"Kimlər gəldi, kimlər getdi"   

 

Noyabrın 19-da 3 saylı Uşaq İncəsənət məktəbində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mirzə Babayevin 100 illik yubileyinə həsr olunmuş "Kimlər gəldi, kimlər getdi" adlı tədbir keçirildi. Tədbirdə Mirzə Babayev haqqında çəkilmiş film nümayiş olundu. Müğənninin ifasında lent yazısı səsləndi. Məktəbin nəzəriyyə müəllimi Salamova Təranə unudulmaz sənətkarın həyat və yaradıcılığından danışdı. Xanəndə və vokal ixtisasları üzrə təhsil alan şagirdlər ustadın repertuarından mahnılar ifa etdilər. Rəsm sinifinin şagirdləri isə bu mahnılara çəkilmiş rəsmlərini nümayiş etdirdilər. 28 saylı Uşaq musiqi məktəbinin müəllimi Novruz Rzayevin ifasında da səslənən mahnıları həmin məktəbin müəllimi Emin Rəhimov müşayət edirdi. Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Mehriban xanım Qurbanova, 30 saylı UMM-nin direktoru Eldar Bağırov, 28 saylı UMM-nin dırektoru Mehman Əzimov və Suraxanı rayonu MKS-in müdiri Quliyeva Laura iştirak ediblər.

 

Məmmədhəsən

Azad Azərbaycan.- 2013.- 26 noyabr.- S.7.