Azərbaycançılıq ədəbi estetik təlim kimi
Azərbaycançılıq milli dövlətçilik təfəkkürü ilə sıx bağlı olan milli ideologiya və milli ideya olmaqla yanaşı, həm də cəmiyyətində öz layiqli yerini tutan ədəbi estetik təlimdir. Bu sahədə mükəmməl tədqiqat əsəri olan “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” əsərində azərbaycançılığın elmi-nəzəri tədqiqinə öz töhfəsini vermiş Sona xanım Vəliyeva, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərovun təbirincə desək, azərbaycançılığı “ilk dəfədir ki, aydın (və mükəmməl) bir metodologiya ilə müəyyənləşdirmiş, hər bir məsələnin özünəməxsus səciyyəsini vermişdir: “Azərbaycançılıq ideologiyasının müasir ictimai, o cümlədən də, ədəbi-estetik təfəkkürdəki mövqeyi barədə ətraflı bəhs edən müəllif tamamilə doğru olaraq göstərir ki, müasir dövrdə Azərbaycançılıq ideologiyası” artıq müasir elmin nailiyyətlərinə əsaslanaraq, özünün elmi-nəzəri əsaslarını da təşkil edir”.
Ulu Öndər Heydər Əliyev azərbaycançılığa ədəbi-etnik təlim kimi də yanaşırdı. Müdrik şəxsiyyət “Kitabi Dədə Qorqud”, M.Füzuli və “Manas” haqqında fərmanları və fikirləri ilə ədəbiyyat vasitəsilə türk birliyini yaratmağın yolunu göstərdi...
Azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsi kimi Heydər Əliyevin ədəbiyyat konsepsiyasının əsasında tarixilik və müasirliyin vəhdəti dayanır. Azərbaycan yazıçılarının VII qurultayındakı (12 iyun 1981) “Ədəbiyyatın yüksək borcu və amalı” adlı tarixi nitqində deyirdi: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də, tarixi mövzuda əsər yaratmağa girişməzdən əvvəl, ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır”. Qüdrətli şəxsiyyət təkcə ədəbiyyatı, mədəniyyəti izah və şərh etmir, ədəbiyyata, mədəniyyətə təsir edir, onu yeni ideyalara, milli və dövlətçilik taleyi ilə bağlı istiqamətə yönəldirdi. Onun ədəbiyyat konsepsiyasında istedada böyük önəm, ədəbiyyatın əbədiyyətinə qüdrətli inam var. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günləri münasibətilə söylədiyi nitqdə ədəbi irsi hər şeydən uca tutaraq deyirdi: “Tarixin bir-birinə qovuşduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairləri təravətdən düşməyən misraları ilə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək, nəsillərə bəxş etmişlər”.
Nizaməddin Şəmsizadənin qeyd etdiyi kimi, bu konseptual fikir də bədii-milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyrələndirilir. Çünki Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli istiqlal nəzəriyyəsi professor Qoşqar Əliyevin düzgün olaraq yazdığı kimi, Heydər Əliyevin fəlsəfəsində azərbaycançılıq ideologiyasının başlıca qayəsindən söhbət açmazdan öncə göstərmək istərdik ki, azərbaycanlılar, onların şüuru, xarakteri də özlərinə məxsus tarixi inkişaf mərhələləri keçmişdir. Tarixilik baxımından yanaşsaq, deməliyik ki, azərbaycançılıq ideologiyasının ən mühüm ideyalarını “Kitabi-Dədə Qorqud” eposunda, xalqımızın milli-mifoloji təsəvvürlərində izləmək mümkündür. Təbii ki, biz azərbaycanlıların dərin etnomədəni, tarixi-siyasi kökləri barədə ətraflı söhbət açmaq niyyətində deyilik, məqsədimiz Heydər Əliyevin ictimai-siyasi görüşlərində azərbaycançılıq ideologiyasının önəmli yer tutmasından bəhs etməkdir. Lakin ən qısa şəkildə qeyd etmək istərdik ki, Azərbaycan etnosunun formalaşmasında hun-qıpçaq türklərinin psixologiya və mentalitetinin yayılması ( I mərhələ) oğuz türklərinin sosiomədəni dəyərlərin yayılması (II mərhələ) aparıcı rol oynamışdır, Azərbaycanda yaşayan qeyri-türk mənşəli xalqlar yalnız Azərbaycan türkcəsi deyil, həmçinin, Azərbaycan türklərinin tarixi birləşdiricilik ideyası əsasında ünsiyyətə girərək, müəyyən tarixi zaman kəsiyində Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini yaratmışlar. Müəllifin fikrincə, milli bütövlüyün təcəssümü olan azərbaycançılıq məhz Ulu Öndər Heydər Əliyevin ikinci qayıdışından sonra həm milli ideologiya, həm də ədəbi-etnik təlim kimi formalaşmağa başlaması, müstəqilliyimizin möhkəmlənməsində səfərbəredici fenomenə çevrilmişdir.
Professor Əlikram Tağıyev də azərbaycançılıq milli ideyasının ədəbi-estetik təlim kimi tarixi kökləri və mənbələri haqqında aşağıdakıları göstərir:
Azərbaycan
milli ideyası və qədim tarixi köklərə malikdir. Qədim
Manna, Midiya, Atropaten, Albaniya, Şirvanşahlar, Atabəylər,
Səfəvilər, Xanlıqlar dövrü Azərbaycanın
öz dövlətçiliyi olmuşdur. Hülakülər,
cəlairlər, qaraqoyunlular, ağqoyunlular, əfşarlar və
b. türk tayfaları İranda və Azərbaycanda məskunlaşıb
azərbaycanlılaşmış və qurduqları dövlətlərdə
də başlıca vəzifələr azərbaycanlıların
əlində olmuşdur. Bu tarixi zəmində azərbaycanlılar
bir xalq kimi təşəkkül tapmış və tədricən
millət haqqında formalaşmağa
başlamışdır. Bu prosesdə sosial-iqtisadi əlaqələr,
ümumi dil, din və digər mədəniyyət
ünsürləri zəminində formalaşan ümumi cəhətlər,
ərazi birliyi və s. amillər mühüm rol
oynamışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərindən
etibarən azərbaycanlılar millət kimi formalaşmağa
başlayır. Bakının iqtisadi həyatı, Azərbaycanda
yerli iri burjaziyanın və onunla birlikdə milli burjua
ziyalılarının meydana çıxmasına səbəb
olur ki, onlar da, öz növbəsində, xalqa milli mənlik
şüurunu aşılamağa səy göstərirlər.
Onun nümayəndələri A.A.Bakıxanov, H.B.Zərdabi və
M.F.Axundov idilər. Milli ideyalar, xüsusilə,
türkçülük özünün ilkin mənasında
maarifçilik xarakteri daşımış və
inkişafının sonrakı mərhələsində isə
siyasiləşmişdir. Azərbaycan milli ideologiyasının
elmi-nəzəri, ideya-siyasi mənbəyini Azərbaycan
ideyası, Azərbaycan maarifçilərinin xalqa
aşılamağa çalışdıqları milli-mənəvi
dəyərlər və sərvətlər sisteminin məcmusu
təşkil edirdi.
Görkəmli
tədqiqatçı Sona xanım Vəliyeva çox
düzgün olaraq azərbaycançılıq
ideologiyasının rəsmi tarixin son iki əsrlə
bağlı olduğunu göstərir: “Ümumi qəbul
olunmuş qənaət belədir ki, bu ideologiyanın tarixi zəmini
daha dərindədir, ideya qaynaqları isə təqribən
min, min beş yüz il qədimlərə gedib
çıxır. Xalqımız dünyaya Zərdüştü
və “Avesta” kitabını, “Kitabi-Dədə Qorqud”u və
qorqudçuluq məfkurəsini, “Koroğlu”nu və Çənlibel
sosiologiyasını bəxş etmişdir ki, bunlar da bir tərəfdən
ümumazərbaycançılıq məfkurəsinin, məxsusi
birgə dəyərlərin, ümumi düşüncə və
ictimai davranış tərzinin formalaşması və adət-ənənə
sisteminin bərqərar olmasına təkan vermiş, digər
tərəfdən isə Şərqin oxşar mənəvi
dünyasının əsaslarının qurulmasında həyati
rol oynamışdır.
Azərbaycanda
Zərdüştə qədərki dövrdə də
böyük mədəniyyət, fəlsəfə, həyat
dünyagörüşü, əxlaq örnəkləri
mövcud olmuşdur. Lakin Azərbaycana dair tarixi mənbə
“və materiallar müxtəlif vaxtlarda, xüsusilə də, ərəb
istilası dövründə dağıdılmış,
ölkəmizin tarixinə aid çox qiymətli qədim
yazılı bilgi və məlumatlar sıradan
çıxarılmışdı. “Avesta” kitabı bu gün
bizdən ötrü ona görə ən qiymətli tarixi-mədəni
abidədir ki, Azərbaycanın bütün dünyada, Şərq
aləmində cahanşümul bir ölkə kimi mənəviyyatın,
mədəniyyətin təməl daşlarını
qoymuş bir məmləkət olduğunu yazılı təsdiqləmiş
ilk sənət nümunəsidir.
“Kitabi Dədə
Qorqud”u Azərbaycan xalqının ana kitabı
adlandırırlar. Burada xalqımızın ümummilli ruhu
ifadə olunmuşdur. Azərbaycan ruhu, azərbaycanlıları
digər millət və etnoslardan fərqləndirən ən
mühüm amillərin məcmusunu özündə ehtiva
edir. Bu torpaq tarix boyunca çox hücumlara, basqınlara,
imperiya hökmlərinə məruz qalmışdır, azərbaycançılıq
ruhu isə daim yaşamış və xalqımızın
yadellilərin hücumlarına müqavimət qüvvəsini
əks etdirmişdir.
S.Vəliyeva
azərbaycançılığın ədəbi-etnik təlimi
kimi müxtəlif ideoloji təsirlərə məruz qalmada
özünə məxsusluğunu qoruyub
saxladığını diqqətə çatdırır: “O
Azərbaycançılıq ruhu vahid ümumşərqi
klassik ədəbiyyatı kontekstində də
yaşarlılığını qoruyub saxlamış, qədim
və orta əsrlərə xas yabançı ideologiyalar zəminində
bu və digər şəkildə özünü göstərmiş,
dahi sənətkarlarımız tərəfindən təbliğ
və tərənnüm edilmişdir”.
AMEA-nın
müxbir üzvü Nizami Cəfərov azərbaycançılıq
ədəbi-etnik təliminin Ulu Öndər Heydər Əliyev
metodologiyası haqqında yazır: “Heydər Əliyev
dühası tarixi müasirləşdirir, tarixdən, o
cümlədən, azərbaycançılıq ideyaları
tarixindən istifadənin özünəməxsus
metodologiyasını hazırlayır... Və
göründüyü kimi, azərbaycançılığın
milli ideologiyaya çevrilməsi - bizim bir millət olaraq
mövcudluğumuzun ideoloji əsaslarını təşkil
etməsi olduqca mürəkkəb, çoxşaxəli,
çoxmərhələli bir prosesdir. Həmin prosesi öyrənmək,
onun qaynar, ehtiraslı gedişini elmin (Azərbaycanşünaslığın)
soyuq mühakimələri ilə təhlil etmək, artıq
dövrümüzün mədəni-intellekutal tələbidir”.
Müasir
qloballaşma dövründə Ulu Öndərin azərbaycançılıq
ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev uğurla inkişaf etdirir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Azad Azərbaycan.-
2014.- 20 aprel.- S.5.