Azərbaycançılığın və
dövlətçiliyimizin əsas atributu: dövlət
himnimiz
“Himn” sözü yunan sözü “humons” sözündən olub qədim Yunanıstanda allahları və qəhrəmanların şərəfinə oxunan nəğmə mənasında işlənmişdir. Himn Avropa ölkələrində XIX əsrə qədər dini nəğmə və mahnıları səciyyələndirən söz olmuşdur.
Müasir dövrdə “himn” sözü beynəlxalq dövlətçilik terminologiyasında “dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş” mənasında sabitləşmişdir. Həmin termin Azərbaycan dilində də eyni məna və funksiyanı istifadə etməkdədir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət himni haqqında demişdir: “Azərbaycanın gözəl himni var... Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir”. Dövlət himni dövlətçiliyimizin əsas atributu olub, milli birliyimizin - azərbaycançılığımızın müqəddəs rəmzidir.
A.Məmmədov və Ə.Quliyevin qeyd etdikləri kimi, dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir.
Himn həmişə milli bayraqla-dövlət bayrağı ilə bərabər tutulur. Məhz bu funksional yaxınlıq, dövlətçilik baxımından müqəddəslik və önəmliliyinə görə milli himn-dövlət himnini obrazlı şəkildə hər bir dövlətin, millətin ölkənin musiqi bayrağı adlandırırlar. Bu da həqiqətdir ki, dövlət himni çalınarkən, paralel olaraq mütləq dövlət bayrağı da qaldırılmalıdır. Digər tərəfdən, təsadüfi deyildir ki, bir çox dövlətlərdə əsas dövlətçilik atributları məhz təkcə bayraq və himndən ibarətdir...
Azərbaycan dilində “milli himn”, “dövlət himni” terminləri artıq sabitləşsə də, tarixən “milli marş” terminindən də istifadə edilmişdir. “Marş” sözü fars mənşəli olub dilimizdə “əsgərlikdə yürüş üçün verilən əmr” dövlət tərəfindən qəbul edilmiş və milləti, dövləti təmsil etmək üçün hazırlanmış musiqi əsəri, nəğmə”, yaxud “əsgəri xidmətdə istifadə olunan musiqi əsəri, nəğmə” anlamlarında işlədilir. Azərbaycan Respublikasının Dövlət Himninin sözlərini Əhməd Cavad yazmışdır. Himnin sözlərinin ilkin variantı 1919-cu ildə Azərbaycan Xalq Mətbəəsində nəşr olunmuş “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə getmişdir. Himnə musiqini dahi bəstəkarımız Üzeyir Hacıbəyov 1919-cu ildə yazmışdır. Bu marş 1989-cu ildə bəstəkar Aydın Əzimov tərəfindən bərpa edildi.
Azərbaycan Respublikasının Ali Soveti həmin marşı öz iclasında geniş müzakirə etdi və qəbul etdiyi “Azərbaycan Respubliknsının Dövlət Himni haqqında” 27.05.1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq etdi.
Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları 2 mart 1993-cü il tarixli Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə tənzimlənir. Adıçəkilən Konstitusiya Qanunları və Əsasnamə ilə Azərbaycan Respublıkasının Dövlət Himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur.
M.Mərdanov və Ə.Quliyev düzgün olaraq dövlət himninin ideya-məzmun baxımından azərbaycançılıq ideologiyasını əks etdirdiyini xüsusi qeyd edirlər. Azərbaycan Respublikasının Dövlət Himni istər ideya-məzmun, istərsə də, musiqisinin zənginliyi baxımından milli ideologiyamızın aparıcı amili olan azərbaycançılığı, Vətənçiliyi, Vətən sevgisini və vətənpərərlik hisslərini dövlət müstəqilliyini, gənclərdə Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını parlaq şəkildə əks etdirir. “Azərbaycan marşlarının melodiyası sadə, yaddaqalan olmaqla yanaşı, məzmun baxımından coşqun və mübariz ruhludur. Yuxarıda deyildiyi kimi, bu marşda - dövlət himnimizdə də əsərin şeiriyyəti musiqi əzminə tabe edildiyindən, onun musiqisi səslənən kimi himnin mətni sanki bulaq suyu kimi çağlayır. Onun əzəməti, coşqunluğu, mübariz ruhu da məhz musiqi ilə qəlblərə yol tapır. İnsanların qanını Vətən sevgisi, millət duyğusu ilə coşdurur, doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi yolunda mübarizəyə səsləyir. Milli himnimiz səslənəndə insanda milli ruh yüksəlir, vətənpərvərlik, milli iftixar və qürur hissi coşub-daşır...”. Heydər Əliyev dövlət himnimizin məziyyətlərindən danışarkən, onun azərbaycançılığın rəmzi olmasını xüsusi diqqətə çatdırırdı: “Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır.
O vaxt vətənpərvər insanlar bu sahədə gözəl iş görmüşlər. Himnimizin sözləri də, - indi o dövrdən 80 il keçib, - bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda, çox əzəmətli musiqidir. Bizim ölkəmizin vətəndaşlarının bəlkə də hamısı bunu istənilən səviyyədə dərk edə bilməyibdir. Ancaq Mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən, çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə bəlkə də ən böyük əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakı söhbətlərdə etiraf ediblər ki, Sizin himninizin musiqisi çox gözəldir, bayrağımız da gözəldir. Bu, həqiqətən belədir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları və mexanizmi Azərbaycan Respublikasının Konstitusiyası, yuxarıda adları çəkilən Qanunlar və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə tənzimlənir. “Əsasnaməyə” görə, Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda və göstərilən qaydalara uyğun ifa olunur:
Azorbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları və mexanizmi Azərbaycan Respublikasının Konstitusiyası, yuxarıda adları çəkilən Qanunlar və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə tənzimlənir.
“Əsasnaməyə” görə, Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda və göstərilən qaydalara uyğun ifa olunur:
Azərbaycan
Respublikasının Prezidenti Milli Məclisin (Parlamentin)
iclaslarına gələn zaman:
Azərbaycan
Respublikası Milli Məclisinin sessiyaları başlananda və
qurtaranda;
Dövlət bayramlarına həsr
olunmuş təntənəli yığıncaqların və
iclasların açılışı və
bağlanışı zamanı;
Hər
gün Azərbaycan Respublikası milli televiziya və radio
verilişlərinin əvvəlində və axırında;
Azərbaycan
xalqının və dövlətinin həyatında çox
mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın
görkəmli siyasi, dövlət hərbi xadimlərinin, milli
qəhrəmanların, elm, ədəbiyyat və incəsənət
xadimlərinin şərəfinə abidələrin və
lövhələrin açılışı zamanı:
Dövlət
və ictimai orqanlar, müəssisələr, idarələr və
təşkilatlar tərəfindən keçirilən mərasimlər
və digər təntənəli tədbirlər zamanı Azərbaycan
Respublikasının Dövlət Bayrağı
qaldırılarkən:
Azərbaycan
Respublikasına rəsmi görüşə gələn
xarici ölkələrin dövlət və hökumət
başçıları qarşılanarkən və yola
salarkən-müvafiq ölkənin dövlət himni ifa
olunduqdan sonra:
Azərbaycan
Respublikasının qanunvericiliyində Azərbaycan
Respublikası Dövlət himni hökmən ifa olunduğu
başqa hallar da nəzərdə tutula bilər:
Azərbaycan
Respublikasının Dövlət Himni orkestr, xor, orkestr-xor tərəfindən,
yaxud başqa vokal üsulla və alətlər vasitəsilə
ifa olunur. Bunun üçün səsyazma vasitələrindən
də istifadə edilə bilər.
Bütün
hallarda Azərbaycan Respublikasının Dövlət Himni tam
ifa olunur.
Azərbaycan
Respublikasının Dövlət Himni “Azərbaycan
Respublikasının Dövlət Himni haqqında” Azərbavcan
Respublikasının 1992-ci ii 27 may tarixli Qanunu ilə təsdiq
edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq
surətdə ifa olunmalıdır.
Azərbaycan
Respublikasının Dövlət Himni ifa olunarkən
oradakılar himni ayaq üstə dinləməli və ya
oxumalıdırlar.
Hərbi
hissələrdə, hərbi gəmilərdə, daxili işlər
və milli təhlükəsizlik orqanlarında Azərbaycan
Respublikası Dövlət Himninin ifa olunması, habelə,
himn ifa edilərkən hərbi qulluqçuların, daxili
işlər və milli təhlükəsizlik
orqanlarının sıravi və rəis heyətinə aid
şəxslərin əsgəri rəsmi təzim etməsi hərbi
nizamnamələrlə və Azərbaycan Respublikasının
müdafiə naziri, daxili işlər naziri və milli təhlükəsizlik
naziri tərəfindən müəyyən edilən qaydalarla
tənzimlənir.
Azərbaycan
Respublikası Dövlət Himninin musiqisi və mətni “Əlifba”
kitabının birinci səhifəsində (eləcə də,
digər dərsliklərdə) dərc olunur;
Ümumtəhsil
məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində,
ali məktəblərdə və başqa tədris müəssisələrində
yeni dərs ilinin birinci dərsi Azərbaycan
Respublikasının Dövlət Himninin öyrənilməsinə
və ifasına həsr edilir.
Respublika
və beynəlxalq idman yarışları keçirilərkən
Azərbaycan Respublikası Dövlət Himninin ifa olunması
qaydası respublika və beynəlxalq idman təşkilatlarının
mövcud praktikası nəzərə alınmaqla müəyyən
edilir:
Respublika
idarələri və təşkilatları xarici dövlətlərin
ərazisində təntənəli tədbirlər keçirərkən
Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin müəyyən
etdiyi qaydalara müvafiq surətdə, onların olduqları
ölkənin praktikası və yerli adətləri nəzərə
alınmaqla ifa edilir;
Azərbaycan
Respublikası Dövlət Himninin daxili işlər və
milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində,
idman yarışları zamanı, habelə, Azərbaycan
Respublikasının idarələri və təşkilatları
tərəfindən xarici dövlətlərin ərazisində
tədbirlər keçirilərkən ifa olunması
qaydaları bu Əsasnamənin tələbləri əsas
götürülməklə müəyyən edilir.
Bu Əsasnamənin
dəqiq yerinə yetirilməsinə nəzarət etmək
dövlət orqanlarının,
müəssisələrin,
idarələrin, təşkilatların siyasi
partiyaların, ictimai birliklərin, həmkarlar
ittifaqlarının və digər ictimai qurumların rəhbərlərinə
həvalə olunur və s. Azərbaycan Respublikasının
Milli Məclisi özünün 7 mart 2000-ci il tarixli
iclasında “Azərbaycan Respublikasının Dövlət
Himni haqqında Əsasnaməyə əlavələr edilməsi
barədə”, Azərbaycan Respublikası Qanunun layihəsini,
müzakirə edərək, mövcud Əsasnaməyə
himnin mütləq ifa edilməli olduğu iki əlavə
qaydanı (Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin
iclasına gəldiyi zaman, eləcə də, Milli Məclisin
sessiyaları başlananda və qurtaranda himnin ifa olunması)
da təsdiq etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində, Ulu Öndər Heydər Əliyev və Onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında azərbaycançılığın və dövlətçiliyimizin əsas atributlarına, o cümlədən, dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcu hesab olunur. Hamı bu borcu şərəflə yerinə yetirməlidir.
Vahid Ömərov
Azad Azərbaycan.- 2013.- 12 may.- S.5.