Kitab
olmasaydı elmlərin inkişafı olmazdı
Elçin Əfəndiyev:"Qobustan
qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə
yadigar qoyduğu kitablardır"
"Azərbaycanda
III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının
açılışı son dərəcə fərəhli
bir hadisədir. Bu yalnız kitabın deyil, bütövlükdə
Azərbaycan mədəniyyətin, ictimai fikrinin, elminin, incəsənətinin
bayramıdır”. Bunu jurnalistlərə
açıqlamasında baş nazirin müavini Elçin Əfəndiyev
deyib. O bildirib ki, hər bir elmin, incəsənətin, maarifin,
mədəniyyətin, ictimai fikrin də əsasında kitab
dayanır. Nazir qeyd edib ki, kitab bəşəriyyətin,
insanlığın ən böyük kəşflərindən
biridir və əgər kitab olmasaydı, elmlərin də
inkişafı olmazdı.
E. Əfəndiyev qeyd edib ki, əslində kitab hər zaman insanla birlikdə olub: “Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz, ibtidai insanın bizə yadigar
qoyduğu kitablardır. Hər zaman kitab bu
və ya digər formada insanla birgə olub. Heydər Əliyev vaxtilə
nəşriyyatlar haqqında
fərman imzalayıb və bununla da bütün nəşriyyatlardan lisenziyalar
götürülüb. Ondan sonra bütün nəşriyyatlar öz fəaliyyətlərini qurublar.
Hazırda prezident İlham
Əliyevin sərəncamı
ilə minlərlə
kitab çap olunur və kitabxanalara paylanılır.
Hesab edirəm ki, kitaba bu hörmət xalqa hörmətin təzahürüdür”.
Məmmədhəsən
Azad Azərbaycan.- 2013.- 24 sentyabr.- S.7.