BSU-da çex dili və Mədəniyyət Mərkəzinin
kitabxanası açılıb
Bakı
Slavyan Universitetində (BSU) Çex Dili və Mədəniyyəti
Mərkəzinin kitabxanası açılıb.
BSU-dan
SalamNews-a bildiriblər ki, Çex Respublikasının Azərbaycandakı
səfirliyinin maliyyə dəstəyi ilə təmir və
texniki avadanlıqla təchiz olunmuş kitabxanada çex dili və
mədəniyyətini daha mükəmməl öyrənmək
üçün əlverişli şərait yaradılıb.
Kitabxanaya
Çex Respublikası parlamentinin senatoru Martin Tesarjik tərəfindən
45, BSU-nun sıx əməkdaşlıq etdiyi Çexiyanın
Ostrav Universitetinin fəlsəfə fakültəsindən isə
200 kitab hədiyyə edilib. Buraya bədii ədəbiyyat
nümunələri, Çexiyanın tarixi, iqtisadiyyatı,
coğrafiyası və çex dili üzrə nəşrlər,
lüğətlər və ensiklopediyalar daxildir.
Açılış
mərasimində BSU-nun rektoru, AMEA-nın müxbir
üzvü, professor Kamal Abdullayev deyib: “Tələbələrimizin
yüksək ixtisaslı kadrlar kimi yetişməsi
üçün çexiyalı dostlarımızla birgə əlimizdən
gələni etməyə hazırıq. Böyük hörmət
və məhəbbət hissi ilə həyata keçirdiyimiz
bu işdə bizə yaxından dəstək olduğuna
görə səfir R.Matulaya və ölkəmizin
Çexiyadakı səfiri Tahir Tağızadəyə dərin
minnətdarlığımı bildirirəm. Mən çox
sevinirəm ki, bizim Çexiya ilə əlaqələrimiz
daha da güclənir və inkişaf edir. İnanıram ki, bu
kitabxana sizin biliklərinizin dərinləşməsində əhəmiyyətli
rol oynayacaq.”
Səfir
Radek Matula Çex Dili və Mədəniyyəti Mərkəzinin
fəaliyyətə başlamasından qısa müddət
keçməsinə baxmayaraq çexşünas mütəxəssislərin
hazırlanmasında gördüyü böyük işlərdən
danışıb. O, yeni fəaliyyətə başlayan
kitabxananın tələbələrin biliklərinin
artmasına yardımçı olacağına
inandığını bildirib.
Hacı Tofiq
Azad Azərbaycan.- 2013.- 23 may.-S .7.