Azərbaycançılıq ədəbi-estetik təlim kimi

 

Azərbaycançılıq milli dövlətçilik təfəkkürü ilə sıx bağlı olan milli ideologiyamilli ideya olmaqla yanaşı, həm də cəmiyyətində öz layiqli yerini tutan ədəbi estetik təlimdir. Bu sahədə mükəmməl tədqiqat əsəri olan “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” əsərində azərbaycançılığın elmi-nəzəri tədqiqinə öz töhfəsini vermiş Sona xanım Vəliyeva, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərovun təbirincə desək, azərbaycançılığı “ilk dəfədir ki, aydın (və mükəmməl) bir metodologiya ilə müəyyənləşdirmiş, hər bir məsələnin özünəməxsus səciyyəsini vermişdir: “Azərbaycançılıq ideologiyasının müasir ictimai, o cümlədən də, ədəbi-estetik təfəkkürdəki mövqeyi barədə ətraflı bəhs edən müəllif tamamilə doğru olaraq göstərir ki, müasir dövrdə Azərbaycançılıq ideologiyası” artıq müasir elmin nailiyyətlərinə əsaslanaraq, özünün elmi-nəzəri əsaslarını da təşkil edir”.

Ulu Öndər Heydər Əliyev azərbaycançılığa ədəbi-etnik təlim kimi də yanaşırdı. Müdrik şəxsiyyət “Kitabi Dədə Qorqud”, M.Füzuli və “Manas” haqqında fərmanları və fikirləri ilə ədəbiyyat vasitəsilə türk birliyini yaratmağın yolunu göstərdi...

Azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsi kimi Heydər Əliyevin ədəbiyyat konsepsiyasının əsasında tarixilikmüasirliyin vəhdəti dayanır. Azərbaycan yazıçılarının VII qurultayındakı (12 iyun 1981) “Ədəbiyyatın yüksək borcu və amalı” adlı tarixi nitqində deyirdi: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də, tarixi mövzuda əsər yaratmağa girişməzdən əvvəl, ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyükciddi hazırlıq işi aparmalıdır”. Qüdrətli şəxsiyyət təkcə ədəbiyyatı, mədəniyyəti izah və şərh etmir, ədəbiyyata, mədəniyyətə təsir edir, onu yeni ideyalara, milli və dövlətçilik taleyi ilə bağlı istiqamətə yönəldirdi. Onun ədəbiyyat konsepsiyasında istedada böyük önəm, ədəbiyyatın əbədiyyətinə qüdrətli inam var. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günləri münasibətilə söylədiyi nitqdə ədəbi irsi hər şeydən uca tutaraq deyirdi: Tarixin bir-birinə qovuşduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, VidadiVaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairləri təravətdən düşməyən misraları ilə bu günöz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək, nəsillərə bəxş etmişlər”.

Nizaməddin Şəmsizadənin qeyd etdiyi kimi, bu konseptual fikir də bədii-milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyrələndirilir. Çünki Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli istiqlal nəzəriyyəsi professor Qoşqar Əliyevin düzgün olaraq yazdığı kimi, Heydər Əliyevin fəlsəfəsində azərbaycançılıq ideologiyasının başlıca qayəsindən söhbət açmazdan öncə göstərmək istərdik ki, azərbaycanlılar, onların şüuru, xarakteri də özlərinə məxsus tarixi inkişaf mərhələləri keçmişdir. Tarixilik baxımından yanaşsaq, deməliyik ki, azərbaycançılıq ideologiyasının ən mühüm ideyalarını “Kitabi-Dədə Qorqudeposunda, xalqımızın milli-mifoloji təsəvvürlərində izləmək mümkündür. Təbii ki, biz azərbaycanlıların dərin etnomədəni, tarixi-siyasi kökləri barədə ətraflı söhbət açmaq niyyətində deyilik, məqsədimiz Heydər Əliyevin ictimai-siyasi görüşlərində azərbaycançılıq ideologiyasının önəmli yer tutmasından bəhs etməkdir. Lakin ən qısa şəkildə qeyd etmək istərdik ki, Azərbaycan etnosunun formalaşmasında hun-qıpçaq türklərinin psixologiyamentalitetinin yayılması ( I mərhələ) oğuz türklərinin sosiomədəni dəyərlərin yayılması (II mərhələ) aparıcı rol oynamışdır, Azərbaycanda yaşayan qeyri-türk mənşəli xalqlar yalnız Azərbaycan türkcəsi deyil, həmçinin, Azərbaycan türklərinin tarixi birləşdiricilik ideyası əsasında ünsiyyətə girərək, müəyyən tarixi zaman kəsiyində Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini yaratmışlar. Müəllifin fikrincə, milli bütövlüyün təcəssümü olan azərbaycançılıq məhz Ulu Öndər Heydər Əliyevin ikinci qayıdışından sonra həm milli ideologiya, həm də ədəbi-etnik təlim kimi formalaşmağa başlaması, müstəqilliyimizin möhkəmlənməsində səfərbəredici fenomenə çevrilmişdir.

Professor Əlikram Tağıyev də azərbaycançılıq milli ideyasının ədəbi-estetik təlim kimi tarixi kökləri və mənbələri haqqında aşağıdakıları göstərir:

Azərbaycan milli ideyası və qədim tarixi köklərə malikdir. Qədim Manna, Midiya, Atropaten, Albaniya, Şirvanşahlar, Atabəylər, Səfəvilər, Xanlıqlar dövrü Azərbaycanın öz dövlətçiliyi olmuşdur. Hülakülər, cəlairlər, qaraqoyunlular, ağqoyunlular, əfşarlar və b. türk tayfaları İranda və Azərbaycanda məskunlaşıb azərbaycanlılaşmış və qurduqları dövlətlərdə də başlıca vəzifələr azərbaycanlıların əlində olmuşdur. Bu tarixi zəmində azərbaycanlılar bir xalq kimi təşəkkül tapmış və tədricən millət haqqında formalaşmağa başlamışdır. Bu prosesdə sosial-iqtisadi əlaqələr, ümumi dil, din və digər mədəniyyət ünsürləri zəminində formalaşan ümumi cəhətlər, ərazi birliyi və s. amillər mühüm rol oynamışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən azərbaycanlılar millət kimi formalaşmağa başlayır. Bakının iqtisadi həyatı, Azərbaycanda yerli iri burjaziyanın və onunla birlikdə milli burjua ziyalılarının meydana çıxmasına səbəb olur ki, onlar da, öz növbəsində, xalqa milli mənlik şüurunu aşılamağa səy göstərirlər. Onun nümayəndələri A.A.Bakıxanov, H.B.Zərdabi və M.F.Axundov idilər. Milli ideyalar, xüsusilə, türkçülük özünün ilkin mənasında maarifçilik xarakteri daşımış və inkişafının sonrakı mərhələsində isə siyasiləşmişdir. Azərbaycan milli ideologiyasının elmi-nəzəri, ideya-siyasi mənbəyini Azərbaycan ideyası, Azərbaycan maarifçilərinin xalqa aşılamağa çalışdıqları milli-mənəvi dəyərlər və sərvətlər sisteminin məcmusu təşkil edirdi.

Görkəmli tədqiqatçı Sona xanım Vəliyeva çox düzgün olaraq azərbaycançılıq ideologiyasının rəsmi tarixin son iki əsrlə bağlı olduğunu göstərir: “Ümumi qəbul olunmuş qənaət belədir ki, bu ideologiyanın tarixi zəmini daha dərindədir, ideya qaynaqları isə təqribən min, min beş yüz il qədimlərə gedib çıxır. Xalqımız dünyaya Zərdüştü və “Avesta” kitabını, “Kitabi-Dədə Qorqud”u və qorqudçuluq məfkurəsini, “Koroğlu”nu və Çənlibel sosiologiyasını bəxş etmişdir ki, bunlar da bir tərəfdən ümumazərbaycançılıq məfkurəsinin, məxsusi birgə dəyərlərin, ümumi düşüncə və ictimai davranış tərzinin formalaşması və adət-ənənə sisteminin bərqərar olmasına təkan vermiş, digər tərəfdən isə Şərqin oxşar mənəvi dünyasının əsaslarının qurulmasında həyati rol oynamışdır.

Azərbaycanda Zərdüştə qədərki dövrdə də böyük mədəniyyət, fəlsəfə, həyat dünyagörüşü, əxlaq örnəkləri mövcud olmuşdur. Lakin Azərbaycana dair tarixi mənbə “və materiallar müxtəlif vaxtlarda, xüsusilə də, ərəb istilası dövründə dağıdılmış, ölkəmizin tarixinə aid çox qiymətli qədim yazılı bilgi və məlumatlar sıradan çıxarılmışdı. “Avesta” kitabı bu gün bizdən ötrü ona görə ən qiymətli tarixi-mədəni abidədir ki, Azərbaycanın bütün dünyada, Şərq aləmində cahanşümul bir ölkə kimi mənəviyyatın, mədəniyyətin təməl daşlarını qoymuş bir məmləkət olduğunu yazılı təsdiqləmiş ilk sənət nümunəsidir.

“Kitabi Dədə Qorqud”u Azərbaycan xalqının ana kitabı adlandırırlar. Burada xalqımızın ümummilli ruhu ifadə olunmuşdur. Azərbaycan ruhu, azərbaycanlıları digər millət və etnoslardan fərqləndirən ən mühüm amillərin məcmusunu özündə ehtiva edir. Bu torpaq tarix boyunca çox hücumlara, basqınlara, imperiya hökmlərinə məruz qalmışdır, azərbaycançılıq ruhu isə daim yaşamış və xalqımızın yadellilərin hücumlarına müqavimət qüvvəsini əks etdirmişdir.

S.Vəliyeva azərbaycançılığın ədəbi-etnik təlimi kimi müxtəlif ideoloji təsirlərə məruz qalmada özünə məxsusluğunu qoruyub saxladığını diqqətə çatdırır: “O Azərbaycançılıq ruhu vahid ümumşərqi klassik ədəbiyyatı kontekstində də yaşarlılığını qoruyub saxlamış, qədim və orta əsrlərə xas yabançı ideologiyalar zəminində bu və digər şəkildə özünü göstərmiş, dahi sənətkarlarımız tərəfindən təbliğ və tərənnüm edilmişdir”.

AMEA-nın müxbir üzvü Nizami Cəfərov azərbaycançılıq ədəbi-etnik təliminin Ulu Öndər Heydər Əliyev metodologiyası haqqında yazır: “Heydər Əliyev dühası tarixi müasirləşdirir, tarixdən, o cümlədən, azərbaycançılıq ideyaları tarixindən istifadənin özünəməxsus metodologiyasını hazırlayır... Və göründüyü kimi, azərbaycançılığın milli ideologiyaya çevrilməsi - bizim bir millət olaraq mövcudluğumuzun ideoloji əsaslarını təşkil etməsi olduqca mürəkkəb, çoxşaxəli, çoxmərhələli bir prosesdir. Həmin prosesi öyrənmək, onun qaynar, ehtiraslı gedişini elmin (Azərbaycanşünaslığın) soyuq mühakimələri ilə təhlil etmək, artıq dövrümüzün mədəni-intellekutal tələbidir”.

Müasir qloballaşma dövründə Ulu Öndərin azərbaycançılıq ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla inkişaf etdirir.

 

 

VAHİD ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 17 may.-S.5.