“Azərbaycanşünaslığın
aktual problemləri”
Mayın 1-də Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın
aktual problemləri” mövzusunda IV beynəlxalq
elmi konfrans başlanıb.
Milli Elmlər Akademiyasının
humanitar və ictimai elmlər bölməsinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı
ilə keçirilən,
mərhum prezident Heydər Əliyevin 90 illiyinə həsr edilən, 220-dən çox
yerli və xarici alimin məruzələrinin
qəbul olunduğu konfransda elmi institutlardan, Azərbaycanın
müxtəlif bölgələrindən
nümayəndələr, eləcə
də 14 ölkədən
40-dan çox qonaq iştirak edir.
“Media forum” saytına verilən
məlumata görə,
Milli Elmlər Akademiyasının prezidenti
akademik Akif Əlizadə konfransdakı
çıxışında Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq
üzrə yüksək
ixtisaslı kadrların
hazırlanmasında gördüyü
işlərin təqdirəlayiq
olduğunu vurğulayıb.
Bakı
Slavyan Universitetinin rektoru, Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Kamal Abdulla konfransı
tələbələr, eləcə
də bütün iştirakçılar üçün
elm bayramı kimi dəyərləndirib, xarici
universitetlərdə fəaliyyət
göstərən Azərbaycan
dili və mədəniyyəti mərkəzlərindən
söhbət açıb.
O, Kiyev, Poltava, Moskva və Minskdəki azərbaycanşünaslıq mərkəzlərinin
açılması və
fəaliyyət göstərməsində
Bakı Slavyan Universitetinin əhəmiyyətli
rol oynadığını
deyib.
Tədbirdə Təhsil Nazirliyinin
nümayəndəsi İ.Mustafayev,
Belarusun Azərbaycandakı
səfiri N.Y.Paskeviç,
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı
N.Məhəməliyev, Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru A.A.Nestulya, İstanbul Kültür Universitetinin rektoru S.S.Demir, “Marşalek Holdinq”in prezidenti A.Marşalek, Palatski Universitetinin rektoru M.Maşlan, Harvard Universitetinin
professoru M.Kramer,
Tbilisi Dövlət Universiteti
Linqvistika İnstitutunun
direktor müavini M.Mancqaladze, Litva Dili İnstitutunun direktoru İ.Zabarskayte, Misirin Ayn-Şəms Universitetinin əməkdaşı
Ə.S.Elaydi, Azərbaycan
Milli Elmlər Akademiyasının Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru İ.Məmmədzadə,
Ural Federal Universitetinin professoru
A.G.Nesterov, Qazıxıstan
Milli Texniki Universitetinin professoru K.Beqalinova çıxış
ediblər.
Sonda “Avroviziya
2011” mahnı müsabiqəsinin
qalibi, Bakı Slavyan Universitetinin məzunu və əməkdaşı Eldar
Qasımov “Azərbaycan”
mahnısını ifa
edib.
Elmi konfrans mayın 3-dək davam edəcək.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2013.- 5 may.- S.7.