Azərbaycan sevgisi ilə
döyünən ürək
Sankt-Peterburq şimalın "paytaxtı" adlanırsa, Murmansk şəhəri onun gözəlidir. Bu şimal şəhərinə bu dəfəki gəlişimin əsas məqsədi görkəmli müğənnimiz Müslüm Maqamayevin anası Ayşət xanımı görmək, ondan "Respublika" qəzetinin əməkdaşı kimi müsahibə almaq idi.Onda işə təzə düzəlmişdim və yazını "ötürməyə"yer vardı.Bunu çoxdankı dostluğumuz xatirinə Ayşət xahım da bildi.İndi nə o var, nə də ki, Müslüm.Amma, həmin müsahibə, onun mənə bağışladığı və heç yerdə çap olunmayan foto-şəkilləri də şəxsi arxivimdədir. Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda çox hörmətli və məhşur bir ailədə dünyaya göz açıb. Görkəmli musiqiçi, dirijor Müslim Maqomayevin nəvəsidir, adını nəvəsində yaşatmaq ümidi ilə o yeni dünyaya göz açmış körpəni Müslüm adlandırdı. Beləliklə onlar həm baba-nəvə, həm də adaş oldular. Lakin Müslim 5-yaşında olarkən babası vəfat etdi, Müslim isə onu heç unutmadı, daim musiqilərinə qulaq asırdı.Bilirdi ki, babasının sənətini davam etdirməlidir. İllər ötdü, Müslüm babasının adını layiqincə, həm də çox dəyərlə yaşatdı. Onu bir daha ölməzliyə ucaltdı. Məşhur dirijorun nəvəsi öz bənzərsiz, bariton səsi ilə istər yaşlı, istər gənc nəslin diqqətini çəkirdi.
Atası Məhəmməd Maqomayev 1916-cı ildə Bakıda doğulmuşdur.Onun musiqi savadı olmamasına baxmayaraq royalda çox gözəl ifalar edib, hətta gözəl rəqs etməyi bacarırmış. O gözəl kinorəssam olub.
Anası Ayşət Əhməd qızı Kinjalova (qızlıq familiyası) 1921-ci il 19 noyabrda Maykopda doğulmuşdur, orda boya-başa çatmışdır. Atası türk, anası adıgey qızı olub. Lakin Məhəmməd Maqomayevlə bir-birlərini sevdiklərinə görə O, sevgisi üçün, sevdiyi üçün öz doğma diyarından ayrılıb Bakıya gəldi və Bakıda ailə qurdular. Ayşət xanımın musiqi qabilliyəti, aktrisalıq istedadı olub. O Nalçikdə teatr təhsili almışdır. Bakıya gəldikdən az müddət sonra Məhəmməd onlardan ayrılıb müharibəyə getməli oldu. Ayşət xanım müharibənin bütün ağrı-acısına dözərək yoldaşının yolunu gözlədi.Lakin sərt müharibə onun bütün arzularını qəlbində qoydu, müharibəyə yolda düşdü. Böyük Vətən müharibəsində böyük serjant kimi vuruşub, 24 aprel 1945-ci ildə həlak olub.Lakin ölüm xəbərini alandan sonra yenidən Bakını tərk edib Maykopa qayıtdı. Daha sonra Murmansk şəhərinə köçüb sənətini teatrda davam etdirdi, orda yenidən ailə qurub iki övladı oldu. Atasının ölüm xəbərini balaca Müslümdən uzun müddət gizlədiblər, sonralar böyüyüb həyatı anlayandan sonra hər şeyi öyrənib, atasıyla fəxr edib.
Bayırda şimal küləyi at oynadırdı. Amma soyuq mənə kar etmirdi, sevinirdim,
uçmağa qanadım yox idi. Böyük
qərənfil dəstəsini elə qapının
ağzında ona təqdim etdim. Həmvətənlərimiz
Ayşət xanımın Samoylov küçəsində yerləşən
geniş mənzilində dəfələrlə onunla
görüşmüş, hər dəfə ona tər
gül-çiçək dəstələri
bağışlamışlar.Əməlli-başlı
kövrəldi. Sonra xatirələri vətəqlədik.O
dedi:
- Mən
Müslümün atası Məhəmmədlə 1941-ci ildə Moskvada tanış olmuşam.
Onda mən Teatr
Universitetində oxuyurdum... Hətta Stalin adına təqaüd
alırdım . Müharibə başlanan
kimi ali məktəbi qurtarar-qurtarmaz
paytaxtada Azərbaycan incəsənəti ongünlüyü
açıldı. Həmin günlərdə
Bakıdan Opera Teatrının artistləri də gəlmişdi.
Bəstəkar Müslüm Maqamayevin arvadı və
oğlu Məhəmməd də onların arasında idi.
Biz Məhəmmədlə onda tanış
olduq. Başladıq dostluq etməyə və bizim sevgi
romanımızın özülü qoyuldu...
Tezliklə bizim tələbə
stdiyasını bütövlükdə Maykov şəhərinə
göndərdilər. Məhəmməd də arxamca bura gəldi. Toyumuz oldu və biz evləndik. Sevincimiz
uzun sürmədi. Müharibə
başlanan kimi ərimi döyüşə
çağırdılar. Maykopdan onu qanlı-qadalı günlərə
yola saldım.
Mən teatrda
yaradıcılıq işimi davam etdirirdim. Adamlara sevinc bəxş
etdirmək lazım idi. Bir neçə
aydan sonra Bakı mədəniyyət şöbəsi tərəfindən
çağırış vərəqəsi aldım və
Bakıya yola düşdüm. Vağzalda
məni Məhəmməd qarşıladı. Əlbəttə, bu mənim üçün
böyük xoşbəxtlik idi. Məhəmməd
həyatıma tez gəlib, tez də getdi. Heyf o günlərə... Heyf... Heyf... Məhəmmədlə
birgə həyatımız uzun sürmədi. O, yenidən müharibəyə
getdi. 1942-ci il avqustun 17 də oğlan
övladım dünyaya göz açdı. Ona müsəlman
adət-ənənəsi ilə babasının-ərimin
atasının adını qoyduq:Müslüm.
Tale qisməti imiş Məhəmmədin övladını
görməsi... Qucağında
atdı, tutdu, oynatdı-oynatdı... Elə bil onun bizimlə
vida görüşüydü...
Maykopu azad etdikdən
sonra Müslqm qucağımda qayıtdım Maykopa. Başladıq akkordionla qospitallarda, klublarda,
açıq havada konsertlər verməyə.
Qələbədən sonra
aldığım məktubda bildirildi ki, Məhəmməd
1945-ci il aprelin 24-də
Kyustrino şəhərində həlak olmuşdur.
İndi onun qəbri həmin yerdə - Polşa
Xalq Respubilkasında qardaşlıq qəbiristanlığındadır.
Müslüm Polşada qastrol səfərində
olarkən həmin yerləri ziyarət etmişdir.
Yadınızdadırmı, "Buhenvaldskiy nabat"
mahnısı? Onun üçün adi mahnı
deyildi. Bu onun ürək odu, ürək
yanğısı, atasını müharibədə
itirmiş bir övladın harayıdır.
- Ayşət xanım, azərbaycanlı
oxucularımız üçün maraqlıdır: bəs,Sizin uşaqlığınız harda, necə
keçmişdir?
- Mənim
bütün həyatım Bakı ilə, Azərbaycanla
bağlıdır, onun yaxşı adamları ilə... Səhnədə bütün həyatım boyu
Kinjalova familyası ilə çıxış etmişəm.
Anam milliyyətcə adıgey, atam isə
türk idi. Əhməd Gəncəlioğlu
Konstantinopolda anadan olmuşdur.
1905-ci ildə Rusiyaya gəlmişdir.
Birdəfəlik qalmış, anamı
tanımış, sovet vətəndaşlığını
almış, sonralar şüşə zavodunda işləmişdir.
1930-cu illərdə türklərə vətənlərinə
qayıtmaq icazə verildi, amma atam Əhməd burada qaldı.
Beləcə də mənim qızlıq familiyam Kinjalova
qaldı...
Müharibədən bir az sonra türkləri Qafqazdan sürgün etdilər.
Atamı da Sibirə, Tomsk şəhərindən
200 kilometr aralı yerləşən Belıj Yar adlı yerə
yollanmışdılar. Yanına getdim,
gördüm, onu sakitləşdirdim. Bu,
bizim son görüşümüz oldu. Sonra
öyrəndim ki, atam həyatla vidalaşmışdır.
Ayşət xanım qəhərli-qəhərli
danışırdı: "Müslümü atasız
böyütmək çətin idi, amma,
çalışırdım. Həmçinin
Bakıdakı qohumlarımız bizə köməklik
göstərirdilər. Musiqi dərsini o
Valentina Şulıkinadan götürdü. O bildirdi ki,
uşaqdakı bu istedad Allah
vergisidir. Müslümdə nə isə
qeyri-adi bir şey var.
Bütün qohum-əqrabamız
istəyirdilər ki, o, bəstəkar olsun. Qaldı ki,
onun müğənni olacağı, heç kimin
ağlına da gəlmirdi...
Tezliklə bəstəkar Müslümün arvadı, mənim
qaynanam Bəydügül xanım yanımıza gəldi. O, oğlu Məhəmmədsiz
günləri haqda danışdı. Söylədi ki, əgər
nəvəsi yanında olarsa, oğulsuz günlərini bir az unudar. Razılıq verdim.
Müslümün
Bakı həyatı hadisələrlə zəngin oldu.
Xəstəlik, incikliklər, çapıqlar... 50-ci illərin
əvvəllərində tarzan kinofilmi
çox populyar idi. Müslüm və Polad
Bülbüloğlu o filmin təsiri ilə ağacdan-ağaca
çıxır, hoppanır Tarzan sayağı
oynayırdılar. Uşaqlıqdan dost idilər. Mənzilləri elə bir həyətdə, bir
binada idi. Bir dəfə həyətdə Poladla oynayarkən
mənim Müslümüm ağacdan yıxılır, qolunu
sındırır... Sonra hamısı qaydaya düşdü.
- Sonralar "böyük"
Müslümün şöhrəti el-el dolandı,
titulları çoxaldı.
- Bəli, bakılı M.Maqamayev
1963-cü ildə
Azərbaycan Opera və Balet Teatrının solisti oldu. 1968-ci ildə elə
bakıdaca Azərbaycan Dövlət Konservatoriyasını
bitirdi: Ş.Məmmədovanın sinifini 1973-cü ildə
SSRİ-nin xalq artisti
fəxri adına layiq görüldü. Şöhrəti bütün aləmə səs
saldı. 1964-65-ci illərdə Milanın
"La Skala" teatrında təcrübə keçdi.
Onun opera səhnəsində ifa etdiyi Fiqaro
("Sevilya bərbəri", Ç.Rossini) partiyası ona
daha geniş şöhrət qazandırdı.
Repertuarında həmçinin "Koroğlu"
(Ü.Hacıbəyov), " Şah
İsmayıl" (M.Maqamayev), "Toska"
(A.Tuççini), "Aleko" (S. Ramaninov) və s. operalardan ariyalar
daxil oldu. O, Sopot (1969, 1-ci mükafat) və (1969, Qızıl val")
keçirilən keçirilən müsabiqələrinin
laueratıdır. Estrada mahnılarının
müəllifi kimi də tanınmışdır. 1975-ci ildə təşkil etdiyi Azərbaycan Dövlət
Estrada - Sinfonik Orkestrinin bədii rəhbəri olmuşdur.
Keçmiş SSRİ-nin bir çox şəhərində və xarici ölkələrdə
(Fransa, BXR, PXR, ADR, Fillandiya, Kanada, İran və s.) qastrolda
olmuş, 1971-ci ildə haqqında "Oxuyur Müslüm
Maqamayev" adlı film-konsert çəkilmişdir,
haqqında kitablar çap
olunmuşdur və s.
- Ayişət Əhmədovna, oğlunuz
oğlunuz Müslümün Bakıda böyüdüyü
zamanlarda Sizin şəxsi həyatınızda hansısa əlamətdar
hadisə baş verdi?
- Mən ikinci dəfə ailə
qurdum, -Leontiy Kafka ilə... O da aktyor idi. teatrda
birgə çalışırdıq. uşaqlarımız
oldu: Tanya musiqi müəlliməsi, Yura isə şəhərin
"Artiqa" restoranında müğənnidir. Hər ikisi orta məktəbdə Kinjalov
familiyası ilə oxuyublar. İkinci ərimlə
(xahiş edirəm məni qınamayasınız) qeydiyyata
düşmədiyimizdən pasport alarkən uşaqların familiyası Maqamayev
oldu.
- Bəs, Murmansk Dram Teatrına, necə
oldu bu şəhərə gəldiniz?
- Mənim həyatımda az teatr olmayıb. Vışni
Voloçek, Tver, Ust-Kamenoqorsk, Ulan-Ude və Çimkənd
teatrlarında ... Sonralar Murmansk şəhərinə dəvət
etdilər. Burada yeddi il işləmişəm.
Söhbət yenidən
Müslümün üzərinə qayıdır..
- 19 yaşında ailə həyatı
qurmuşdu,- deyə ana söhbətinə
davam edir. - Musiqi məktəbində bir yerdə oxuduqları
Ofeliya adlı qızı aldı. Onlar həyat
yollarında birgə addım ata bilmədilər,
ayrıldılar, vəssalam. Bir uşaqları qaldı - Marina...
- Ayişət Əhmədovna, bəs,
Müslümün Tamara Sinyaviskaya ilə
tanışlığı necə olub.
- Onlar əvvəllər də tanış idilər. 1972-ci ildə
Azərbaycanın Paytaxtı Bakı şəhərində
rus incəsənəti günləri keçirilirdi. Tamara da orada iştirak edirmiş. Heydər
Əliyev (O, həmin vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləmişdir)
xəbər alır:
- Müslüm
Maqamayev hardadır?
Ona cavab verirlər:
- Tamara da yoxdur, Müslüm də...
- Onda hər şey öz
qaydasındadır, - deyə Heydər Əliyev cavab verir.
Müslümün toy
şənliyi Moskvada keçmişdir. Sonra
Heydər Əliyev özünün bağ evində bu şənliyi
qeyd etmişdir. Müslümün
şöhrətlənməsində onun zəhmətini həmişə
yad edirəm. Azərbaycanlılar, Bakı
haqqında xatırlayanda Heydər Əliyeviçlə
görüşmək arzusu ilə yaşayıram.
Əgər
böyük Allah imkan versə... O, azərbaycanlıların
yolunda yaşıl işıq yandıran adamdır. Ən "xırda" incəsənət
adamını tanıması, "yaşatması", köməklik
göstərməsini ruslardan eşitmişəm. Övladları Sevil də, İlham da belədirlər,
sadədirlər, çətində istedadlı adamlara
arxadılar. Mən bunları elə-belə demirəm; bu həqiqətdir.
Ata da övladları da əsl müsəlman və
azərbaycanlılardırlar ki, belə hərəkət
edirdilər.
Mən və oğlum Müslüm azərbaycanlıyıq
və belə də dünyanı tərk edəcəyik. Bunu
dəfələrlə elan etmişik və edirik: biz bir
azərbaycanlı kimi bu torpağa, bu xalqa, onun səmimi
adamlarına həmişə borçluyuq!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan-
Anamın anasısan, Azərbaycan!!!
Bəli, əgər
bu qadın olmasaydı, məşhur mahnı da yaranmazdı.
O, özü də doğulmazdı. Analar yer
üzünün Allahıdırlar. Nə qədər ki
sağdırlar, sevin anaları, ey insanlar, qoruyun göz bəbəyi
kimi...
Müslümdən
hər dəfə soruşanda ki, əslin, kökün,
özün haralısan fəxrlə deyib: Azərbaycanlıyam!
Çünki o əslinə, kökünə
dayanaraq deyib bu sözü. Onlar əslən
Azərbaycanın gözəl guşələrində biri
olan Qax rayonunun İlisu kəndindən olublar. Məhz elə
buna görə də o özünü daima azərbaycanlı
hiss edib, Bakıda doğulub, boya-başa çatıb və
uşaq hafizəsindən bunlar heç vaxt silinməyib. Onun Azərbaycana verdiyi dəyər sonsuz idi. Azərbaycan
sevgisi ilə döyünən bir ürək 2008-ci il oktyabrın 25-də ürək xəstəliyindən
bu dünyaya vida etdi. 2008-ci il 28-oktyabrda
Moskvada Çaykovski adına konsert zalında, 29-oktyabrda isə
Azərbaycan Dövlət Filarmoniyasında onu sevənlər
Müslim Maqomayevlə adına layiqli bir şəkildə
vidalaşdılar. Onun tabutunu həmişə fəxrlə,
böyük ürəklə oxuduğu "Azərbaycan"
mahnısı ilə qaldırdılar. Onu
Bakıda Fəxri Xiyabanda öz babasının yanında dəfn
etdilər, bu onun vəsiyyəti idi. Onunla
vidalaşmağa minlərlə insan gəlmişdi.
Anası ö mrünün sonuna kimi qəhrəman şəhər
Murmanskda yaşadı. 2003-cü ildə dünyasını dəyişib.
Qeyd etmək lazımdır ki, Müslüm Maqomayevin
taleyi Murmansk ilə bağlı olmuşdur. Maqomayev
Murmansk şəhərində yaşamasa da, bu şəhərin
sakinləri onu özlərinə həmyerli hesab edirlər.
Böyük müğənninin anası Ayşət
Maqomayeva isə Kola paytaxtında yaşamış və
işləmişdir. Keçən əsrin qırxıncı
illərində əksər ailələr kimi Maqomayevlər
ailəsinin tarixçəsi də sadə və
acınacaqlı olmuşdur.
Ayşət müharibə ərəfəsində
Bakıda teatr rəssamı Maqomet Maqomayevə ərə
getmişdir. 1942-ci ildə Müslüm anadan olmuş, onun
atası isə cəbhəyə getmiş və 45-ci ildə
Qələbədən bir neçə gün əvvəl
döyüşdə həlak olmuşdur.
Dövlət Teatr Sənəti İnstitutunun Stalin təqaüdçüsü
olmuş Ayşət Əhməd qızı əyalət
aktrisasının köçəri həyatının
bütün çətinlikləri ilə üzləşmişdir.
1971-ci ildə onu Murmansk Vilayət Dram Teatrına işə
dəvət etmişdilər. Bundan əvvəl
Vışni Voloçek, Tver, Ust-Kamenoqorsk, Ulan-Ude və
Çimkənd teatrlarında çalışmış
Ayşət Maqomayeva 2003-cü ilə qədər Murmansk
teatrının aktrisası olmuşdur. Burada
o, yeni ailə qurmuşdur. Müslüm
Maqomayevin qohumları indiyə qədər Murmanskda
yaşayır.
Murmansk Vilayət İctimai
Palatasının üzvü və Ümumrusiya Azərbaycan
Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin sədri
Afil Hüseynov əslən şərurludur.O
danışır ki, dünya şöhrətli Azərbaycan
müğənnisi Müslüm Maqomayevin anadan
olmasının 70 illiyi 2012-ci il
Avqustun 17-də qeyd edildi. Tədbirə
müxtəlif milli diasporların nümayəndələri,
müğənninin istedadının pərəstişkarları
və jurnalistlər dəvət edilmişdi.Afil müəllim tədbiri
açaraq, məşhur həmvətənimizin həyat və
yaradıcılığından danışıb. Bildirilib
ki, böyük müğənni 1942-ci il
avqustun 17-də Bakıda, çox tanınmış və
adlı-sanlı bir ailədə dünyaya göz
açıb: "Onu babasının, tanınmış Azərbaycan
bəstəkarı Müslüm Maqomayevin şərəfinə
Müslüm adlandırırlar. Hazırda Azərbaycan
Dövlət Filarmoniyası onun babasının adını
daşıyır. Baba Müslümlə
onun xanımı Baydıgülün iki oğlu vardı.
Müslümün atası - Maqomed Maqomayev
çox istedadlı insan idi. Baş serjant
M.Maqomayev müharibənin başa çatmasına 9 gün
qalmış Berlin yaxınlığındakı Küstrin
şəhərində həlak olmuşdur. Atasının həlak olması xəbərini uzun
müddət oğlundan gizli saxlayırlar və yalnız 10
yaşında həqiqəti ona söyləyirlər.
Bəstəkar babasının yolunu davam etdirən
Müslüm əvvəlcə royalda çalmağı
öyrənir.
O, artıq 3 yaşından melodiyalar seçir, beş
yaşından isə ilk musiqisini bəstələyir və
ömrü boyu onu yaddan çıxarmır. Sonralar
Müslüm Maqomayev şair Anatoli Qoroxov ilə birlikdə həmin
melodiya əsasında "Bülbül saatı”
mahnısını yaradır.
1949-cu ildə Müslümü Bakı Konservatoriyası
nəzdində onillik musiqi məktəbinə verirlər. Müslümün
9 yaşı tamam olanda anası Ayşət Əhmədova onu
özü ilə bərabər Vışniy Voloçek şəhərinə
aparır. O, burada teatrda işləyir. Müslüm
musiqi məktəbində təhsil alır. Lakin musiqi təhsilini
davam etdirməsi üçün anasının qərarı
ilə bir il sonra Bakıya qayıdır. Geniş amplualı dram aktrisası olan Ayşət
Əhmədova uzun illər Murmansk Dram Teatrında işləyib.
Müslümün taleyi Murmanskla bağlı olmuşdur. 1996-cı ildə
Müslüm Murmanska səfər edir, filarmoniyada cəmi bir
konsert verir, Samoylova küçəsində yaşayan
anası Ayşət Əhmədovaya baş çəkir.
Müslüm
Maqomayev Bakı Filarmoniyasında Tamara Sinyavskaya ilə tanış olur. Ola bilsin, bu,
taleyin bir işarəsi idi. Filarmoniya
Maqomayevlərin ailəvi məskəni idi. Burada əcdadların ruhu yaşayırdı.
Sinyavskayanın hələ İtaliyaya səfərindən əvvəl
Maqomayev Böyük Teatra ayaq açır, onun iştirakı
ilə gedən bütün tamaşaları dinləyir, ona
çox gözəl və böyük gül dəstələri
bağışlayır.... Sonra isə
onların hissləri ayrılıqla sınağa çəkilir.
Tamara Sinyavskaya staj keçmək
üçün yarım illiyə İtaliyaya yola
düşür. Müslüm hər
gün ona zəng vurur. ”Melodiya”
mahnısı həmin dövrdə yaranır. Maqomayev A.Paxmutova və N.Dobronravovun təqdim etdikləri
mahnını dərhal bəyənir və artıq bir
neçə gündən sonra yazdırır. Mahnıya uzaq İtaliyada telefonla qulaq asan Tamara
İlyiniçna onu dinləyən ilk insanlardan biri olur.
Murmansk vilayət bölməsinin idarə heyətinin
üzvləri çıxışında Müslüm
Maqomayevi ümummilli lider Heydər Əliyevlə bağlayan səmimi
və mehriban münasibətlərdən söz açaraq
demişdir ki, ulu öndər onun
yaradıcılığını daim dəstəkləyib.
Müslüm Maqomayev Vətəni ilə fəxr edir, onu
sevir və həmişə deyirdi ki, "Azərbaycan mənim
atam, Rusiya isə anamdır”. O, Bakıdakı məhəlləsini,
mehriban Xəzərin sahilindəki bulvarı heç vaxt
unutmur.
Günəş sisteminin astronomlara "1974 SP1” kodu ilə
tanış olan kiçik planetlərindən biri 1997-ci ildə
"4880 Mamqomaev” adlandırılır.
Müslüm Maqomayevin misilsiz bariton səsi, yüksək
ifaçılıq qabiliyyəti və mənəvi zənginliyi
dinləyicilərin neçə-neçə nəslini fəth
edib. Onun
imkanlarının diapazonu qeyri-adi dərəcədə
geniş olub: operalar, müzikllər, Neapol mahnıları, Azərbaycan
və rus bəstəkarlarının vokal əsərləri.
O, 19 yaşında Helsinkidə gənclər festivalında
çıxışından sonra məşhurlaşır, 31
yaşında isə ali mükafata –
SSRİ Xalq Artisti adına layiq görülür".
Tədbirdə şəhərin müxtəlif diaspor təşkilatlarının
rəhbərləri, musiqi məktəblərinin şagirdləri,
həmvətənlərimiz iştirak etmişlər.
Sonda iştirakçılara Azərbaycanın
Rusiyadakı səfirliyinin təqdim etdiyi Müslüm
Maqomayevin mahnıları yazılmış disklər və
"Vserossiyskiy Azerbaydjanskiy Konqres” qəzetinin xüsusi
buraxılışı paylanıb.
Müslüm
Maqomayevin Sergey Yeseninin sözlərinə bəstələdiyi
və yalnız evindəki studiyada yazdırmağa macal
tapdığı "Əlvida, ey Bakı” mahnısı onun
sonuncu əsəri olur...
Əziz
Bakı, əlvida! Son görüşdür, əlvida.
Bir həyəcan, bir kədər könlümü
etmiş vətən.
Ürəyim
narahatdır bu ayrılıq çagında,
Adi dostluq
sözünü hiss edirəm dərindən.
Ey Azər
övladının yurd-yuvası, əlvida!
Damarımda qan donur, gücdən düşür
qollarım.
Ən
xoş anlarım kimi çıxmaz yadımdan amma,
Xəzər dalgalarıyla, Balaxanı baharı.
Salamat
qal, ey Bakı! Sən sadə bir nəgməsən,
Son dəfə
öz dostumu qoy bagrıma basım, qoy!
İstərəm
yasəməni tüstülərin içindən
Qızıl
gül tək başını üzümə tərpətsin
o!
"Əlvida,
ey Bakı” şeiri doğma dilimizə 7 dəfə tərcümə
olunmuıdur.Bu, Ələkbər Ziyatayın 1955-ci ildəki tərcüməsində
birinci variantıdır.
Rusiyanın
Murmansk vilayəti hökumətinin rəsmi saytında bu sətirlərin
müəllifinin böyük həmvətənimiz, SSRİ
Xalq Artisti, bənzərsiz bariton, beynəlxalq festivallar
laureatı Müslüm Maqomayev haqqında məqalələri
dərc edilib.Tədbir çərçivəsində sərgi
təşkil edilib, əfsanəvi müğənni və bəstəkarın
repertuarından mahnılar səslənib.
Əlihüseyn Şükürov
Azad Azərbaycan.-
2014.- 10 avqust.- S.7.