HƏYATIN
MÜQƏDDƏS AMALI
26 avqust Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Onun ad günüdür. Əllicə yaşı tamam olur.Bu əllicə ildə taleh ona hər şeyin ən gəncini nəsib etdi.Gənc ikən tələbə oldu.Gənc ikən ömür yoldaşı oldu.Gənc ikən ana oldu.Gənc ikən peşəkar həkim oldu. Gənc ikən Birinci xanım oldu. Gənc ikən böyük bir quruma rəhbərlik etdi.Gənc ikən dünyəvi layihələr həyata keçirdi.Gənc ikən iki nüfuzlu beynəlxalq təşkilatın xoşməramlı səfiri oldu.Gənc ikən Vətənini ən ali tribunalarda,ən ali məclislərdə təmsil etdi.Xalqının adına hörmət gətirdi.Gənc ikən saysız-hesabsız mükafatlar aldı. Gənc ikən qayınana oldu.Gənc ikən nənə oldu.Nəhayət,gənc ikən əllicə yaşın özünü gəncləşdirdi.Lakin bu yaş özü gəncləşsə də, ingilis filosofu sözlərində haqlıdır.Con Lokk deyib ki, qadın öz yaşını dogum tarixindən deyil, evləndikdən sonra hesablamalıdır.Dogru fikirdir. Odur ki, Mehriban xanımı otuz yaşlı gənc kimi qəbul etmək halalca haqqımızdır.
İspan dilşünası Tomas Navarro etiraf edib ki, qadınların ən yaxşısı ərini xoşbəxt edən qadındır. Mehriban xanım bu cəhətdən də ölkəmizdə elə Birinci xanımdır.Bu Birincilik əsl xanımlıq xəzinəsi, xanımlıq fəlsəfəsidir. Ondan nümunə götürən hər bir qadın bu xəzinənin mənəvi sərvətindən faydalanmaqla ən zəngin qadına, fəlsəfəsindən faydalanmaqla ən zəkalı qadınlardan birinə çevrilə bilər.Bununla yanaşı, Mehriban xanımın bəşəri cəmiyyətdəki misilsiz xidmətlərini görəndə, qadınlıgın nə qədər zərif və nə qədər güclü varlıq oldugu bir daha təsdiqini tapır.Hindistan və Pakistanın böyük şairi Məhəmməd İqbalın dediyi kimi:
Qadın cilvələrilə işıqlanır bu cahan,
Bu nəfəssiz aləmə odur verən nəfəs,can.
Qadın qədəmi dəyən torpagın tozu belə
İşıqlıdır göylərin bütün çıraqlarından.
Mehriban xanım olduqca, dedikcə böyük işlər görür.Yorulmadan xalqının daha işıqlı gələcəyi naminə çalışır. Bu böyük işlərin içində ən munisi ölkə rəhbərimizin həyat yoldaşı kimi ərinə stimul verməkdir. Dost kimi həyat yollarında ona arxa-dayaq , çətin günlərdə həyan olmaqdır. Qəlbinin dərinliklərindəkini paylaşmaq , gərgin anlarda çıxış yollarını bölüşməkdir. Xoşbəxtliyin səadətini bərabər yaşamaqdır.Məhz bu bərabərlikdən xalqımızın və ölkəmizin taleyinə böyük inkişaf, ugurlar,qələbələr yazılır. Bu bərabərlikdən millətimiz ucalır. Bu bərabərlikdən çoxları nümunə götürüb haqq yolunu seçir. Səadət yoluna tapınır.Bu bərabərliyə qürurla baxanlar da olur, qibtə ilə baxanlar da. Bu bərabərlik yalnız qətiyyətli və humanist addımlarla onlara yadigar qoyulan zəngin bir irsin ədalətli yolu ilə addımlayır.
İndi bu bərabərlik bəşəriyyətin baxışları önündə canlı bir abidəyə dönüb.Elə bir canlı abidəyə ki, dilindən və dinindən asılı olmayaraq,dünyanın milyonlarla insanı onları görməyəndə, darıxır. Ali məclislərdə,beynəlxalq tədbirlərdə baxışlar maraqla onları arayır. Ən müxtəlif irqlərin övladları belə onları çox sevir. İngilis filosofu Con Lebbok düz deyib : “ Xoşbəxtlik yaxşı dost və yoldaş seçə bilməkdən asılıdır.” Bu, bir daha sübut edir ki, ölkəmizin başçısı,hörmətli Prezidentimiz İlham Əliyev peşə baxımından mahir diplomat oldugu kimi, özünə dost- həyat yoldaşı seçməkdə də əsl diplomat olub. Şair sözləri ilə desək :
Ömrünə əbədi həmdəm seçibsən,
Yaratmaq eşqilə od tək yananı.
Qəlbinin gözüylə görə bilmisən,
Əsl məhəbbətə layiq olanı.
Mehriban xanım əsl məhəbbətə layiq olan Xanımdır. Bu məhəbbətin içində ümumxalq məhəbbətinin öz yeri var. Onun özünəməxsus istedadı bu məhəbbəti bir az da artırır. Belə ki, Mehriban xanımın nitqinə,çıxışlarına və müsahibələrinə diqqət yetirəndə əsl yaradıcılıq xüsusiyyətlərini aydın müşahidə etmək olur. Cümlələrdəki bir-birinə baglılıq,söz və ifadələrin düzgün seçilməsi, şəkilçilərin yerində işlədilməsi, yıgcamlıq, az sözlə böyük fikirlər ifadə etmək, səlislik, məntiqdə birbaşa hədəfə toxunmaq, fəlsəfi dərinlik kimi əsl dilçilərə layiq keyfiyyətlərlə Mehriban xanım mənin aləmimdə daha çox babası Mir Cəlal Paşayevi xatırladır. Böyük şəxsiyyət ,istedadlı yazıçı, dəyərli alim, tanınmış ictimai xadim, unudulmaz Mir Cəlal Paşayevi...
Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın qədim tarixə malik,inkişaf etmiş dillərindən biridir. Zəngin Azərbaycan ədəbi dili ilə ən mürəkkəb və ən dərin mənalı fikirləri ifadə etmək mümkündür. Şifahi və yazılı nitqimizin aydınlıgı, hamı üçün anlaşıqlı olması vacib məsələdir. Çünki səlis nitq mədəniyyəti hər bir xalqın mənəvi səviyyəsini müəyyən edir.Bu mənəvi səviyyədə konkretlik, lakoniklik böyük rol oynayır. XIX əsr görkəmli Avropa yazıçısı,fransalı Qüstav Flobber vaxtilə yazırdı: “Əgər cümləni qısaltmaq mümkünsə,qısalt.Bunu həmişə etmək olar. Ən yaxşı cümlə ?- Ən qısa cümlədir.” Buna görə də sözdən yerli-yerində, qədərində, mahiyyətinin gücündən agılla istifadə etmək az bacarıq tələb etmir.Sözə həm həssaslıqla,həm də ustalıqla yanaşmaq kifayət qədər təcrübə, savad, və yaratmaq qabiliyyəti tələb edir.
Söz və onun qüdrəti barədə çox yazmaq olar. Lakin rus şairi A.Tvardovskinin “ Söz haqqında” adlanan şerindən misraları yada salıb,mövzumun simaları barədə fikirlərimi davam etmək istəyirəm:
...Dünyada hər fikri deməyə söz var,
Sözlə ordular da qalxar döyüşə.
Çeynənmiş
kəlmələr,hazır kəlamlar
Milçək uçuşuna bənzər həmişə.
Söz
var atəşindən yanır bədənlər,
Ən dərin ümmanı üzüb qət edir.
Sözü
sözçülüklə əvəz edənlər
Sözün qarşısında xəyanət edir.
Bəlkə
buna görə, ey ana Vətən,
Korluq
çəkməsə də sözdən bu sinə,
Çox
vaxt əsə-əsə, qənaətlə mən
Şeir həsr edirəm sənin eşqinə.
Mehriban
xanım babası kimi sözə və onun qüdrətinə
sədaqətlə xidmət edir.Doğrudur, onun
istər ata, istər ana tərəfdən mənsub oldugu ailələr
böyük ziyalıları,
alimləri, dilçiləri,ictimai-siyasi xadimləri təmsil
edib və indi də etməkdədir,- bu insanların
hamısı sözə,onun hüquqi və məntiqi çəkisinə
hörmətlə yanaşıb, lakin mən nədənsə bu barədə Mehriban
xanımın genlərində daha çox Mir Cəlal özəlliyini
duyuram. Nəvə öz sevimli
babasının genetik xüsusiyyətlərini şərəflə,məhəbbətlə
yaşadır.Mehriban xanımın
çıxışını dinləyəndə,yaxud məqalələrini
oxuyanda Mir Cəlal üslubu, Mir Cəlal qaydası bir daha
yaddaşımda canlanır. Babadan nəvəyə keçən
genetik ənənə necə də təbii və səmimi
görünür.Çünki bu səmimilik və bu təbiilik
Mehriban xanımın üzvü oldugu ailələrin insanlıq
fəlsəfəsinin bir nümunəsidir.Burda alman filosofu
Lüdviq Feyerbaxın sözü yadıma düşür: “ Əsl yazıçılar insanlıgın
vicdanıdır.”
Mir Cəlal
əsl yazıçı idi, insanlıgın vicdanı
idi.İnsanlıga,məhz böyük hərflə
yazılan İnsanlıga xidmət edirdi. Xeyirxah idi, kimsədən
kömək əlini,məsləhətlərini,tövsiyələrini
əsirgəmirdi.Böyük kimi,agsaqqal kimi
çoxlarının onun məsləhətlərinə
ehtiyacı vardı.Çoxlarına yol göstərirdi.Onun məsləhətinə
qulaq asanların hamısı həyatda xeyir
tapırdı.O,işləməkdən yorulmurdu. Həm ədəbiyyatçı,həm alim,həm də yazıçı idi.
“ Füzulinin poetik xüsusiyyətləri
“, “ Azərbaycan ədəbiyyatında ədəbi məktəblər
“ adlı böyük elmi əsərlərin, Cəlil Məmmədquluzadə
və digər ədəbiyyat korifeylərimiz haqqında
onlarla elmi məqalələrin,üç yüzdən
artıq hekayənin, bir-birindən maraqlı roman və povestlərin
müəllifi idi. Gecəli-gündüzlü zəhmətə
qatlaşmasına baxmayaraq,uzun illər ailəsi
ilə birlikdə darısqal mənzildə əziyyətlər
çəkmişdi. 1937-ci ildə repressiyalara məruz qalan, həbs
edilən ədiblərin evlərini ona təklif edəndə,o, həmin mənzillərdə yaşamaqdan qətiyyətlə
imtina etmişdi.
Mir Cəlal müəllim bayagı restoran məclislərini
sevmirdi.
Bütün övladlarının toy şənliklərini sonralar halal zəhməti ilə
aldıgı mənzilində keçirmişdi.Onun evinə
tez-tez alimlər,yazıçılar gəlirdi.Hər
adamı öz məclisinə dəvət etməzdi. Bir dəfə
irihəcmli əsərlər yazan bir yazıçıya əmək
qəhrəmanı adı vermişdilər.Mir Cəlal bunu
eşidəndə demişdi : “Gərək
onun oxucusuna da əmək qəhrəmanı adı verəydilər.”
Ondan soruşanda ki, nə əcəb sizə Xalq
yazıçısı adı vermirlər?-
cavab verirdi ki, mən antixalq deyiləm ki?..
Qırx ildən
artıq işlədiyi Azərbaycan Dövlət Universitetində
onun kafedrası qədər elmi kadr hazırlayan ikinci kafedra
yox idi. Heç zaman rəqibindən qorxmurdu.Rəhbərlik
etdiyi kafedrada qəddar bir müəllim tələbəni
imtahandan loru dildə desək,kəsmişdi.
Mir Cəlal müəllim imtahan təşkil
edib həmin müəllimlə bərabər tələbənin
biliyini yoxlamışdı. Müəllim
qiymət vermək istəməyəndə Mir Cəlal müəllim
tələbəyə demişdi ki, sovet şairlərindən
birinin adını desin.Tələbə Səməd
Vurğunun adını çəkimişdi. Götürüb tələbəyə qiymət
yazmışdı. Yaxşı tələbələrə
həmişə atalıq edirdi. Onları
ruhlandırır, daha yaxşı çalışmaga, həyatda
öz yerini tapmaga istiqamət verirdi. Yəqinki sevimli
oxucularım Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəxtiyar
Vahabzadə, Bəkir Nəbiyev, Kamran Dadaşoğlu, Məsud
Əlioğlu, Təhsin Mütəllibov, Xalid Əlimirzəyev,
Firidun Hüseynov və başqalarınınnın
adını yaxşı xatırlayırlar. Mir Cəlal
Paşayevin tələbələri olmuş bu tanınmışlar həyatda və cəmiyyətdə
öz yerini məhz bu böyük insanın köməyi ilə
tapmışdılar.
Mir Cəlalın
əsərlərini oxuyanda onun bədii dilinin sadəliyindən
həmişə zövq almışam.Xalq şairi Bəxtiyar
Vahabzadə həmin
vaxtlar yazırdı ki, Mir Cəlal cümləni
qurmamışdan əvvəl “ Bu fikri,bu mətləbi xalq necə
deyər?” sualını özü -özünə verib sonra
yazır.Bədii əsərləri bir yana, hətta elmi-tədqiqat
əsərlərində də Mir Cəlal süni kitab dilindən
qaçır.Ədibin Səməd Vurğun haqqında
yazdıgı bir məqaləsi belə başlayır: :” Səməd
Vurgun əlinə qələm alan gündən şairdir.O,
kagız-kuguz korlamamışdır.”
Mənəviyyatını
və yaradıcılıgını çox sevdiyim Mir Cəlal
Paşayevin “ İnsanlıq fəlsəfəsi “
kitabını hələ yeniyetmə ikən sayını
itirdiyim qədər təkrar-təkrar
oxumuşdum.Kitab,içindəki əsərlər əsl
insanlıgı açıb göstərən və nəcibliyi
adamlara aşılayan sənət nümunəsi idi. Mir Cəlal Paşayev bu sənət nümunəsini
ustad bir zərgərliklə yaratmışdı. Sadə və təmiz bir dillə. Son dərəcə
maraqlı və dəyərli obrazlarla.Oxuduqca,oxumaq
istəyirdim. Hadisələri izlədikcə, insanların
daxili aləmlərinə baş vurduqca,həyata
məhəbbətim artırdı.Mir Cəlal müəllim
böyük insanlıgın böyük təbligatçısı
idi. İnsanlıq fəlsəfəsinin
böyük alimi idi. Bir daha
anlayırdım ki, oxucu ilə səmimi ülfət yaradan Mir
Cəlal Paşayev əsl söz bayraqdarı idi. Sözü
yerində və qədərində işlətməyin mahiyyətinə dəqiqliklə
varan söz memarı idi.Düşünürdüm ki, Latın Amerikası
yazıçısı Varqas Lyosa “ Özünü yalnız ədəbiyyatın
ixtiyarına verən,bütün vaxtını,enerjisini bu
işə sərf etməyi qərara alan kəslər əsl
yazıçı olmaga və özünə şöhrət
gətirən əsərlər yazmaga qadirdir” deməklə
heç də yanılmamışdı.
Mir Cəlal
Paşayev bədii yaradıcılıga 1928-ci ildən
başlamışdı.İlk hekayə və oçerkləri
“ Qızıl Gəncə”, “ Ədəbiyyat cəbhəsində
“, “Hücum “ jurnallarında və “ Gənc işçi
“jurnallarında dərc olunmuşdu.Bu barədə yumoru sevən
yazıçı zarafatla
deyirdi : “ Gördüm hamı hekayə yazır,oxuyuram. Bir gün də mən başladım yazmaga, oxucular
bəyəndilər, oldum yazıçı.”
Ədibin
əsərlərini sevən oxucu kimi qeyd etmək istəyirəm
ki, onun yaradıcılıgında yumorla lirika, realizmlə
romantika vəhdətdədir.Məsələn, Mir Cəlal “ Kəmtərovlar
ailəsi”, “Anket Anketov “, “İclas qurusu “ kimi sırf
realist,yumorist hekayləri ilə yanaşı, “Söyüd
kölgəsi “,” İmtahan “, “ Kəhərin son günləri”
kimi lirik fəlsəfi hekayələr,” Bir gəncin manifesti “
kimi ciddi, lirik povest də yazmışdır.”Dirilən adam “,
“ Açıq kitab”,” Yaşıdlarım “, “ Təzə
şəhər”,” Yolumuz hayanadır?” və s. kimi irihəcmli
bədii əsərləri də,yazıçının elmi
yaradıcılıgı da ədəbiyyatımızın
inkişafında böyük rol oynamışdır.
Böyük
Vətən müharibəsi illərində Azərbaycan
yazıçıları tarixdə ilk dəfə olaraq
müharibə ədəbiyyatı yaratmışdı.Bu barədə
böyük Səməd Vurğun yazırdı:”
Aldıgımız cəbhə məktubları göstərir
ki, döyüşçülər bizim şeirlərimizi və
hekayələrimizi oxuyaraq and içib hücuma keçirlər.Aldığım
bir məktubda bir döyüşçü yazır ki, Mir Cəlalın
“Vətən yaraları “ hekayəsini oxuduqdan sonra mən
düşmənə qarşı daha kinli və amansız
oldum.”
Bu bir həqiqətdir ki, Mir Cəlal
Paşayevin hər bir əsəri elə bil həyatın
özüdür.Elə bil biz əsər oxumuruq, həyatın
bir parçasını görür,özümüzü təsvir
olunan əhvalatın iştirakçısı kimi hiss edirik.Onun 1941-ci ildə öz
dogma Azərbaycan xalqı barədə qələmə
aldıgı “Xalqın ürək sözü “ adlı
yazısındakı fikirlər
bu günün həqiqətləri ilə tamamilə üst-üstə
düşür. Yazıçı yazır :” Azərbaycan
xalqının tarixi həmişə həqiqət,ədalət
uğrunda mübarizə tarixi olmuşdur.Gənclər və
qocalar,qadınlar və kişilər öz ömürlərini,yaşayışlarının
məna və məzmununu
istilaçılara,zalımlara,zorakılara,xalq əmək və
səadətinin qəsbkarlarına qarşı
döyüşlərdə görmüşlər...İstilaçı
nə qədər güclü,nə qədər qüvvətli
olur- olsun,onun ən zəif və ən xəstə bir cəhəti
vardır.O da istilaçı, qəsbkar olmasıdır.O, nə
qədər qəddar, nə qədər qansız,amansız
olur-olsun,xalq onunla mübarizədə yeni-yeni qüvvələr
tapır...Bu gün azadlıgımızı,yurdumuzu,qələbələrimizi
qorumaq,düşməni məhv etmək ugrunda hər bir fədakarlıq
sənətə və əbədiyyətə
layiqdir.Düşmən əzildikdən, Vətən təhlükədən
qurtardıqdan sonra bu fədakar ogulların,qızların hər
birinin adına yeni-yeni dastanlar yaradılacaqdır.Vətən
qəhrəmanları haqqında mahnılar isə həmişə
xalqın ürək mahnısı olmuşdur.”
Ədib
73 il bundan əvvəl yazdıgı bu cümlələrini
sanki həyatımızın bugünkü reallıgına həsr
etmişdi.Və onun ürək sözləri, qəlbinin həyəcanları
ilə bu gün nəvəsi Mehriban xanım Əliyeva
dünyanın ən böyük tribunalarından bəşəriyyətə
səslənir.Görün Mehriban xanımın dedikləri ilə babasının
yazdıqlarında nə qədər
oxşar hisslər,oxşar duyğular var :”...Təəssüf
ki, xalqımız tarix boyu bu kimi ədalətsizliklərlə
üzləşmişdir.Erməni millətçilərinin Azərbaycana
qarşı ərazi iddialarını və təcavüz
siyasətini,qanlı cinayətlərini dünya ictimaiyyətinə
çatdırmaq,gələcək nəsillərin milli
yaddaşını qorumaq və soyqırımı
qurbanlarının xatirəsini əbədiləşdirmək
məqsədilə Heydər Əliyev Fondu tərəfindən
Quba şəhərində Soyqırım Memorial Kompleksi
yaradılmışdır...Azərbaycanın tarixi həqiqətlərinin,o
cümlədən Ermənistan-Azərbaycan,Dağlıq
Qarabağ münaqişəsinin, XX əsrin ən dəhşətli
soyqırımı hadisəsi və beynəlxalq cinayət
kimi təsdiq olunmuş Xocalı faciəsinin,münaqişə
nəticəsində ölkəmizə vurulan zərərin,
işgal olunmuş ərazilərdə törədilən
vandalizmin əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən
biridir.
Torpaqlarımızın
20 faizinin işğalı,ölkədə bir milyondan
çox qaçqının və məcburi
köçkünün olması faktlara əsaslanan acı həqiqətdir.Heydər
Əliyev Fondu bu münaqişə,azərbaycanlılara
qarşı həyata keçirilmiş soyqırım siyasəti
haqqında həqiqətlərin və faktların dünya
parlamentlərinə,beynəlxalq ictimaiyyətə
çatdırılması üçün ardıcıl və
davamlı fəaliyyət göstərir...Bizim məqsədimiz
Azərbaycan həqiqətlərini bütün dünyaya
çatdırmaq və məkrli erməni təbligatını
ifşa etməkdir.” Xocalıya ədalət” kampaniyasının bir
çox ölkələrdə uğurla həyata keçməsinin
başlıca bir səbəbi vardır.Bu,tarixi həqiqətlərin
dünya ictimaiyyəti tərəfindən qəbul
olunmasıdır.”
Mehriban xanımın Azərbaycan
həqiqətləri barədə bütün
çıxışlarında düşmənə nifrət,
torpaqlarımızın işğaldan azad olunması naminə
qəsbkarlara qarşı amansız mübarizə
çırpıntıları,eyni zamanda Vətən məhəbbəti,yurd
sevgisi özünü aydın büruzə verir.
Yenə Mir Cəlal dünyasına qayıtmaq istəyirəm.İnsanlıq
fəlsəfəsinə.Bu insanlıq fəlsəfəsi qanla
bərabər Mir Cəlal müəllimin
övladlarının ruhuna keçib. Bu insanlıq fəlsəfəsindən
doğan insanpərvərlik, zəhmətkeşlik,qayğıkeşlik
bu gün onun övladlarının,başda Mehriban xanım
olmaqla, nəvələrinin,nəticələrinin daxili aləmində
yaşayır. Sədaqət rəmzi kimi yaşayır.Bir məqalədə
oxumuşdum ki, Mir Cəlal müəllim yaxşı adamlar irəli
çəkiləndə, onlara ad,mükafat
veriləndə deyərmiş: “ Anasının südü
kimi halaldır.” Onun yolu ilə
gedənlərə, onun qoyduğu ənənələrə
sadiq qalanların hamısına anasının südü
halal olsun!
O,qız-qadınlara
çox hörmətlə yanaşırmış.Azərbaycan
qızlarının daim maariflənməsinə,təhsilli
olmalarına, xalqın ictimai – siyasi həyatında fəallıq
göstərmələrinə çalışırmış.Dərs
dediyi universitetdə tələbə qızların güman
yeri imiş.Dilçi-alim Raifə Həsənovanı başa
salırmış ki, sən bu qızların yolunu kəsmə,onlara
əziyyət vermə! Azərbaycanlı qızı gəlib
oxuyur,savadını artırır,yüksəlir.Onlara
yol açmaq lazımdır !
Mehriban
xanım Azərbaycan qadınına münasibətdə
babasının ruhunu nə qədər şad
edir.Qadınların vəzifələrə çəkilmələrinə,idarəçilkdə,
parlamentdə,məhkəmə sistemində daha çox təmsil olunmalarına,
siyasət aləmində daha fəal
çalışmalarına imkanlar yaradır.Onlara istiqamət
verir.Qadınları, nəinki Azərbaycan
qadınlarını,dünyanın bütün
qadınlarını,analarını,onların
hüquqlarını daim müdafiə edir:” Milyonlarla
qadının fundamental azadlığı hər gün-hətta
III minillikdə də pozulur.Ayrı-seçkilik
dünyanın çox yerlərində-həm Şərqdə,həm
də Qərbdə müxtəlif formalarda mövcuddur...Bizi
narahat edən digər problem məişət
zorakılığıdır.Hətta ən inkişaf
etmiş cəmiyyətlərdə qadınlar müxtəlif
növ zorakılığa məruz qalırlar.Azərbaycan da
istisna deyildir...Ənənələrimiz və mentalitetimizdən
istifadə edərək,bu cür davranışa rəvac vermək
mənəviyyatsızlıqdır.Azərbaycan xalqının
adət-ənənələrində qadına çox
böyük hörmət və qayğı ilə
yanaşılır.Azərbaycanlılar üçün Ana
müqəddəs simadır.Əgər müasir cəmiyyətdə
qadının vəziyyətini və taleyini əsasən onun ətrafında
olan kişilər müəyyən edirsə,bilmək
lazımdır ki, həmin kişilər qadınlardan tərbiyə
alıblar...”
Mehriban
xanım Əliyeva uşaqlıq illərini yada salarkən qeyd
edirki, ailədə bizə dəqiq və düzgün həyat
yolunu göstərirdilər.Yaşlı həyatımızın
bütün təməli məhz o vaxt, uşaqlıq
dövründə,bu ailə mühitində
qoyulmuşdu.Bütün bunlar bizim ailənin yaşlı nəslinin
çox böyük xidmətidir...
Dogrudur.
Babalarının, nənələrinin nəsihət və vəsiyyətləri
Mehriban xanımın həyatının müqəddəs
amalıdır.Bu amal naminə yaşamaq və yaratmaq onu
yalnız haqq-ədalət yolu ilə zirvələrə
ucaldır.O,ailə ənənələrini bir an belə
unutmur, Mir Cəlal bütövlüyünü hər kəsə
aşılayır. YUNESCO tərəfindən keçirilən Mir Cəlal Paşayevin 100 illik
yubilyində həmin təşkilatın xoşməramlı
səfiri kimi çıxış edən Mehriban xanım
deyir :” Görkəmli müəllim və maarifçi kimi Mir
Cəlal Paşayev vurğulayırdı ki,dil və ədəbiyyat
nəinki tarix və mədəniyyətin bir hissəsidir,o
cümlədən bunlar hər bir insanın ürəyində
və qəlbindədir.Bu şəxsiyyətin çoxşaxəliliyini
sözlərlə təsvir etmək çətindir,çünki
o,özündə yazıçı istedadını,alimin
intellektual səviyyəsini və müəllim həssaslığını
cəmləşdirirdi...Bu gün mən onun ailə
üzvü,nəvəsi kimi həmin böyük insanı
burada,belə bir nüfuzlu təşkilatda təmsil etməkdən
böyük şərəf hissi duyuram...Son dərəcə
təvazökar insan olan Mir Cəlal heç vaxt şöhrət
və fəxri adlar haqqında
düşünmürdü.O,tez-tez təkrarlayırdı:”Mənim
yazılarım və tələbələrim var.Bu,mənim
üçün kifayətdir!” Bu gün isə biz əlavə
edə bilərik: O,Azərbaycan
xalqının böyük hörmətini
qazanmışdır və onun əbədi xatirəsindədir.”
Mir Cəlal
müəllimin daxili saflığı, əqidəsinin təmizliyi ,mənəviyyatının zənginliyi
övladlarının hamısında əksini
tapmışdır.Müsahibələrinin birində Mehriban
xanıma sual verirlər ki, insanlarda hansı keyfiyyətlərə
qiymət verirsiniz? Mehriban xanım cavab verir : “Saflıgı və
mənliyi,səmimiliyi və xeyirxahlığı,
ağlı və peşəkarlıgı.Heç bir ifadədə
süniliyi qəbul etmirəm.Təəssüf ki, müasir həyat
quruluşu çox şeyi yox edir.İnsana yeni-yeni
bilik,bacarıq,imkan verərək bəzən onun mənəvi
tamlığını
tapdalayır.Uğurun,firavanlığın arxasınca
qaçmaq,bunlara nəyin bahasına olursa-olsun, nail olmaq istəyi
insanları tanınmaz dərəcədə dəyişir,bu
da məyusluq gətirir.Düzdür,illər ötdükcə,mən
insanların zəifliklərinə və bir çox şeylərə
daha dözümlü yanaşmağa başlamışam.
Lakin özüm üçün yolverilməz saydığım şeylərə
görə başqalarını da bagışlaya bilmərəm.Xoşbəxtlikdən
məni həm ailəmdə,həm də peşəkar fəaliyyətimdə
yalnız parlaq,pozitiv,səmimi və xeyirxah insanlar əhatə
edir.Onlarla ünsiyyət həmişə sevinc gətirir...
...Onun
doğum günü yaxınlaşır.Bu gün ən əziz
adamları -
Aida xanım İmanquliyeva, Mir Cəlal Paşayev,Nəsir
İmanquliyev kimi sevimliləri cismən yanında olmasalar da, qəlbən,ruhən
onunla bərabərdirlər. Soyadını sevə-sevə,
sədaqətlə daşıdıgı, ikinci əvəzsiiz
həyat məktəbi olan Əliyevlər ocagının hər
bir üzvü onunla birlikdədirlər. İstəkli
qayınatası,ulu öndərimiz Heydər
Əliyev, anası qədər sevdiyi qayınanası Zərifə
xanım Əliyeva həmişə ona
xeyir-duaçıdır.Bütün xalqımız,elimiz-obamız
ona xeyir-duaçıdır.
Dünya
şöhrətli Vilyam Şekspir şeirlərinin birində
bütün analara üz tutub deyirdi:
Versən
öz ömrünü övladına sən,
Onun varlığında ömür eyləyərsən.
Bu gün əziz Aida xanım
İmanquliyeva Mehriban xanım kimi,Nərgiz xanım kimi övladlarının
varlığında ömür eyləyir.Onların hər bir
uğuruna sevinir, ruhu şad olur. Onlarla qürur duyur,fəxr edir. Atalar məsəlidir, qardaş
dost olmaya bilər, amma dost həmişə qardaş
olmalıdr. Nərgiz xanım Mehriban xanıma sədaqətli
bacı olmaqla bərabər, həm də dost olan
qardaşdır.Görkəmli alim,
insanpərvər ziyalı,humanist şəxsiyyət
olaraq atası Mir Cəlal Paşayev kimi böyük nüfuz sahibi olan və onun vəsiyyətlərinə
sadiq olub arzularını,irsini yaşadan Arif Paşayev ailədə
ağsaqqal kimi yeri seçilən və seviləndir.
Dünyada heç bir ev ağsaqqalsız
olmasın! Leyla, Arzu, Heydər, Emin, Səməd, Mikayıl,
Əli, Aydın Mehriban xanımın taleyinin
ulduzlarıdır.Qoy bu ulduzlar onun həyatına daim şəfəq
saçsın! Qoy bu ulduzlar onun taleyini daim rövnəqləndirsin!
Qoy İlham Əliyev və Mehriban Əliyeva cütlüyü
daim könülləri
şad etsin! Qoy bu cütlüyün,bu bərabərliyin səadəti
hər zaman,hər an Anamız Azərbaycana xoş günlər,xoşbəxt
gələcək nəsib etsin!
Reyhan Mirzəzadə
Publisist-politoloq
Azad Azərbaycan.-
2014.- 26 yanvar.- S.4.