TORPAQDAN PAY OLMAZ
Bu ulu diyar ta qədimdən XX əsrin ortalarınadək istilaçıların «məşq meydanı» olub. Bədxahlarımız bu müqəddəs diyarın bütövlüyünü heç vaxt görmək istəməyiblər. Əksinə, onun qolbudağını kəsə-kəsə, sinəsinə çalın-çarpaz dağlar çəkə-çəkə dilim-dilim doğrayıb, parça-parça qoparmaq iştahası ilə yaşayıblar. Başı bəlalar çəksə də Ulu Qorqud yurdu öz qürurunu qoruyub. Heç vaxt düşmənə diz çökməyib.
Bütün bunlara baxmayaraq Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri Azərbaycan tarixinin qara ləkələridir. Rusiya-iran müharibəsi Gülüstan müqaviləsi ilə nəticələndi. Şimali Azərbaycan Rusiyanın işğalı altınakeçdi. 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı isə İrəvan və Naxçıvan xanlıqları işğal edildi. Daha sonra Zaqafqaziya seyminin dağıılması, daşnak hökümətinin yaranmasçı, İrəvan qəzasının ermənilərə güzəştə getməsi və nəhayət, 20-ci illərdə Qarabağın dağlıq hissəsində ermənilərə muxtariyyət verilməsi Azərbaycan tarixinin qara səhifələridir.
Tarixin qanlı cinayətləri nəticəsində Azərbaycan Cənuba, Şimala, Qərbə bölündü və bir-birindən təcrid olundu. Böyük imperiya-rus çarizmi dövründə müxtəlif istiqamətdən Azərbaycanın köksünə və kürəyinə zərbələr tuşlandı və din düşmənlərimiz İrandan, Türkiyədən qovulmuş erməniləri qədim türk-oğuz diyarının dilbər güşələrində məskunlaşdırdılar. 70-illik keçmiş Sovet rejimi zamanı ermənilərin əl-qolu daha da açıldı. «Böyük Ermənistan» yaratmaq xülyasına düşdülər.
Xalq yazıçısı mərhum Mirzə İbrahimovun Kremlin iclas salonunda çox yerində dediyi kimi: «Allah bir adamı bədbəxt etmək istəyəndə əvvəlcə onun ağlını alır».
Beləliklə, Azərbaycan ərazisində sığınacaq tapan və əsrlər boyu süfrəmizin nemətləriylə daşnaklar qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanı azərbaycanlısız «Ermənistana» çevirldilər. Əsrin əvvəlindən 90-cı illərədək soydaşlarımızın başına müsibətlər aça-aça bir nəfər kimi deportasiyaya uğradılar. Qədim tarixi olan, VII əsrdən tanınan və Səfəvilər hakimiyyəti dövründə daha da tərəqqi edib qalalar, məscidlər, abidələr məskəni kimi məşhurlaşan İrəvan xanlığı bütövlükdə xainlər əlində qaldı… 1800-cü ildə Qərbi Azərbaycanın kəndləri hissə-hissə talan edildi, dağıdıldı və adları saxtalaşdırıldı. 1920-ci illərdən bu iş sürətləndirilməyə başlandı və 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi surətdə köçürülməsilə nəticələndi. 1980-1990-cı illərdə deportasiya son həddə çatdırıldı. Hələ bu azımış, üstəlik dünyaya car da çəkdilər ki, guya «zavallı ermənilər» blokada şəraitində yaşayırlar…
Xalqımızın ümummilli lideri Heydər Əliyevin fikirinci, vətənpərvər olmaq üçün üç şərt vacibdir: «Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs görək öz vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşıca bilsin. İkinci budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə vətənə bir xeyir verə bilsin. Üçüncüsü budur ki, gərək vətəninin xeyir-şərini öz xeyir-şərindən vacib hesab etsin, özünü vətənə fəda etməkdən qorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz».
Xalqımızın ümummilli lideri H.Əliyev beynəlmiləlçi-gənclərlə görüşdə xalqa müraciətində demişdir: «Lazımi qaydada müharibə edə bilmək üçün möhkəm və mütəşəkkil arxa lazımdır. Ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi qələbənin qazanılmasında mühüm rol oynayır».
Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Doğrudur. Hamımız Ana torpağın üzərində yaşayır və son mənzilmizə kimi ona da tarşırılırıq. Bu da təbbidir. Axı, Vətən anadır. Onun qədrini bilməliyik. Torpağı qoruyarsan Vətən olar, qorumasan kəfən. Oğul var evdən gedər, oğlu var eldən. Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan. Deyirlər cənnət vətəndə, ayaqlarının altında, tokuşan qılıncların kölgəsindədir.
Ey Vətən övladı! Vətəndaş olmaq üçün yaxşı oxuyub, yaxşı işləyəsən, onları qoruyasan. Ana südü bədənin mayasıdır, Ana dili isə ruhun qidasıdır. Azadlıqda ağacdır, amma onu gərək qanla suvarasan. Hər iki cəbhədə – öndə və arxada qəhrəman qıtlığı çəkən millət bədbəxtdir, məhkumdur.
İnsan doğulduğu və yaşadığı əraziyə, mənsub olduğu xalqa və xalqın dilinə, mədəniyyətinə, adət-ənənələrinə məhəbbət və qayğı hissləri əsrlərdən-əsrlərə keçmiş, hamının qəlbində və şüurunda dərin kök salmışdır. Vətənə seyirçi münasibət, onun gözəlliklərindən, sərvətindən,passiv surətdə zövq almaq, doğma torpağını sevmək, onun yolunda qurban olmaq istəyəni ancaq sözlə ifadə etmək vətənpərvərlik hissinə yaddır. Azərbaycan xalqı minilliklər boyu dərin mənəviyyata, yüksək mədəniyyətə malik olmuş, müxtəlif dövrlərdə bir sıra görkəmli Azərbaycan ziyalıları öz zəngin daxili mənəviyyatları ilə mədəniyyətimizi daha da inkişaf etdirmiş, eyni zamanda dünya mədəniyyətinə misilsiz töhfələrini vermişlər. Bu tərəqqi ideyalara əsaslanaraq, ömrünü şam kimi əridərək əsl vətənpərvərlik nümunəsi göstərərək, millətin tərəqqisi naminə gecə-gündüz çalışmışlar. Belə görkəmli ziyalılarımzdan biri XX əsrin axırı XXI əsrin əvvəllərində 34 ildən artıq Azərbaycana xidmət etmiş xalqımızın ümummilli liderimiz Heydər Əliyevin vətənpərvərlik tərbiyəsi diqqətə layiqdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə kesmiş SSRİ-də deyil, bütün dünyada Tanınmağa başladı.
Qarabağ məsələsində də Heydər Əliyevin mövqeyi həmişə birmənalı və prinsipal olmuşdur. Onilliklər boyu ermənilər Azərbaycanın bu tarixi ərazisini Ermənistana birləşdirilməsi uğrunda çalışmış, bu məqsədlə getmək üçün dəfələrlə keçmiş ittifaqın rəhbərliyi məsələ qaldırmışlar. Hələ 1960-cı illərin axırında olar növbəti dəfə baş qaldıranda, bu siyasi fitnəkarlığa qarşı o zaman dövlət təhlükəsizlik orqanına yüksək vəzifə tutan Heydər Əliyev qeyrətli, sərt və barışmaz mövqeyini bildirmişdir.
1969-cu ildə H.Əliyevin Respublikaya rəhbər seçilməsi erməni tərxibat və təcavüzlərinin qarşısını aldı. Onun xalqımızın milli-mənəvi köklərinə bağlılığı, tariximizə dərindən bələdliyi, siyasi sayıqlığı və milli mənafeyi hər şeydən uca tutması torpaqlarımıza susamış erməni iddialarına sipər çəkdi. Təsadüfü deyildir ki, 1969-82-ci illərdə nə respublika, nə də keçmiş ittifaq rəhbərliyi qarşısında bu məsələnin dilə gətirilməsinə cəsarət edilmədi. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra Füzuli və Goranboy cəbhələrində itirilmiş torpaqlarımızın azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinin irəliləməsinə imkan vermədilər. Düşmən xeyli itgiyə məruz qaldı. Min illərdir ki, insanlar ölür. Amma onu yaşadan onun inamıdır. Məhz həmin inamın nəticəsidə Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovn şücafti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu parptlatmış, özü şəhid olmuş və otuz nəfər azərbaycanlı əsəgərini ölümdən xilas etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü il aprelin 12-də axşam televiziya ilə xalqa «Qalx ayağa Azərbaycan» müraciət etdi: Müraciəti həyacansız dinləmək mümkün deyildi. Heydər Əliyev hamını Vətənin müdafiəsi naminə ayağa qalxmağa səslədi.
«Bu gün bütün Azərbaycan xalqına müraciət edirəm, hamıya bildirmək istəyirəm ki, ölkəmizin təhlükə altında olduğunu gərək hamı dərk etsin! Gərək hər kəs ordumuzun, müdafiəmizin möhkəmlənməsi üçün öz payını versin!»
Müqəddəs çağırış idi!
Bu gündən ön cəbhə ilə arxa cəbhə silahlı döyüşçü yox, respublikamızın hər bir vətəndaşı düşmənə qalib gəlmək üçün var qüvvə ilə çalışmalıdır. Daha geriyə çəkilməyə yer yoxdur. Azğın ermənilər ələ keçirdikləri yaşayış məntəqələrini yandırıb dağıdır, hər yanı xarabalıqlara çevirirlər. Min bir zəhmət bahasına tikilən kənd və qəsəbələrin dağıdılmasına yol vermək olmaz! Öz vətənində, öz torpağını qorumaq uğrunda çarpışan əsgər hər cür düşməndən qat-qat güclüdür! Azərbaycan torpaqlarında müvvəqəti olduqlarını dərk edən ermənilər vəhşiliklər törədirlər. Sülh danışıqlarına gəlməyən, zorakılıqla nəyə isə nail olacağını güman edən yağıya qəti zərbə vurmaq gərəkdir. Bunun üçün hamımız sıx birləşməli, nəhəng bir yumruğa çevrilməliyik. Bunu Ana Vətən tələb edir! Bu gün səfərbərlik yaşına çatmış hər bir gənc çağırış vərəqəsini gözləmədən hərbi komissarlıqlara gəlməli, ələ silah götürərək Vətənin mərd və qeyrətli oğul olduğunu subut etməlidir. Fərari adını kimsə özünə yaxın qoymamalıdır. Azərbaycan torpağında fərariyə yer yoxdur. Bu gün çox ağır şəraitdə, çadır-şəhərciklərdə yaşayan ana və bacılarımız, körpə uşaqlarımız Azərbaycan əsgərlərindən kömək gözləyir.
Az. DBTİA-nın
prorektoru, professor
Dilqəm Quliyev
Azad Azərbaycan.- 2014.- 21 dekabr.- S.7.