Azərbaycançılıq və Qərbin demokratik ideya cərəyanları

 

Azərbaycanda liberal ənənələrin, modernizmin yaradıcısı görkəmli filosof, maarifçi və dramaturq Mirzə Fətəli Axundov sayılır

 

Son illər Azərbaycan alimlərindən Məcid Əfəndiyevin “Siyasi və hüquqi təlimlər tarixi”, Yusif Rüstəmovun “Fəlsəfənin əsasları”, Hikmət Hacızadənin tərtib etdiyi “Demokratiya: gediləsi uzun bir yol. Demokratiya və antidemokratiya antologiyası”, A.Rzayevin “Azərbaycanda siyasi və hüquqi təlimlər tarixi”, Dilarə Müslümzadənin “Vətəndaş cəmiyyəti nəzəriyyəsi: etik təlimlər tarixindən”, D.İsmayılovun “Azərbaycanda ideologiyalar: konservatizm, sosial-demokratiya, liberalizm”. Liberalizmin görkəmli nümayəndələrinin də fəlsəfi və siyasi görüşləri, bu ideologiyanın müasir şərhləri öz əksini tapmışdır.

“Amerikan ensiklopediyası”nda (1976) göstərilir ki, “Liberalizm müasir dünyanın ən önəmli siyasi doktrinasıdır. Demokratiya və millətçilik hər ikisi liberal düşüncənin məhsuludur. Sosializm və kommunizm, geniş mənada, liberalizmə qarşı olsa da, liberal düşüncələrdən yaranmış doktrinalardır. XIX əsr liberal millətçilik dövrüdür. Lakin millətçilik XX əsrdə liberal xətdən uzaqlaşaraq, faşizmi doğurmuşdur. Liberalizm tarixində despotizmə qarşı öz həyatlarını fəda etmiş insanların əfsanəvi mübarizəsi əsas yer tutur. Avropa tarixində liberalizm qaranlıq dünyaya qarşı modern dövrün “mübarizə”ni əks etdirir”.

Liberalizm üzrə tanınmış Türkiyə tədqiqatçısı K.Berzeg göstərir ki, liberalizm nəzəri təməlləri, iqtisadi və siyasi dəyərləri özündə əks etdirən bir ideologiyadır. Qərbdəki demokratik inkişaf liberal ideologiyanın nəticəsidir. Liberalizm fərdiyyətçi və azadlıqsevərdir, insanın maddi və mənəvi ikişafına çalışan bir sistemdir. Eyni zamanda, plüralizmin olmadığı yerdə liberalizm yoxdur.

Liberalizmə fəlsəfi-ideoloji və siyasi aspektlərdən baxmaq lazımdır: tarixi fəlsəfi təlim kimi, ideologiya kimi, yəni sosial qüvvələri silahlandırmaq üçün əsaslandırılmış proqram kimi, habelə, liberal partiyaları və qrupları özündə birbləşdirən kütləvi təşkilati hərəkat kimi Rusiya tədqiqatçısı A.İ.MeduşevskiYeni və ən yeni dövrdə demokratiya və piratçılıq” əsərində göstərir ki, əgər klassik liberalizmin tarixinə dair əsərlərin məzmununu ümumiləşdirsək, belə nəticəyə gəlmək olar ki, liberalizm bütöv sosial hərəkat kimi çıxış edir və aşağıdakı xarakterik üstünlükləri vardır: iqtisadiyyatda - sənaye kapitalizmiiqtisadi azadlıq; sosial münasibətlərdə - orta sinfin maraqlarının üstün tutulması; siyasətdə - parlamentli demokratiya; əxlaq sahəsində -fərdiyyətçilik; milli məsəbdə - millətçilik (milli dövlətçiliyin prioritet tululması mənasında). “Məhz bu baxımdan liberalizmin tərifi nəzəri-lüğət cəhətdən deyil, hər şeydən əvvəl, tarixi aspektdən verilir. Çünki söhbət erkən burjua inqilabları dövründən başlayaraq müasir dövrədək davam edən spesifik tarixi hərəkatdan gedir. Bu mənada, müasir liberalizm sosial manevrlər vasitəsilə ictimai sabitliyin qorunub saxlanmasına, bazar təsərrüfatının dövlət tərəfindən tənzimlənməsinə yönəldilmiş islahatçı ideya-siyasi cərəyan kimi səciyyələnir.

Cəmiyyətin idarə edilməsinin liberal üsulu hər bir fərdin siyasiiqtisadi hüquqlarının tanınması üzərində qurulan sosial münasibətlərin müəyyən prinsiplərinə əsaslanır. Bu hüquqlar aşağıdakılardır: özünə hökumət seçmək və onu dəyişmək; siyasi partiyalara üzv olmaq; öz rəyini, zövq və baxışlarını yazılı və şifahi şəkildə bildirmək hüququ; işlə təmin olunmaqondan çıxmaq hüququ; azad ticarət hüququ; azad sahibkarlıqla məşğul olmaq, yəni pul qazanmaqonu xərcləmək hüququs. Lakin bütün bu hüquqlar müəyyən hədd daxilində, qanunların fəaliyyəti ilə məhdudlaşdırılan çərçivə daxilində olmalı, normal sivilizasiyalı insanların təbii tələbatlarının təkmilləşməsi kimi başa düşülməlidir.

Moskvada nəşr olunmuşİnsan hüquqları” (1999) kitabında göstərilir ki, müasir liberallar azadlığın izahını maarifçilik irsi əsasında verirlər. Əgər antik azadlıq dövlət hakimiyyətində iştirak etmək kimi başa düşülürsə, müasir azadlıq (erkən burjua) dövlət hakimiyyətindən azad olmaq kimi anlaşılır. Müasir liberalizmin proqram sənədində azadlıq prinsipinə insan və cəmiyyətə baxışların açarı kimi baxılır. Bu sənəddə göstərilir ki, “azadlıq” yalnız milli müstəqillik kimi başa düşülmür, bu söz təkcə azad sahibkarlıq, bərabərlik mənasında başa düşülməməlidir. Azadlıq - insanın fərdi muxtariyyəti, seçmək hüququ deməkdir, daha yaxşı həyat səviyyəsini təmin edən, yetkin, effektli cəmiyyət üçün inkişaf yolunun seçilməsi deməkdir. Böyük Fransa inqilabının gedişində yaranmış yeni ictimai-siyasi doktrina xalqın geniş təbəqələrinin antifeodal əhval-ruhiyyəsini Azərbaycan tədqiqatçısı D.İsmayılovun liberalizm ideologiyası barədə ümumiləşdirmələri maraq doğurur. Müəllif bununla əlaqədar öz düşüncələrini belə əks etdirir: “Liberal-demokratiya ideyalarının məşhurlaşdırılması və onun Qərb dünyasında geniş yayılmasını şərtləndirən hadisələrin saf-çürük edilməsinə ehtiyac olduğunu nəzərə alaraq, həmin fenomenin səbəblərini təhlil edək. Birincisi, Qərbin siyasi partiyalarının əksəriyyəti öz proqramlarına liberal ideologiyada ilk dəfə işlənib hazırlanmış müddəaları daxil edirlər. Bu müddəalar aşağıdakılardır: iqtisadi sahədə bazar münasibətlərinin əsası kimi azad rəqabət, sosial-siyasi sahədə - hüquqi dövlət, özünüidarəetmə, şəxsiyyətin azadlığı, söz, mətbuat azadlığı, siyasi seçki hüququ, azlıqda qalan xalqların dilinə, etiqadına və adət-ənənələrinə hörmət etmək və s.

İkincisi, liberalizmin yaşamaq qabiliyyətinin artması onun iqtisadi siyasətinin dinamikasında əks olunur. Bu, iqtisadi dirçəliş dövründə azad sahibkarlığı yeni keynsçilik ilə əvəz etməyə, böhran dövründə isə monetarizm, “tetçerizm”, “reyqanizmkimi modernləşdirilmiş formalarda “qarışmamaq” prinsipinə qayıdılmasına imkan verir.

Üçüncüsü, inkişaf etmiş kapitalist ölkələrində (ABŞ, Almaniya, Böyük Britaniyab.) hakimiyyətə yeni mühafizəkar qüvvələrin gəlməsi klassik liberalizm müddəalarının əksəriyyətinin yeni mühafizəkar ideyalarda öz əksini tapmış şərhi ilə müşayiət olunur.

Dördüncüsü, zəhmətkeşlərin yeni mühafizəkar metodlara qarşı çıx-ması realist düşünən hakim dairələrin tez dəyişə bilən ideya-siyasi alternativlərin işlənib hazırlanması zəruriliyini dərk etməsinə gətirib çıxarır. İdeoloqların əksər hissəsi bunun əsasını liberal layihələrdə, müddəalarda görür.

 Beşincisi, liberalizmin ideya-nəzəri müddəalarının aktuallaşması onun 70-80-ci  illərdəki siyasi böhranı ilə bağlıdır. Məhz bu böhran göstərdi ki, liberallar praktikada öz humanist konsepsiyası və şüarlarını tam həyata keçirə bilmədilər. Bu da həmin ideologiyaya yenidən baxılmasını zəruri etmişdir. Yenidən bərpa edilmiş liberalizm indi ideya cəhətdən özünü sosializmə əks-qüvvə kimi göstərir. Z.Bzejinski 1970-ci ildə Nyu-Yorkda çapdan çıxmış “İki əsr arasında. Texnotron erada amerikan qaydaları” kitabında göstərir ki, “İki ictimai sistem arasındakı mübarizənin nəticəsi iki əsas dünyagörüşünün - liberalizmkommunizmin taleyindən çox asılıdır”.

Altıncısı, liberalizm ideyalarının sosial-demokrat ideologiyasına daxil olması, “leyborist liberalizminin əmələ gəlməsi tələb edir ki, sosial-demokratlarliberallar qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi zərurətini dərk etsinlər.

Yeddincisi, liberalizmin bir çox müddəaları (dövlət və bazarın sintezi, fərdlərin bazar imkanları, hüquqi dövlət ideyası) artıq sosializm sistemindən qopub-ayrılmış Macarıstan, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan və keçmiş Sovet İttifaqının müstəqillik əldə etmiş respublikalarında, o cümlədən, Azərbaycanda tətbiq edilərək istifadə olunur.

Bəşəriyyətin tərəqqisi və liberal dəyərlər bir-birindən ayrılmazdır. Tarix sübut etmişdir ki, iqtisadi çiçəklənmə, sosial ədalət və şəxsiyyətin azadlığı liberal məzmun aldıqda daha həyati olur. Daxildə sabitliyə nail olmağa cəhd göstərən liberallar xarici siyasətdə liberal-demokratiya dəyərləri üzərində qurulan dünya nizamının yaradılmasına tərəfdar çıxır. Liberalların baxışlarına görə bu cür dünya nizamı sülhə təminat olur. Onların qənaətincə, iki liberal cəmiyyət bir-birilə heç vaxt vuruşmaq məqsədini güdmür.

Liberalların fikrincə, müasir şəraitdə başqa ölkələrdə (o cümlədən, totalitar diktatdan azad olmuş) demokratiyanın yaranması daha çox dərəcədə demokratik idarəetmə fomalarının qarşılıqlı təsiri yolu ilə həyata keçirilməlidir. Bu mənada, bir ölkədəki demokratiyanın başqa ölkəyə “diffuziya” etməsi şəraitin “diffuziya” etməsinə çevrilir. Bu isə suverenlik, insan hüquqlarının qorunması, plüralizm, cəmiyyətin bütün üzvlərinin mənafelərinin harmoniyası, hökumət seçkilərinin dövriliyi, müstəmləkə sisteminin dağılmasının müdafiə edilməsi, tərksilah və b. kimi hüquqi normalarsiyasi ideyalara uyğun demokratikləşmədir.

 

 

Ömərov Vahid

 

Azad Azərbaycan.- 2013.- 23 yanvar.- S.5.