Azərbaycançılıq və milli
musiqi mədəniyyətimiz
simfonik və
proqram musiqisi
Dünya peşəkar musiqisinin güclü inkişafı XVI-XVII və XVIII əsrlərdə Avropada başlamışdır. Musiqinin opera, simfonik musiqi, kamera musiqisi kimi əsas janrları bu dövrlərdə təşəkkül tapır.
Sənətşünaslar musiqinin əsas janrlarından birinin simfonik musiqi olduğunu qeyd edirlər. “Qısa musiqi lüğəti”də musiqinin janrları haqqında məlumat verilmişdir. Simfonik musiqi janrı tam şəkildə XVII əsrdə formalaşmışdır. Simfonik musiqi instrumental musiqisinin daha mühüm və zəngin sahələrindəndir. O, həm çox hissəli kompozisiyaları, həm də kiçik formalı yüngül, populyar musiqini əhatə edir. Simfonik musiqi orkestrlə ifa olunmaq üçün nəzərdə tutulur. Müxtəlif musiqi alətlərinin uzlaşdırılmasına əsaslanan simfonik orkestr bəstəkara bədii qayəsini təcəssüm etdirmək üçün böyük imkanlar verir. Klassik simfonizmin Haydi, Mosart, Bethoven və Çaykovski tərəfindən qərarlaşdırılmış prinsipləri bədii cəhətdən yüksək sənət nümunələrində özünün geniş təcəssüsünü tapmışdır.
Daha son dövrlərdə klassik simfonizm janrına- simfoniyalara, üvertüralara, süitalara və s. opera, balet, dramatik əsərlərdən, kinofilmlərdən orkestr pyesləri kimi spesifik janrlar əlavə olunmağa başlamışdır.
Başlıca musiqi janrlarından biri kamera musiqisidir. Noktyurn, romans,
sonata, fuqa kimi musiqi formaları məhz kamera musiqisinə mənsubdurlar.
Kamera musiqisinin xarakterik cəhəti onun az ifaçılar
qrupu (iki nəfərdən-duet, səkkiz nəfərə qədər-oktet ) tərəfindən musiqi alətləri
və oxuma (vokal) vasitəsilə, yaxud hər ikisinin birgə
iştirakı ilə ifa olunmasındadır. Kamera musiqisi ilk
dövrlərdə ev şəraitində
ifa olunmaq üçün nəzərdə tutulmuş, elə
onun latın adı da (kamara-otaq, palata) buradan
götürülmüşdür. XIX əsrdən
etibarən kamera musiqiləri konsert salonlarında ifa
olunmağa başlayır.
XX əsrdə müasir musiqinin onun məzmununun mürəkkəb
olmamasında, melodiyasının
anlaşıqlığında, formasının sadəliyindədir. Yüngül musiqinin klassik
nümunələri hələ özünü XIX əsrdən
göstərməyə başlamalı (Ştraus,
ata və oğul, Lanker, Offenbax).
Yüngül musiqi janrına, adətən, caz musiqisini
daxil edirlər. Lakin onu tam mənada yüngül musiqi
adlandırmaq düzgün olmazdı. XX əsrdə
caz musiqisi müstəqil əhəmiyyət kəsb etməyə
başlamışdır. Onun
inkişafı daxilən ziddiyyətlidir. Bir
sıra burjua ölkələrində Afro-Avropa musiqisinin
mexaniki sintezi əsasında inkişaf etdirilmiş caz musiqisində
qeyri-simmetrik atonal, asketik-quru, səda və dissonaslar mütləqləşdirilir,
musiqi növünün spesifikasından kənara
çıxılır. Bununla bərabər
xarici caz musiqisində, həmçinin, müəyyən
sağlam meyillər də özünü göstərir.
Mütərəqqi musiqiçilər və
ifaçılar xalq musiqi ənənələrinə, həyati
mənbələrə, klassik musiqinin nailiyyətlərinə
və s. əsaslanaraq, caz sənətini yeni mərhələyə
qaldırmağa çalışırlar.
Proqram musiqidə də bədii obrazların söz vasitəsilə
konkretləşməsi həmin oxşar rolu oynayır. Əyani təsəvvürlərin
bədii zərurət və vaciblik təşkil etmədiyi
proqramsız musiqidən fərqli olaraq proqramlı musiqinin
müəyyən sərlövhəsi, izahedici mətni
vardır və belə əsərlər bəstəkar tərəfindən
əvvəlcədən qəsdən müəyyən edilən,
inkişaf etmiş təsviri metodlar sisteminə malik olur.
Musiqi əsərinin bu təsviri assosiasiyalardan kənar
qavranılması estetik cəhətdən mükəmməl
sayıla bilməz və belə qavrayış sənətkarın
ifadə etmək istədiyi qayəyə uyğun gəlməz.
Mövcud musiqi əsərinin proqramlılığı onun
konkret məzmununu izah edir, əsas obrazları, bu obrazların
qarşılıqlı münasibətlərini və s.
xarakterizə edir.
Proqramlı
musiqiyə P.İ.Çaykovskinin Aligyeri Dantenin “İlahi
komediya”sı motivləri əsasında
yazdığı “Françeska da Rimini” simfonik fantaziyasını,
Qara Qarayevin “Don Kixot” və “Leyli və Məcnun” simfonik
poemalarını misal göstərmək olar.
Sənətşünas alim Elmira Abasovanın fikrincə,
1941-1945-ci illərdə Azərbaycan musiqisi simfonizmin geniş
yoluna qədəm qoyur. Səciyyəvi cəhətdir ki, bu
dövrdə yaranmış 400 əsərin 25-dən
çoxu simfonik əsər idi. Bunların
xeyli hissəsi bilavasitə Böyük Vətən müharibəsi
hadisələri ilə əlaqədardır. Bəstəkarların
yeni nəslinin- Q.Qarayevin, C.Hacıyevin, S.Hacıbəyovun ilk
simfoniyaları, həmçinin, F.Əmirovun simfonik poeması
(həlak olmuş bəstəkar İ.İsrafilzadənin xatirəsinə
həsr edilmişdir), Niyazinin “Xatirə” və
“Döyüşdə” simfonik şəkilləri ictimaiyyətin
diqqətini xüsusilə cəlb etmişdir. Bu
əsərlərin hamısında müəlliflərin yeni təsir
vasitələri axtardıqları aydın görünür.
Gənc bəstəkarlar müasir musiqi dilinin nailiyyətlərinə
yiyələnməyə can atır, lakin xalq mahnı yaradıcılığı
ehtiyatlarından heç də həmişə yararlı
istifadə edə bilmirdilər. Lakin hər halda cəsarətli təcrübə
öz bəhrəsini verirdi. Gənc bəstəkarlar
yaxın illərdə milli simfonik musiqi sahəsində bədii
cəhətdən yüksək keyfiyyətli əsərlər
yaranmasının təməlini qoymuşlar.
Musiqi yazmağa erkən başlamış Azərbaycan bəstəkarları
1945-1952-ci illərdə öz
yaradıcılıqlarının yetkin çağına
daxil olurlar. Onlar fərdi bədii keyfiyyəti və yüksək
ustalıqla yazılması ilə fərqlənən əsərlər
yaradırlar. Bu dövrdə yazılan əsərlərin
bir çoxu sovet bəstəkarlarının ən
yaxşı əsərləri ilə bir sırada durur.
Simfonik musiqi və balet sahəsində qazanılan
müvəffəqiyyətlər xüsusilə qeyd olunmalıdır. Bu illərdə
Azərbaycanda simfonizmin təkcə, demək olar, bütün
ənənəvi janrları deyil, həm də xalq musiqisinin
milli formaları əsasında yaranmış yeni formaları
meydana çıxır.
Azərbaycan simfonik musiqisinin inkişafında Q.Qarayev
mühüm rol oynayır. Onun “Leyli və Məcnui” poeması
(Nizaminin eyniadlı poemasıiın mativləri əsasında
bəstələnmişdir), “Alban rapsodiyası”, “Yeddi közəl”
baletindən suita öz forması və
musiqi məzmunu etibarilə böyük novatorluq kücünə
malik əsərlərdir. Bəstəkarın bu
illərdə yaratdığı başqa əsərlər
kimi, həmin əsərlər də Azərbaycan bəstəkarlıq
məktəbinin yaradıcılığında yeni
cığırlar açır. Qarayev
müasir musiqi sənətinin nailiyyətlərindən,
sözün geniş mənasında, yaradıcılıqla
istifadə edərək musiqidə millilik məfhumunun dairəsini
genişləndirir.
Milli simfonizm sahəsində F.Əmirov görkəmli
yenilikçi kimi özünü göstərir. Bir neçə il ərzində
də o, çoxlu əsər yaratmışdır (Orkestrlə
skripka və fortepiano üçün çalınai ikiqat
konsert, simli orkestr üçün “Nizaminin xatirəsi”
simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik
muğamları və s.). Bu əsərlərin
hər biri bəstəkarın
yaradıcılığında müəyyən mərhələ
təşkil edir. Lakin xüsusilə
simfonik muğamlar Əmirovun parlaq nailiyyəti hesab edilməlidir.
Bəstəkar orkestrlə çalınan
musiqinin bu yeni və maraqlı janrının təşəbbüsçüsüdür.
Əmirov folklor materialının yalnız
melodik əsaslarından istifada edərək xalq
muğamlarını simfonik musiqinin klassik formaları səviyyəsinə
qaldırmışdır.
Azərbaycanın simfonik yaradıcılığında
C.Hacıyev də böyük rol oynayır. Bəstəkarın
diqqətini, hər şeydən əvvəl, müasir
mövzu cəlb edir. Həmin illərdə
Hacıyev ikinci və üçüncü simfoniya, habelə,
“Sülh uğrunda” poema yazmışdı.
S.Hacıbəyovun “Karvan” simfonik şəkli, Niyazinin
“Rast” muğamı, C.Cahangirovun “Arazın o tayında”
poeması, C.Cahangirovun və R.Hacıyevin orkestrlə skripka
üçün konsertləri Azərbaycan musiqisinii gözəl
nailiyyətləri olmuşdur.
Ə.Abbasovun (“Gələcək gün”, orkestr
üçün konserti, orkestrlə violençel
üçün “Ü.Hacıbəyovun xatirəsi”
poeması), S.Ələsgərovun (“Bayatı-Şiraz”
muğamı, “Kənclik simfoniyası”)
yaradıcılığında simfonik əsərlər
görkəmli yer tutmuşdur.
Bəstəkarlar balet sahəsində də qiymətli
işlər görmüşlər. S.Hacıbəyov
müasir mövzuda ilk Azərbaycan baleti olan “Gülşən”i
yaradır. O, bu baletdə sovet kolxozçularının
həyatını tərənnüm edir. Q.Qarayev
özünün ən yaxşı əsərlərindən
biri olan “Yeddi gözəl” baletini (Nizaminin eyniadlı əsəri
əsasında) yazır. Sovet
İttifaqının bir çox şəhərlərində,
habelə, Praqada tamaşaya qoyulmuş bu balet sovet
adamlarının və xarici ölkə dinləyicilərinin
böyük məhəbbətini qazanmışdır.
Bəstəkar Fikrət Əmirov “Simfonik musiqimizə bir
nəzər” məqaləsində milli simfonik musiqimizin
inkişafını, tərənnüm etdiyi milli ideyaları
təhlil etmişdir.
Azərbaycan simfonik musiqisinin şöhrəti, başqa cür desək, Azərbaycan
simfonizminin dünya səyahəti, şübhəsiz,
xalqımızın əldə etdiyi mədəni nailiyyətin
on mühüm nümunələrindən sayılır. Dünya
musiqisinin tarixi təsdiq edir ki, əsil mənada simfonik musiqisi
olan xalq, daha doğrusu, simfonizmin dərin sirlərinə yiyələnən
xalq böyük mədəniyyətə yiyələnmiş
hesab olunur.
Azərbaycan xalqı müasir simfonik musiqisi ilə
haqlı olaraq fəxr edir və gözəl sənət əsərləri
sayılan bu mədəniyyət xəzinəsinin yeni-yeni incilərlə
daha da zənginləşməsini dərin maraqla izləyir.
Azərbaycanda simfonik musiqi janrının yaranması və
onun inkişafı tarixinə müxtəsər də olsa nəzər
salarkən, ilk növbədə, musiqimizin banisi,
ustadımız ölməz Üzeyir hacıbəyov
yadımıza düşür. Məlumdur
ki, Azərbaycan professional musiqisi çox mürəkkəb
bir janrla - opera janrı ilə başlanır. Opera janrı
isə, bildiyimiz kimi,
sintetik janrdır, bir çox musiqi janrlarını
özündə birləşdirir. Üzeyir
Hacıbəyov “Leyli və Məcnun” operasını yazmaqla,
musiqimizə bir çox yeni janr,
o cümlədən, simfonik janr gətirmişdir. Bu isə musiqi mədəniyyətimizdə, necə
deyərlər, inqilaba bərabər hadisə idi. Əlbəttə, “Leyli və Məcnun” operasındakı simfonik epizodlar hələ müstəqil
simfonik musiqi sayıla bilməz. Lakin bu, Azərbaycan
simfonizminin ilk rüşeymi idi. Vaxtilə böyük
rus bəstəkarı Pyotr İliç Çaykovski
Qlinkanın “Kamarinskaya” əsəri haqqında demişdir:
“Bütün rus simfonik musiqisinin özəyi bu əsərdədir”.
Biz də bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycan
snmfonik musiqisinin
özəyi Üzeyir Hacıbəyovun ilk əsərlərindədir.
Mənim
zənnimcə, əsil mənada, simfonik musiqimiz “Arşın
mal alan” operettasından başlanır.
Burada Əsgərin oxuduğu “Arşın mal alan”
motivini yadınıza salın. Əgər bu
motivi bütün əsər boyu diqqətlə izləsəniz,
onun necə inkişaf etdiyini, neçə ahəngə
düşdüyünü aydın görərsiniz. Əsərin süjet xəttindən, dramaturji
inkişafdan asılı olaraq bu motiv gah lirik, gah romantik, gah
oynaq, gah da məhzun variantlarda səslənir. Bu isə simfonizmin əsas xüsusiyyətlərindən
biri olan musiqi dramaturgiyasını təşkil edir.
Üzeyir Hacıbəyovun Azərbaycan musiqisində
açdığı bu yolu Müslüm Maqomayev və
Zülfüqar Hacıbəyov davam etdirmişlər. “Şah İsmayıl”
operasındakı simfonik inkişaf epik simfonizmə çox
parlaq bir nümunə ola bilər. Zülfüqar Hacıbəyovun səhnə əsərlərində
simfonik musiqi romantik-əfsanəvi səciyyə
daşıyır.
Azərbaycan simfonik musiqisinii əsil inkişafı sovet
dövründə başlanmışdır. İyirminci illərdə
Üzeyir Hacıbəyovun yazdığı “Arazbarı”
rapsodiyası, marşlar, Müslüm Maqomayevin “Ceyranı”,
“Şüştər”, “Turacı” rəqsləri simfonik orkestr
üçün müstəqil şəkildə
yazılmış ilk nümunələrdir. Sovet
dövründə yetişmiş ilk professional bəstəkarımız
Asəf Zeynallı çox qısa, lakin mənalı və zəngin
yaradıcılığı ilə Azərbaycan simfonizmində
yeni səhifə açmışdır. Onun
simfonik fraqmentləri Azərbaycanda ilk proqramlı simfonik əsərlərdən
sayıla bilər.
Otuzuncu
illərin əvvəllərində sevimli bəstəkar və
dirijorumuz Niyazinin yazdığı “Zaqatala süitası” Azərbaycan
simfonizmində yeni mərhələni təşkil edir. Məlum
olduğu kimi, böyük ustadımız Üzeyir Hacıbəyovun
bu dövrdə xalq çalğı alətləri orkestri
üçün “Şur” və “Çahargah” muğamları əsasında
bəstələdiyi fantaziyası və trio üçün
məşhur “Aşıqsayağı” əsəri bilavasitə
simfonik orkestr üçün yazılması da, Azərbaycan
simfonizminin inkişafında mühüm rol
oynamışdır.
Sonet musiqisinin görkəmli xadimləri Azərbaycan bəstəkarlarının
simfonik yaradıcılığına yüksək qiymət
verdilər. Məsələn,
R.M.Qliyer yazırdı: “Azərbaycan bəstəkarları
geniş simfonizm yoluna çıxmış və “sovet bəstəkarlarının
profsssional musiqi sənəti ustaları ilə bir sırada
durmuşlar”.
Hələ
1964-cü ildə yazdığı yuxarıda adı çəkilən
məqaləsində Fikrət Əmirov deyirdi: “Həmin vaxtdan
20 il keçmişdir. Bu müddət ərzində
o qədər gözəl, o qədər müxtəlif
formalı əsərlər yaratmışdır ki, onların
hamısını sadalamaq çətindir. Bu dövr bir cəhətlə əlamətdardır
ki, Azərbaycanın öz simfonizm məktəbi
yaranmışdır. Bu məktəbin
yetişdirmələrinin əsərləri sovet musiqisi xəzinəsini
xeyli zənginləşdirmişdir. Misal
olaraq, balet sənətini götürək. Çox qısa tarixə malik Azərbaycan baletinin
beynəlxalq miqyasa çıxması, Azərbaycan bəstəkarlarının
baletlərinin dünyanın bir çox ölkələrində
tamaşaya qoyulması bunu aydın göstərir. Görkəmli bəstəkarımız Qara Qarayevin
“Yeddi gözəl”, Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletinin böyük müvəffəqiyyət qazanması
hamımızı sevindirir. Azərbaycan bəstəkarlarından
Cövdət Hacıyevin, Soltan Hacıbəyovun,Cahangir
Cahangirovun, Niyazinin, Səid Rüstəmovun, Tofiq Quliyevin,
Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Rauf
Hacıyevin, Elmira Nəzirovanın, Ramiz Mustafayevin, Vasif
Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Musa Mirzəyevin,
Həsən və Azər Rzayevlərin, Hacı Xanməmmədovun
və bir çox başqalarının əsərləri
respublikamızın hüdudlarını çoxdan
aşmış, ölkə və dünya miqyasına
çıxmışdır. Adlarını
çəkdiyim və çəkmədiyim qələm
yoldaşlarımın bu yaradıcılıq qələbəsi
bütün xalqımızı sevindirir.
Azərbaycan simfonizminin xüsusiyyətlərindən
biri də odur ki, o, dünya simfonik ədəbiyyatına yeni
janrlar gətirmişdir. Bu fikri deyərkən mən simfonik
muğamları iəzərdə tuturam. Niyazinin “Rast”,
Süleyman Ələsgərovun “Bayatı-Şiraz” simfonik
muğamları və başqaları buna yaxşı misal ola bilər. SSRİ Bəstəkarlar
İttifaqının birinci katibi, görkəmli sovet bəstəkarı
Tixon Xrennikov haqlı olaraq göstərir ki, Azərbaycan
simfonik muğamları “Şərq xalqlarını, onlara
yaxın olan musiqi təfəkkürü formaları vasitəsilə
simfonik musiqi mədəniyyətinə alışdırmaqda
böyük rol oynayır və daha böyük rol
oynamalıdır”.
Azərbaycan
simfonik musiqisinin gözəl, təqdirəlayiq xüsusiyyətlərindən
biri də odur ki, o, milli çərçivədə
qalmayaraq, başqa xalqların da musiqi folkloruna müraciət
edib əsərlər yaradır, bununla da, o, xalqlara olan
hörmət və rəğbətini bildirir, onların
professional musiqisinin inkişafına, şübhəsiz,
kömək edir.”
Göründüyü kimi, milli simfonik musiqi əsərlərində
milli ideyalar ümumbəşəri dəyərlərlə vəhdət
təşkil edir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azad Azərbaycan.-
2013.- 4 oktyabr.- S.5.