölkəmizdə ümummilli ideyamilli ideologiya kimi reallaşan azərbaycançılıq Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək praktikliyi, konkretliyi, ölkə və xalq qarşısında duran ümumi vəzifələri və milli təhlükəsizliyin təminatçısı olması ilə fərqlənən, idealları təcrübi şəkildə gerçəkləşdirən bir fenomenə çevrilmişdir.

Azərbaycançılıq milli mənafeyimizə uyğun gəlməyən, milli təhlükəsizliyimizə təhlükə yaradan ideoloji təxribatlara sipər olan bir ideologiya uğurlu xarici siyasətimizdən, milli-mənəvi dəyərlərimizdən və azərbaycanlı mentalitetimizdən bəhrələnir. Ulu Öndərin milli-mənəvi dəyərlərimizə əsaslanaraq qurduğu demokratik hüquqi, dünyəvi dövlət bu gün cənab İlham Əliyevin rəhbərliyilə milli dəyərlərimizə, müasir potensialımıza, milli təhlükəsizliyimizə, azərbaycançılığımıza söykənən qüdrətli, güclü davamlı inkişafda olan bir dövlətə çevrilməkdədir.

 

 

VAHİD ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 1 may.- S.5.