Sumqayıt Texnologiyalar Parkının böyük uğurları

 

İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı bu gün Azərbaycanın qeyri-neft sektorunda özünün layiqincə yerini tutan müəssisələrdən biridir. Özündə 17 zavodu birləşdirən böyük Texnoparkda işlər bu günuğurla davam edir. Burada yeni zavodlar tikilirbaşqa zavodların da tikilməsi planlaşdırılır. Sumqayıt Texnologiyalar Parkında son vaxtlar gedən qlobal işlərlə bağlı Texnoparkın icraçı direktoru Sahib Musayevlə görüşüb həmsöhbət olduq.

 

Tanıtım: Sahib Aslan oğlu Musayev 1951-ci ildə Azərbaycanın qədim bölgələrindən biri olan Qazax rayonunun Köçvəlli kəndində anadan olub. Orta təhsilini qızıl medalla başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə bir imtahan verərək əla qiymət alaraq daxil olub. Sonra ali təhsilli mütəxəssis kimi təyinatla Azərbaycan Fizika İnstitutuna işə göndərilib. Oradan Moskvaya Tətbiqi Fizika İstitutuna ixtisas artırmağa gedib.

S.Musayev Moskvada Tətbiqi Fizika İnstitutunda işlədiyi vaxt SSRİ Elmlər Akademiyasının Spektoraskapiya İnstitutunda fizika elmləri namizədi dərəcəsini alıb. O, fizika elmləri doktoru elmi dərəcəsini isə Azərbaycan Fizika İnstitutunda alıb. 2003-cü ildən Azərbaycan Fizika İnstitutunda Transformator Təmiri zavoduna rəhbərlik etməyə dəvət olunub. 2006-cı ildən isə Yüksək Gərginlikli Elektrik Avadanlıqlar ASC-nin sədri işləməyə başlayıb. 2007-ci ildən  AZENCO ASC-nin sədr müavini kimi Sumqayıt Texnologiyalar Parkı işna edilməsinə cavabdeh şəxs kimi fəaliyyət göstərib.

2013-cü ilin yanvar ayından Sumqayıt Texnologiyalar Parkı AZENCO-dan ayrılaraq, ayrıca müəssisə kimi fəaliyyət göstərməyə başlayıb. Sahib Musayev də Sumqayıt Texnologiyalar Parkının icraçı direktoru təyin olunub. 

Fizika elmləri doktoru Sahib Musayev 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkının tikilməsində gördüyü böyük işlərə görə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar Mühəndis fəxri adına layiq görülüb. O, yüksək təşkilatçı rəhbər və müasir texnologiyanı yaxşı bilən savadlı alimdir.

Sumqayıt Texnologiyalar Parkında olarkən sözün həqiqi mənasında böyük qürur hissi keçirdim ki, Azərbaycanda belə yüksək, Avropa standartlarına cavab verən müəssisə var. Çünki bu müəssisə xarici görkəmindən başlayaraq, hər bir zavoduna qədər çox yüksək səviyyədə görünürdü. Bu da Müstəqil Azərbaycanın böyük uğuru deməkdir.

İcraçı direktor Sahib Aslan oğlu elə ilk görünüşündə, onunla  apardığımız söhbətdə yüksək ixtisaslı mütəxəssis və əsl ziyalı kimi yaddaşımıza həkk olundu.

- Sahib müəllim, Sumqayıt Texnologiyalar Parkında hansı zavodlar fəaliyyət göstərir?

- Hazırda Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 479180 kvadratmetrdir. İstehsalat sahəsi isə 438992 kvadratmetrdir. Burada 17 zavod fəaliyyət göstərir. Bunlardan ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən Kabel zavodudur. Bu kabellər də məişət avadanlıqlarında işlədilən, kontakt sistemində, müxtəlif təyinatlı güc kabelləridir. İndi isə 220-500 kilovoltluq kabelləri də istehsal etməyi planlaşdırmışıq. Belə yüksək gərginliyə davam gətirən kabellər də keçmiş Sovetlər Birliyində, qonşu Türkiyədə, İrandabir sıra Avropa ölkələrində yoxdur.

 - Kabel zavodundan başqa burada hansı zavodlar var?

- İkinci ən böyük zavodumuz Polimer Məmulatlar zavodudur. Burada biz isti soyuq su boruları, kanalizasiya boruları, polimer boruları onların fitinqlərini istehsal edirik. Bizim bu zavodda əllidən çox, istehsal xətti fəaliyyət göstərir gündə 500 ton polimer məhsulları istehsal etmək gücünə malikdir. Biz bu zavodun məhsulları ilə nəinki Azərbaycanı, hətta yaxın regionları da təmin etmək gücünə malikik.

Elektrik Avadanlıqları zavodunun isə əsas məqsədi transformator stansiyalarında istifadə olunan yüksək gərginlikli elektrik qurğuları ilə bütün sistemi təmin etməkdir. Bizim Sumqayıt Texnologiyalar Parkında Günəş Kollektoru Qazanları istehsal edən zavod da var. Maşınqayırma zavodunda böyük metal konstruksiyalar istehsal olunur. Bakı şəhərindəki “Eurovision” kompleksinin bir hissəsi, onun yanındakı qurğular, Bayraq meydanındakı əsas işlər, mexanizmlər bu zavodda istehsal olunub. Bizim Texnoparkda Qaynar Sinkləmə zavodu da var. Bu zavod ildə 40 min ton metal konstruksiyanı sink təbəqə ilə örtmək gücünə malikdir. Sink metalların korroziyadan qorunmasında istifadə olunan ən yaxşı məhsulur. Sinklənmiş metallardan çox yüksək inkişaf etmiş ölkələr öz sənayesində geniş istifadə edirlər. Bizim Qaynar Sinkləmə zavodunun vannasında hal-hazırda 450 selsidə 700 ton ərimiş sink var. Biz həmin sinklə istənilən metal konstruksiyasını Avropa standartları səviyyəsində sinkləyə bilərik.

Yaxın vaxtlarda isə Alkapon Transformator istehsal edən zavodlarımız işə düşəcək. Fəaliyyət göstərən başqa zavodlarımız isə bunlardır - Alimünium Mis Elektrotexniki Çubuqlar zavodu. Burada elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis alimünium çubuqlar istehsal olunur. Elektrik Avadanlıqları zavodunda, müxtəlif ölçülü elektrik dolabları, alcaq, orta yüksək gərginlikli elektrik yuvaları istehsal edilir. Elektron Cihazları zavodu Qafqazda ilk elektron cihazları istehsal edən müəssisədir. Texniki Qazlar zavodu regionda bərabəri olmayan maye qaz halında oksigen, azot, arqon, maye quru buz halında karbon istehsal edir. Ağır Maşınqayırma zavodu, tikinti-quraşdırma, elektro-energetika, ağır maşınqayırma, maşınqayırma digər sahələrdə istifadə olunan metal konstruksiyalar, ağır tonnajlı, körpülü kranlar, gücü 100 MV-a qədər olan hidroturbinlər, külək generatorları onun müxtəlif hissələri s. məhsullar istehsal edir.  

Press zavodu müasir avadanlıqlarla, hidravlik presslərlə, ölkəmizin müxtəlif sahələri üçün zəruri olan, eləcə maşınqayırma sahəsində soyuq ştanplama prosesinə aid hər növ məhsulu yüksək keyfiyyətlə standartlara uyğun istehsal edir. Dəqiq Mexanika zavodu son texnologiyalar əsasında qeyri-standart avadanlıq mürəkkəb konstruksiyalı maşın-mexanizm elementləri istehsal məqsədi ilə yaradılmış yeni tipli bir müəssisədir. 

Sendvic Panellər zavodu fasad arakəsmə divarları, peneplas, profnastil, tor panellər metal torlar istehsal edən müəssisədir. Alimünium Miss Silindrlər Prorfillər İstehsalı zavodu XXI əsrin son texnologiyaları ilə işləyən bir müəssisədir. Alimünium Kompozit Panel zavodu regionda analoqu olmayan bir zavoddur. Dəmir Yolu Vaqonlarının istehsalı zavodu inanıram ki, Azərbaycan büdcəsinə böyük maliyyə gəlirləri gətirən bir müəssisə olacaq.

STP tərkibinə daxil olan hər bir zavod Avropanın son texnoloji avadanlıqları ilə təchiz olunub, həmçinin məhsulların xammalı da Avropanın aparıcı ölkələrindən idxal olunur. Hazırda zavodların inşaat-quraşdırma istehsalat işlərində 4.000-ə yaxın işçi çalışır. Planlaşdırılan zavodlar tikilib istifadəyə verildikdən sonra Sumqayıt Texnologiyalar Parkında 10.000-dən çox işçinin çalışması nəzərdə tutulur.

 - STP Azərbaycan sənayesində özünün bu çoxçeşidli zavodları ilə layiqli sözünü deyir. Sizin dediklərinizdən belə məlum olur ki, Azərbaycanın qeyri-neft sektorunda görülən işlərdə Sumqayıt Texnologiyalar Parkının gördüyü işlər çox böyükdür

- Bəli, elədir. Azərbaycanın hər yerində, harada ki, elektrik stansiyaları, yarımstansiyalar tikilir, yüksək gərginlikli xətlər çəkilir, bunların hamısında  STP-nin istehsal etdiyi məhsullardan,  məmulatlardan istifadə olunur. Bizim Ağır Maşınqayırma zavodunun istehsal etdiyi müxtəlif markalı maşınları siz artıq yollarımızda görürsünüz. Həmin maşınların üstünə STP markası yazılıb. Dəmir Yolları zavodu isə Rusiya, Ukrayna ilə danışıqlar aparır. Bu zavod həmin respublikalar üçün vaqonlar istehsal edəcək. Artıq Sumqayıt Texnologiyalar Parkının zavodlarında istehsal olunan mallar xarici bazarlarda satışa çıxarılıb. Gürcüstana kabellər veririk. Qazaxıstana borular verəcəyik. Əfqanıstana borular satmağı palanlaşdırmışıq. Hindistana yüksək gərginlikli kabellər satacağıq. Bp şirkəti ilə neft sektorunda çoxlu işləri görməyi razılaşdırmışıq. Deməyim odur ki, xarici dövlətlərlə satış məqsədi ilə işbirliyi qururuq.

- Bu zavodların qurulmasında avadanlıqları hansı xarici ölkələrdən gətirmisiniz?

- Əksəriyyətini Avropa ölkələrindən gətirmişik. Bəzi avadanlıqları da Yaponiyadan almışıq. O avadanlıqlar ki, Almaniyadan aldığımız avadanlıqlarla rəqabətə girir. Zavodlardakı mütəxəssislərimiz həmin avadanlıqlarda işləmək üçün İngiltərədə, Fransada, Almaniyada başqa qabaqcıl ölkələrdə kurslar keçiblər. Mütəxəssis kimi yetişiblər.

- May ayının 21-24 tarixlərində sizin STR-nin tarixində çox maraqlı hadisə başlayıb

- Elədir. “İnterkabelAssosiasiyası, kabelçilər kabel avadanlıqları istehsalçıları artıq may ayının 21-dən Azərbaycana gəliblər. Biz keçən ildən həmin Assosiasiyanın üzvü olmuşuq. Bu Assosiasiya yarandığı vaxtdan bu günə kimi 44  forum keçirib. Qırx beşinci forum da Azəbaycanda artıq dünəndən başlayıb. Çox maraqlı görüşlərimiz keçir. Bu görüşlər haqqında yəqin ki, may ayının 24-dən sonra ətraflı məlumat verəcəyik. Amma onu vurğulamaq istəyirəm ki, “İnterkabelAssosiasiyasının nümayəndələri, başda prezidentləri olmaq şərti ilə Azərbaycana bizim STP- gəlmişlər. Burada görülən böyük işlər onlarda maraq yaratdı. Sonra belə qərara gəldilər ki, 45-ci forumu Azərbaycanda keçirsinlər. Bu qərarı da həmin birliyin prezidenti özü verib. İndi biz bu möhtəşəm forumu keçiririk. İnanıram ki, Azərbaycanda keçirilən bu möhtəşəm forum təkcə kabel istehsalçıları üçün yox, ölkə iqtisadiyyatının, sənayesinin inkişafına böyük təsir göstərəcək. Azərbaycandakı çoxlu müəssisələr foruma 22 ölkədən gələn 150 nümayəndə ilə maraqlı işbirliyi quracaqlar. Bütün bunlar da ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində baş verir. Görülən bu böyük işlər də yalnız Azərbaycanın iqtisdiyyatının, sənayesinin, qeyri-neft sektorunun daha da yüksəlməsinə xidmət edir. Biz də bütün bu işlərdən böyük fərəh duyuruq.

Mən isə onu vurğulamaq istəyirəm ki, Sahib Musayevin may ayının 21-də Marriot otelinin 3-cü mərtəbəsindəki akt zalında “İnterkabel” Assosiyası nümayəndələrinin qarşısındakı çıxışı çox maraqla qarşılandı və bu çıxış xarici qonaqlarda xoş təassürat yaratdı.

 

 

Ağalar  İDRİSOĞLU

 

Azad Azərbaycan.- 2013.- 22 may.- S.3.