Yaxşı ənənə
Masallı rayonunun
Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynova
həsr olunmuş anım mərasimi keçirilib
Masallı
rayonunun Xıl kəndində Azərbaycanın
Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynova həsr
olunmuş anım mərasimi
keçirilmişdir.Azərbaycanın Milli Qəhrəmanı
, Qarabağ müharibəsi şəhidi Elşad Eynulla oğlu Hüseynov
1968 -ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan
olmuşdur.
1978 -ci ildə burada məktəbi bitirib sovxozda işləyir.
1979 - 1981 -ci illərdə Batumid ə hərbi xidmətdə olmuşdur.
Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
Elşad Eynulla oğlu Hüseynov Cuvarlı , Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992 -ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992 -ci il 15 iyunda Ağdam - Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
23 yaşında...Ömrünün gül - çiçək vaxtında...
Ailəli idi, üç övladı yadigar qalıb...
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992 -ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Elşad Eynulla oğlu Hüseynov doğulub boya - başa çatdığı Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Masallı rayonunda Elşad Eynulla oğlu Hüseynovun adına küçə var, büstü qoyulmuşdur.
Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,
region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bu günkü məktubunda yazır ki, 19 iyun 2014-cü il tarixdə Masallı rayon Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun abidəsi önündə şəhidin anım mərasimi baı tutmuşdur.
Anım mərasiminə idəvət alanlar əvvəlcə Milli Qəhrəman
Elşad Eynulla oğlu Hüseynovun abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini böyük ehtiramla və sonsuz məhəbbətlə yad etmiş və ruhuna dualar oxumuşlar.
Sonra Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar Birliyinin sədr müavini Yavər Yusubov mərasimi açaraq Elşad Hüseynov kimi qəhrəmanların sücaətini, döyüş bacarığını xüsusi qeyd edərək Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının başçılığı altında torpaqlarımızın geri qaytarılmasını və şəhidlərimizin qisasının alınacağını mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Seyfulla qızı Xəlilova çıxış edərək bu cür tədbirlərin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdıraraq qeyd etmişdir ki, Elşad Hüseynov kimi qəhrəman oğullarımızın cəsurluğu və rəşadəti Vətənini sevən hər kəs üçün örnək olmalıdır.
Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Seyfulla qızı Xəlilova daha sonra Azərbaycan Prezidentinin şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşdığını vurğulamışdır.
Xıl kənd tam orta məktəbinin direktoru Aybəniz Qafarova, Milli Qəhrəmanla birgə döyüş yolu keçmiş Rəhmət Rəhmətov və başqaları Azərbaycanın Milli Qəhrəmanı , Qarabağ müharibəsi şəhidi Elşad Eynulla oğlu Hüseynov haqqında fikirlərini, həyatını və döyüş sücaəti barədə ətraflı söhbət açmışlar.
Mərasimdə iştirak edən Milli Qəhrəmanın atası Eynulla Eynullayev şəhidə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına minnətdarlıq etmişdir.
Azərbaycanın Milli Qəhrəmanı , Qarabağ müharibəsi şəhidi Elşad Eynulla oğlu Hüseynova həsr olunmuş tədbirin c onunda Xıl kənd tam orta məktəbinin şagird kollektivinin ifasında şeirlər və bədii kompozisiya səsləndirilmişdir.
ƏLİHÜSEYN
ŞÜKÜROV
Azad Azərbaycan.- 2014.- 24 iyun.- S.7.