Azərbaycançılıq ideyasının inkişafında Mirzə Kazımbəyin rolu

 

Azərbaycançılıq və Mirzə Kazımbəy

 

Azərbaycançılığa dair yazılmış elmi-tədqiqat əsərlərindən bizə məlum olduğu kimi,  Azərbaycanın milli oyanışı və yeniləşməsi, onun milli ideya uğrunda mübarizə hərəkatı milli gerçəkliyimizin çox mühüm tərkib hissələrindən biridir. Qədim və orta əsrlər Azərbaycanında buna oxşar ideyalar vahid ərazi hissi, maddi-məişət şəraitinin ümumiliyi, xarici dövlətlərə qarşı əlbir mübarizə, dilqan qohumluğu, soykökü eyniliyi, mənəvi mədəniyyət sahəsində oxşar cəhətlər, iqtisadi-siyasicoğrafi birlik zəminində formalaşmış müəyyən xüsusiyyətlər idi.

Sonrakı illərdə belə ideyalar ayrı-ayrı hallarda ümumiran, ümumtürk, ümumislam ideyalarının tərkib hissələri kimi də çıxış etmişdir. Azərbaycanın ancaq özünə aid ola bilən və bugünkü elmi-nəzəri ədəbiyyatda özünə “azərbaycançılıq” kimi vətəndaşlıq hüququ qazanan saf Azərbaycan milli ideyasına çevrilənədək, o, uzun bir tarixi inkişaf yolu keçmişdir. Bu tarixi prosesdə müxtəlif Azərbaycan soykökləri vahid azərbaycanlı milləti kimi formalaşmağaözünün milli ideyasını yaratmağa başlamışdır. Milli ideyalar öz-özünə yaranmır. Xalqın içərisindən çıxmış qabaqcıl fikir dühaları belə ideyaları yaratmağın vaxtı çatdığını zəruri hesab edərək, onu formalaşdırır, sonra isə onun ümumxalq malına çevrilməsinə  nail  olurlar. Bu baxımdan, görkəmli Azərbaycan maarifçisi Mirzə Kazımbəyin də azərbaycançılıq ideyasının inkişafında öz xidmətləri vardır. Azərbaycan maarifçiliyinin və azərbaycançılıq ideyasının inkişafında Mirzə Kazımbəyin fəaliyyətinin və əsərlərinin ciddi təsiri olmuşdur.

Görkəmli tədqiqatçı Heydər Hüseynov göstərir ki, “Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq, məhz Mirzə Kazımbəy “Azərbaycan dili” istilahını elmi cəhətdən əsaslandırmış və tətbiq etmişdir. Həm də o, “azerbidjanskiy” yazırdı.”

Mirzə Kazımbəy azərbaycançılığın tərkib hissəsi olan folkolordan bəhs edərkən göstərir ki, xalq yaradıcılığının - əfsanə, rəvayət və əsatirlərin kökləri müxtəlif xalqlarda ümumi cəhətlərə malikdir, lakin bir xalqın, mənəvi dünyası onu başqa xalqın mənəvi aləmindən fərqləndirən xüsusiyyətlərə malikdir. M.Kazımbəy əsatirlərin meydana gəlməsi məsələsini düzgün izah edərək, göstərirdi ki, əsatir real obyektiv aləmin təhrif olunmasıdır: “İnsanın anlayışlar dairəsindən çıxan hadisələr haqqındakı mühakimələr onda gizlənən biliyə həvəs sayəsində zəif anlayışları təmin etmək üçün onu bütün mümkün imkanlara əl atmağa məcbur edir, burada müxtəlif ehtimallar vardır; insanın kobud məişətdəki ehtimalından isə aldanışa, mövhumata gedib çıxılmalıdır və bu xurafat onda, möhkəmlənərək, etiqad sahəsinə birbaşa yol açır”.

Fəlsəfə elmləri doktoru Rəfail Əhmədov “Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi əsərində yazır ki,  azərbaycançılığı təmsil edənlərdən biri  qırx beş il QazanPeterburq universitetlərində dərs demiş, türk dillərinin rusca ilk elmi qrammatikasını yazmış, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Fransa, Almaniya, Danimarka, ABŞ akademiyalarına və elmi cəmiyyətlərinə üzv seçilmiş, “Türk-tatar dilinin qrammatikası” əsəri ilə “Demidov mükafatı”na  layiq görülmüş Dərbəndli Mirzə Kazım bəydir (1802- 1870). Mirzə Kazım bəy Qədim Şərq mədəniyyəti ilə tam bağlı olduğundan, o, bu mədəniyyətin Rusiya və Qərbdə yayılmasında əvəzsiz xidmətlər göstərmişdir. Doğrudur, Mirzə   Kazımbəy də  A.A.Bakıxanov, İ.Qutqaşınlı, Mirzə Cəfər Topçubaşovb. kimi geosiyasi strategiyada hakim rus doktrinasına xidmət etmişbununla da Rusiyanın Şərq, o cümlədən də, Azərbaycan    siyasətinə kömək etmişdir. Lakin bütün bunlarla yanaşı, Mirzə Kazımbəy də digər məsləkdaşları kimi Rusiya şərqşünaslığının yaradılmasında misilsiz  xidmətlər göstərmiş, milli mədəniyyətin formalaşması missiyasını da öz üzərinə götürmüşdür. Məhz Mirzə Kazımbəy və digər məsləkdaşlarının səyi nəticəsində RusiyaAvropada Şərq və o cümlədən də, Azərbaycan filologiyasına ardıcıl və sistemli maraq göstərilmiş və bununla da, Qərb və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr yaranmış, Qərb mədəniyyətini Azərbaycanda yaymaqla yanaşı, Azərbaycan mədəniyyəti haqqında Qərbdə və Rusiyada müəyyən təsəvvürlər yaradılmışdır. Onlar Azərbaycanda müasir tipli milli elmi fikrin təşəkkülü ilə yanaşı, Şərqin öz mədəni-tarixi keçmiş, fəlsəfəsilə bağlı da Qərbdə və Rusiyada xüsusi maraq yaratmışdır.”

Mirzə Kazımbəy azərbaycançılıq ideyasının və milli ideologiyamızın süqutunu olan milli dil problemini tədqiq edən, onu təcrübədə gerçəkləşdirən maarifçilərimizdən biridir. Azərbaycançılıq üzrə görkəmli tədqiqatçı Sona xanım Vəliyeva düzgün olaraq dili azərbaycançılığın ən vacib ünsürü hesab edir. “Hər şey dildən başlayır. Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında ötürücü əlaqə, yaddaş vasitəsi, xalqın tam və həqiqi tarixi adlandırmaq olar. Kitabın, məktəbin olmadığı əyyamlardan üzü bəri və bu gün də insanların keçmişi, bu günü, gələcəyi arasında körpü salaraq, onları maarifləndirməkdə, milli özünüdərk hisslərini formalaşdırmaqda və onu sonrakı nəsillərə ötürməkdə milli dil ən mühüm vasitə hesab olunur. Dil xalqın mahiyyəti deməkdir. Əgər o, yox olarsa, xalq da yer üzündən silinər. Xalqın əlindən alınan hər şeyi yenidən ona qaytarmaq mümkündür, yalnız onun dili əlindən alındıqda, həmişəlik məhvə məhkum edilir. Odur ki, dilə təkcə ünsiyyət vasitəsi kimi yox, milli fikrin, təfəkkürün, dünyabaxışın, dünyagörüşün, milli davranışın fundamental nizamı və qaydası kimi yanaşmaq lazımdır.

Dil həmişə konkret bədii, fəlsəfi, elmis. mətnlərdə yaranır, cilalanır və milli mentalitetin ən müxtəlif ünsürlərini tarixin yaddaşına hopdurur.

... Çoxəsrlik tariximizdə xalqımızı yaşadan, onu ruhən qoruyanmüasir dövrə gətirib çatdıran ən əsas amillərdən biri onun ədəbiyyatı - söz sənəti və dil  mədəniyyəti olmuşdur.”

AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev milli ideyanın xalq kütlələri tərəfindən mənimsənilməsində elmin, mədəniyyətin mühüm oynadığını qeyd edir: “...Nə etnik  şüur, nə də milli yaddaş öz kökünü, cövhərini kənar mənbədən almır. Kütləvi milli ideyaya elm, mədəniyyət fəlsəfə hazırlayır.

Professor Vilayət Quliyev “Mirzə Kazımbəy” əsərində qeyd edir ki, bu maarifçi ziyalımız Rusiyanın türk-tatar əhalisinin öz tarixi keçmişinə - mədəniyyətinə, fəlsəfəsinə, dini-mifoloji dunyagörüşünə və s. nəzər salmağı və həmin ənənələri yaşatmağı vacib saymışdır.

Görkəmli Azərbaycan dilçi alimlərindən Ağamusa Axundov, “Ümumi dilçilik” əsərində yazır ki, XIX-XX əsrlər Azərbaycan dilçiliyinin inkişafının ikinci dövrüdürbu, M.Kazımbəydən başlayır. Onun fikrincə, 1839-cu ildə M.Kazımbəyin Kazanda nəşr edilmişTürk-tatar dilinin ümumi qrammatikası” əsəri “yalnız Azərbaycan dilçiliyində deyil, bütün türkologiyada böyükyeni bir hadisə idi. Həmin əsərdə Azərbaycan dili ilk dəfə Avropa qrammatikaları dəbində təqdim edilmişdi.”

Məlum olduğu kimi,  türk dilinin Xəzər-Oğuz (Azərbaycan) qolu artıq birinci oninilliyin ilk əsrlərində tam təşəkkül tapmışdır. “Kitabi-Dədə Qorqud” boylarının bu dövrdə meydana çıxması, türk dilinin Xəzər-Oğuz (Azərbaycan) variantının həmin dövrdə ədəbi dil kimi mövcudluğunu ortaya qoyur. O ki qaldı, türk dilinin “Azərbaycan ləhcəsi” ideyasına. artıq bu ifadə XI əsrdə Xətib Təbrizi tərəfindən işlədilmişdir. Çar Rusiyası Şimali Azərbaycanı işğal edənə qədər və hətta sonralar da xalq doğma dilini türk dili olmasına qətiyyən şübhə etməmişdir. Ancaq çar Rusiyasının təxribatçı işlərindən sonra bu məsələdə, eləcə də, milli mənşə məsələsində dolaşıqlar  baş qaldırmışdır. Bu baxımdan, M.Kazımbəyin “Azərbaycan ləhcəsi” ideyasını öz bildiyi kimi yozan çar Rusiyası dövründə, xüsusilə, XIX əsrin ikinci yarısında “Azərbaycan dili” ilə bağlı, rus dilində bir çox kitablar işıq  üzü  görmüşdür.  Bu kitablarda  Azərbaycan  türkcəsi tatar dili, türk-tatar dili, Azərbaycan-tatar dili, Azərbaycan-tatar-türk dili, tatar-türk dilinin Qafqaz ləhcəsi, tatar-türk dilinin Azərbaycan ləhcəsi və s. kimi qələmə almışdır.

Tədqiqatçı Faiq Ələkbərovun fikrincə, Mirzə Kazımbəy, birinci növbədə, Rusiyanın əsarəti altında yaşayan türk-tatarların, o cümlədən, Azərbaycan türklərinin şivəsini tədqiq etmiş, sonuncuların dilini başqa türk dillərindən fərqləndirməyə çalışmış və onu konkret olaraq vahid bir millətə - Azərbaycan türklərinə aid etmişdir. Mirzə Kazımbəy “tarixi-coğrafi Azərbaycan”da yaşayan millətin türk dilini “Azərbaycan ləhcəsi” adlandırmaqla, şübhəsiz, eyni soykökə, dilə, mədəniyyətə bağlı bir millətin bütövlüyündən çıxış etmişdir. Ancaq onun türk dilinin “Azərbaycan ləhcəsi” ideyası həm o vaxt, həm də indiki bəzi alimlər tərəfindən başqa yerə yozulmuşdur.

 1839-cu ildə yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsərində Mirzə Kazımbəy türk dilində danışan xalqların ləhcələri arasında müqayisə aparmış, onlar arasında fərqli və oxşar cəhətlər olduğunu göstərmişdir. Xüsusilə, bu məqaləsində Kazımbəy türk dilində danışan Azərbaycan xalqının ləhcəsini şərh etmişdir. Bir sözlə, Kazımbəy Azərbaycan türklərinin dilinin türk dilinə aid olduğunu, ancaq bəzi cəhətlərinə görə başqa türk ləhcələrindən fərqləndiyini sübut etməyə çalışmışdır: “Azərbaycan-tatar dili Rusiyanın Zaqafqaziya ərazilərində işlədilən türk ləhcəsidir. Bu dil ölkənin (Azərbaycan) öz adı ilə adlanır. Təbriz (Tavriz) şəhəri bu ölkənin paytaxtı hesab olunurdu.” Həmin dövrdə Rusiya alimi, akademik B.Dorn M.Kazımbəyin bu əsərinə yazdığı resenziyasında deyir ki, bu vaxta qədər heç kimə məlum olmayan, ilk dəfə Mirzə Kazım bəy tərəfindən aydınlaşdırılan “Azerbidjan ləhcəsi” çox böyük əhəmiyyətə malikdir. Onun fikrinə görə, “Azerbidjan ləhcəsi” Qafqaz məktəbləri üçünolduqca vacibdir (110, 138).

Maraqlıdır ki, Dorn bu ləhcəni Rusiya üçün çoxdan duyulan tələbat kimi qiymətləndirmiş və bunun bir şərqli tərəfindən kəşf etdiyini, xüsusilə, qeyd etmişdir. Bu, bir daha təsdiq edir ki, Rusiya Qafqaz müsəlmanlarının türk dilinintürk millətinin adının saxtalaşdırılmasında son dərəcə maraqlı olmuşdur.

Beləliklə, Azərbaycan maarifçiləri, o cümlədən, Mirzə Kazımbəy azərbaycançılığı milli-mənəvi dəyərlərimizlə bağlı fenomen hesab edirlər.

Ulu Öndər Heydər Əliyev göstərirdi ki, “Kim ki, bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq haqqı yoxdur. Hər hansı bir dövlətin, ümumiyyətlə, müasir cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biri bugünkü nəsli milli hisslərlə, vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.  Bu məsələlərdən danışan Ulu Öndərin fikrincə, “Bizim məğlubiyyətimizin və düşdüyümüz ağır vəziyyətin əsas səbəblərindən biri Azərbaycanda son illər gedən ictimai-siyasi proseslər nəticəsində gənclərimizdə ümumi milli məfhumlara biganəlik və başqa mənfi keyfiyyətlərin meydana çıxması, bəzən  geniş sirayət etməsi ilə əlaqədardır”.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Azad Azərbaycan.- 2013.- 10 sentyabr.- S.5.