YAP Daşkəsən rayon
təşkilatının VIII konfransı keçirilib
Bu
gün YAP Daşkəsən rayon təşkilatının
VIII konfransı keçirilib. SİA-nın verdiyi xəbərə
görə, konfransda YAP Daşkəsən rayon təşkilatının
sədri Meydanəli Yolçuyev, Yeni Azərbaycan
Partiyasının Mərkəzi Aparatının baş təlimatçısı
Rafael Gülməmmədov, “Səs” Media Holdinqin rəhbəri
Bəhruz Quliyev və digər ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Konfrans
iştirakçıları əvvəlcə Yeni Azərbaycan
Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin
abidəsini ziyarət edərək abidəsi önünə
tər çiçəklər düzüblər.
Konfransı giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev nümayəndələri və qonaqları salamlayıb. Hesabat məruzəsi ilə çıxış edən rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının keçdiyi 21 ildə böyük inkişaf yolu keçdiyini, sıralarının daim genişləndiyini, rayon təşkilatının partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirdiyini vurğulayıb: "Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunmasında siyasi nizamlama rolunu öhdəsinə götürmüşdür. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verilməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir".
M.Yolçuyev hesabat məruzəsində onu da vurğulayıb ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəsini və millətini yüksək səviyyədə təmsil edir. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq".
M.Yolçuyev YAP Daşkəsən rayon təşkilatının böyük inkişaf yolu keçdiyini, sıralarının daim genişləndiyini, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirdiyini vurğulayıb: "Hazırda YAP Daşkəsən rayon təşkilatı öz ətrafında 4028 nəfər üzvü birləşib. YAP Daşkəsən rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən, təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə fəal iştirak edirlər. Daşkəsən rayonunun bütün sakinlərinin qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi cənab İlham Əliyevə səs verəcəklərini tam əminliklə bəyan edirəm".
M.Yolçuyev həmçinin,
Daşkəsən rayon rəhbərliynin
apardığı quruculuq-abadılıq işlərindən
danışaraq bildirib ki,
Daşkəsən rayonu böyük
bir tikinti
meydançasını xatırladır.
Eyni
zamanda rayon təşkilatının sədri konfransın
gündəliyində duran prezident seçkilərinə
hazırlıqla bağlı görülən işlərdən
də danışıb: "Artıq təsdiq olunmuş plana
uyğun olaraq seçicilərin siyahısı dəqiqləşdirilib,
məntəqələrdə səliqə-sahman işlərinin
aparılmasına başlanıb, partiya fəallarının
ideoloji cəhətdən hazırlanması üçün
lazımi təlimati tədbirlər görülüb. Mərkəzi
seçki qərargahının rayon şöbəsi
formalaşdırılıb. Biz YAP Daşkəsən rayon təşkilatı
olaraq öz namizədimizi bütün
varlığımızla müdafiə etməyə, Azərbaycanı
uğurlardan-uğurlara aparan möhtərəm Prezidentimizə
daim dəstək olmağa hazırıq".
Məruzə ətrafında Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev çıxış edərək, YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, bütün sahələrdə əhəmiyyətli dəyişikliklərin baş verdiyini bildirib.
Konfransın işində itirak edən "Səs" Media Holdinqin rəhbəri, SİA-nın baş direktoru Bəhruz Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, böyük inkişaf yolu keçdiyini, cəmiyyətin ən aparıcı qüvvəsinə çevrildiyini söyləyib: "Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. YAP-ın nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi qüvvəsinə çevrilərək sıralarını günbəgün artırması Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu siyasət möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonda YAP Daşkəsən rayon təşkilatından Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib. Həmçinin, YAP sıralarına qəbul olan gənclərə üzvülük vəsiqələri təqdim edilib.
Azad Azərbaycan.- 2013.- 17 may.- S.4.