Azərbaycançılıq siyasi ideologiya kimi

 

Azərbaycançılıq ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsində əsas rol oynayan milli dövlətçilik ideologiyası olmaqla yanaşı, ideologiya və siyasətin vəhdətindən ibarət ideya, elmi nəzəriyyə və siyasi ideologiyadır.

Azərbaycançılıq demokratik rejimi və vətəndaş cəmiyyətinin özündə birləşdirən siyasi bir amillər sistemidir. Politoloqların fikrincə, siyasi amillər sistemi deyərkən cəmiyyət həyatının müxtəlif sahələrində (siyasi, iqtisadi, mədəni, ekolojis.) hadisələrinə təsir göstərən siyasi imkanları, potensialları nəzərdə tutulmur. Siyasi amillərlə geosiyasi vəziyyət, cəmiyyətin maddi və mənəvi qüvvələri, iqtisadisiyasi quruluş, sosial sinfi, milli münasibətlər, siyasi ideologiya, milli mənafelər, siyasi dəyərlər və s. ola bilər. Ölkə və xalqların digər potensialları, imkanları da siyasi amil kimi çıxış edə bilər. Cəmiyyətin, dövlətin potensiallarının, imkanlarının amillərə çevrilmə dərəcəsi və mexanizmi siyasi quruluşun, siyasi amilərə çevrilməsi dərəcəsi və mexanizmi siyasi quruluşun, siyasi rejimin, ideologiyanın sosial, sinfi təbiətindən, istehsal üsulundan asılıdır. Potensialların siyasi amillərə çevrilməsi xalq kütlələrinin, sinflərin, partiyaların siyasi və hərbi rəhbərliyin şüurlu fəaliyyətinin müəyyənedici rol oynadığı fəal prosesdir. Müxtəlif tarixi dövrlərdə potensialların siyasi amillərə çevrilməsinin “özmexanizmi olmuşdur. A.S.KapdoSülh fəlsəfəsi” əsərində göstərir ki, dövlətin siyasi quruluşu hakim ideologiya və nəzəriyyələr ilə müəyyənləşdirilir. Bu gün bəşəriyyət öz dəyərlərinə söykənərək insanları, xalqları, millətləri planetar təfəkkür səviyyəsində bir-birinə yaxınlaşdırmağa xidmət edən siyasi amillərə üstünlük verirbu mənada, demək olar ki, obyektiv gerçəkliyin təbiətindən asılı olaraq siyasi amilin özü hazırda, müəyyən mənada, bəşəri, siyasi dəyər kimi çıxış edir. Bu baxımdan dünya xalqları və dövlətlərinin ən birinci vəzifəsi hərbi potensialı, ilk növbədə, nüvə potensialını azaltmaq, ümumi tərksilah yolu ilə sulh potensialını möhkəmləndirməkdir. Deyilənlər baxımından siyasi ideologiya siyasi amillər sistemində mühüm yer tutur. Müasir politoloji ədəbiyyatda və ensiklopedik lüğətlərdə, siyasi ideologiya buya digər gerçəkliyə münasibətdə ifadəsini tapan baxışlar və ideyalar sistemi, insanların, siniflərin, partiyaların siyasət və hakimiyyət subyektinin baxışları, mənafeləri, məqsədləri, niyyətləri, düşüncələri bu və ya digər dövrlərin, nəsillərin ictimai hərəkatların incəsənətin, ədəbiyyatın vəziyyətini əks etdirən ideyalar, dünyagörüşü sistemi, həmçinin, buya digər ideologiyanın daşıyıcı olan həyat mövqelərinin, düşüncələrinin, fikirlərinin məcmusu kimi başa düşülür.

İdeologiya anlayışında və şüur hadisələri, etnik, əxlaq siyasətin əsaslarını onların məntiqi və psixolji cəhətdən izahı əsas yer tutur. İdeologiya termininə ikili münasibət tarixi gerçəkliklə siyasi reallıqların dərk olunması prosesi ilə bağlı olmuşdur. Azərbaycançılıq siyasi ideologiya kimi cəmiyyətinin siyasi sisteminin iqtisadi, ictimai və mənəvi fəaliyyətində əsas kimi qəbul edilən və rəhbər tutulan ideya və prinsiplərin məcmusunu ifadə edir.

Azərbaycançılıq ideyasının siyasi ideologiyaya çevrilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur. Politoloq Cəmil Xəlilovun düzgün olaraq qeyd etdiyi kimi, “Heydər Əliyev müstəqil dövlət quruculuğunun gedişində azərbaycançılıq tərbiyəsinin, azərbaycançılıq ideologiyasının siyasi, elmi-nəzəri və praktiki əsaslarını işləmiş dövlət ideologiyası və milli-mənəvi dəyərlər zəminində azərbaycanlıların, xüsusilə də, gənc nəslin yetkin vətəndaş kimi tərbiyə sisteminin formalaşması və səmərəli fəaliyyət göstərməsinin nəzəri-metodoloji bazasını hazırlamışdır. Onun ölməz ideyaları bu günciddi məsələlərin həllinə böyük önəm verir. Heydər Əliyevin çıxışlarında, nitqlərində, müsahibələrində, tövsiyə və göstərişlərində “azərbaycançılıq” tərbiyəsinin başlıca istiqamətləri, dövlət orqanları və vətəndaş cəmiyyəti qurumlarının bu sahədəki vəzifələrinin nəzəri həlli öz ifadəsini tapmışdır”.

Dövlət müstəqilliyinin qorunması, cəmiyyətin modernləşməsi kimi genişmiqyaslı prosesin ideya məzmununa isə son illər azərbaycançılıq adı ilə ictimai-siyasielmi leksikonumuza daxil olmuş təlimin əsas paramentrlərinin müəyyənləşməsi və siyasi praktikaya fəal müdaxiləsi təşkil edir. İctimai-siyasi, elmi ədəbiyyat haqlı olaraq bunun Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və ölkəmizdə demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu işinə qiymətli töhfəsi kimi qiymətləndirir.

Azərbaycançılığın ideya-siyasi məzmunu, onun ideologiya imkanları o dərəcədə genişperspektivlidir ki, bunu bütövlükdə milli ideologiyanın baza modeli hesab etmək mümkündür. Ulu Öndər Heydər Əliyevi böyük siyasətçi, güclü politoloq, müdrik filosof kimi səciyyələndirən S.Xəlilov Ulu Öndər xüsusi fəlsəfi əsər yazmasa da,Onun vahid fəlsəfi konsepsiyası, azərbaycançılığı siyasi ideologiya kimi irəli sürməsi, yazılmamış bütöv siyasi sistem olması qənaətinə gəlir: “Heydər Əliyevin çox müxtəlif sahələrə dair söylədii fikirlər, əslində, dərin qatlardakı vahid konsepsiyanın ayrı-ayrı təzahürləridir”. Sonra müəllif Heydər Əliyevin vahid siyasi konsepsiyasının mahiyyətini və təməllərini açıb göstərir: “Bu konsepsiya Azərbaycanın milli ideologiyasıdır, müasir azərbaycanlıların sosial idealı, milli fəlsəfi dünya görüşüdür. Azərbaycanın gerçəkliyini, onun ictimai-siyasi və mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl elmi-nəzəri bir sistemdir. Bizim borcumuz onun söylədiyi fikirləri və əməli fəaliyyətini nəzəri təfəkkür səviyyəsində təhlil etməklə bu konseptual sistemin təməllərini üzə çıxarmaqdır”.

Professor Qoşqar Əliyevin fikrincə, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi dövründə yeritdiyi siyasətin başqa bir üstün tərkib hissəsinin liberal ideologiya olması əsla təsadüfi deyildir. Bu ideologiya, sadəcə, mücərrəd azadlığın bərqərar edilməsi olmayıb, həm də bir sıra xüsusi şərtlər vətəndaşa məxsus olan “təbii” siyasi hüquqların və mülkiyyətçi hüquqlarını nəzərdə tutur. Ulu Öndər müdrik siyasətçi Heydər Əliyevin ölkəyə başçılığa qayıdışından sonra respublika ictimai həyatının bütün sahələrində danılmaz uğurlar qazanılsa da, milli ideologiya axtarışları davam etdibu da təbii siyasi prosesdir, çünki dinamik dəyişən həyat özünə münasibət formalarını da dəyişməyə vadar edir, ortaya yeni alternativ atır. Minillikdə dövlətçiliyin inkişafının milli siyasət fəlsəfəsinin güclü, hüquqidemokratik dövlət quruculuğunun tərkib hissələrini təşkil edən üç determinant - milli ideya, şəxsiyyət və millətin məqsədyönlülüyü mühüm konseptual mahiyyət kəsb edir. Real məntiqə söykənmiş bu dialektik triadını hər hansı bir elementindən bəhs etmək, əslində, hər üç element barədə söhbət açmaq deməkdir.

Görkəmli dövlət başçısı Heydər Əliyevin milli mənafelərə əsaslanan məqsədyönlü siyasəti sayəsində cəmiyyətin ideologi strukturları canlanmış, milli ideyanın zəruriliyi, düşüncə tərzi aktuallıq kəsb etmişdir.

Zəngin Azərbaycan mədəniyyətinin reallığı və Ulu Öndər Heydər Əliyevin fəlsəfəsinin qaynağı olan fəlsəfi irsimiz həmişə milli ruhun, onun mənəvi dəyər kimi saxlanmasının təbii mənbəyi olmuşdur. Bu gün milli ideya fəlsəfəsini fəlsəfi irsimizdən, bütövlükdə, milli inkişafımızdan ayırmaq mümkün deyildir.

Siyasi determinantlarını, o cümlədən, azərbaycançılığın siyasi ideologiya kimi fərdi və ictimai şüura, insanların davranışına, hərəkətlərinə mühüm təsir göstərdiyini, bunun isə, öz növbəsində, dövlətin inkişaf modelinin təkmilləşdirilməsini stimullaşdırdığını qeyd edən akademik Ramiz Mehdiyev yazır: “Azərbaycanda sintetik yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyası formalaşdı...”

Azərbaycanda mühafizəkar-liberal sistem tamamilə tarazlaşdırılmışdır, o, bir tərəfdən, güclü dövlət hakimiyyətini və hüquq qaydasını, digər tərəfdən isə, iqtisadi fəaliyyət sərbəstliyini dəstəkləyir. Bir sistemdə dövlətpərəst meyillərin və dövlət təməllərinin, milliuniversal elementlərin müştərək mövcudluğuna nail olunmuşdur. Heydər Əliyevin nadir dövlət idarəçiliyi qabiliyyəti ondadır ki, bu ideoloji müştərəklikdən (uyğunlaşmadan və qismən də qarşılıqlı əvəzetmədən) müstəqil, demokratik Azərbaycan quruculuğunda məharətlə istifadə etmişdir”. Professor Əlikram Tağıyev bu haqda deyir: Milli ideologiya azərbaycanlıların milli idealı olan azadlıq və müstəqilliyin, milli inkişafın təmin olunmasına, respublikanın ərazi bütövlüyünün qorunub saxlanmasına, xarici təcavüzlərdən etibarlı müdafiə olunmasına və bu işdə etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların iştirakının təmin olunmasına xidmət etməlidir. Milli ideologiya, habelə, azərbaycanlıların bir millət kimi foromalaşmasına, azərbaycançılıq şüurunun bütün vasitələrlə inkişaf etdirilməsinə, Azərbaycan Respublikasına mənsubluq, onun maddi və mənəvi sərvətlərinin tam və bərabərhüquqlu sahib olmaq şüurunun möhkəmlənməsinə xidmət etməlidir”.

Politoloqlar vahid milli ideologiyanın qəbul olunmasını millətin mentallıq səviyyəsindən asılı olduğunu iddia edirlər. Qərb ölkələrində demokratik dövlət quruluşu şəraitində konstitusiya milli ideologiya kimi qəbul olundu. Şərq ölkələrində, o cümlədən, Azərbaycanın siyasi inkişaf səviyyəsi vahid milli ideologiya - azərbaycançılıq və vahid siyasi liderin Ulu Öndər Heydər Əliyevin olması tələbatını irəli sürdü. Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev azərbaycançılığın siyasi ideologiya kimi inkişafına öz töhfəsini vermişdir.

 

 

VAHİD ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 3 may.- S.5.